Məhkəmə qərarları › İş №8(103)-432/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-432/2020

21.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-432/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, tələbkarın vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-220/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2216/2016 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən Borclu “xxxxxxxx (Azərbaycan)” ASC-nin xeyrinə 11065 ABŞ dolları 79 sent məbləğində əsas borc, 1009 ABŞ dolları 78 sent məbləğində faiz borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalı, tutma həmin ödəliyin icrasını təmin etmək məqsədilə girov qoyulmuş “Seat İbiza” minik markalı, ** US *** dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı, mühərrik nömrəsi CGGA63224, ban nömrəsi VSSZZ761ZERİ 25567 olan, ağ rəngli minik avtomobilinə yönəldilməklə həmin əmlak hərracda satılmalı, satışdan əldə edilmiş pul vəsaiti hesabına iddiaçının tələbləri ödənilməli və “xxxxxxxx (Azərbaycan” ASC-yə ödənilməli olan pul məbləği ödənildikdən sonra girov predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Borclu qaytarılmalıdır. Səbail rayon İcra və Probasiya şöbəsinin İcra məmuru Səbuhi Əhmədovun xx.xx.2017-ci il tarixli qərarı ilə Səbail rayon məhkəməsinin 2(009)-2216/2016 saylı xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Tələbkar xxxxxxxx (Azərbaycan) ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2017-ci il tarixli qərarının ləğv olunmasını xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, icra məmuru öz qərarında Borclu tərəfindən təqdim olunan qəbzə istinad edərək borcun tam ödənildiyini göstərsə də, əslində 2(009)-2216/2016 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsi üzrə borc tam ödənilməmişdir. Borclunun hazırda Banka təqribən 7053,56 ABŞ dolları borcu qalmışdır və ona görə də qərar ləğv edilməli və icra hərəkətləri davam etdirilməlidir. Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim M.Bağırova, iş № 8(009)-220/20) şikayət təmin edilərək, Səbail rayon icra və probasiya şöbəsinin icra məmuru Səbuhi Əhmədovun 2(009)- 2216/2016 saylı xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2017-ci il tarixli qərarı ləğv olunmuşdur. Borclu bu qərardaddan narazı qalaraq şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, onun tərəfindən tələbkara olan borclar tam ödənilmiş və bu barədə bank qəbzləri vardır. Aradan 3 il vaxt keçdikdən sonra bankın icra olunmuş qərarı Səbail Rayon Məhkəməsi vasitəsi ilə ləğv etdirməsi qanunsuzdur. Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim M.Bağırova, iş N 8(009)-220/20) şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tələbkarın nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında şikayətə etiraz edərək onun rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında məhkəmə bildirişi digər tərəflərə göndərilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin olunmaqla Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxxxx 2017-ci il tarixli qərarının ləğv edilməsinə dair tələbkar “xxxxxxxx” (Azərbaycan) ASC-nin şikayət ərizəsi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi tələbkarın şikayət ərizəsini təmin edərkən mövqeyini Bankın təqdim etdiyi xx.xx.2020-ci il tarixli arayışla əsaslandırmışdır. Həmin arayışda xx.xx.2014-cü il tarixli avtomobil krediti müqaviləsi üzrə, Borclu tələbkara xx.xx.2020-ci il tarixə əsas borc üzrə 6092,92 ABŞ dolları, faiz borcu üzrə 960,64 ABŞ dolları olmaqla, cəmi 7053,56 ABŞ dolları borcu olduğu qeyd edilmişdir. Məhkəmə həmin arayışı əsas götürərək borcun tam ödənilmədiyi qənaətinə gəlmiş və şikayət ərizəsini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarını ləğv edərkən yalnız tələbkar tərəfindən təqdim edilən arayışa istinad etmişdir. Həmin arayışda isə borclunun təqribi 7053,56 ABŞ dolları borcu qaldığı qeyd olunmuşdur. Borclu şikayətində tələbkara olan borclarının tam ödənildiyi və bu barədə bank qəbzləri olduğunu göstərmişdir. Bundan başqa, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın məzmununda da Borclu Səbail rayon icra şöbəsinə təqdim etdiyi qəbzə istinad olunaraq borcun tam olaraq ödənildiyi göstərilmişdir. Göründüyü kimi, icra məmuru məhz həmin qəbzə istinad edərək icra sənədi üzrə icraata xitam vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi icra məmurunun istinad etdiyi əsasın, yəni borcun tam ödənilməsi barədə qəbzin mövcudluğunu yoxlamadan, yalnız tələbkarın mülahizəsi əsasında, həm də təqribi borc olduğunu göstərməklə icra məmurunun qərarını ləğv etməklə səhvə yol vermişdir. Məhkəmə kollegiyasının qənaətinə görə belə olan vəziyyətdə şikayət ərizəsi üzrə obyektiv qərar qəbul olunmasını təmin etmək üçün mütləq qaydada icra işi nəzərdən keçirilməli, göstərilən xüsusatların, o cümlədən borcun tam olaraq ödənilməsinin həqiqiliyi müəyyən edilməli idi. Tərəflərin bərabərliyi prinsipi və MPM-nin 14.1, 14.2-ci maddələri də işə baxan məhkəmədən məhz bunu tələb edir. Bundan əlavə, icra icraatına xitam verilməsi barədə qərar xx.xx.2017-ci ildə (təxminən 3 il əvvəl) qəbul edilsə də, tələbkar uzun müddət susmaqla həmin qərardan şikayəti xx.xx.2020-ci il tarixdə təqdim etmişdir. Qanunvericiliyə əsasən, icra sənədi üzrə icraata xitam verilməsinə dair qərar, qəbul edildikdən sonra 3 gün müddətində həm borclu, həm tələbkara göndərilir, daha sonra icra sənədi ilə birlikdə məhkəməyə qaytarılır. Qərardan tərəflər onun təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində məhkəməyə şikayət verə bilərlər. Mübahisələndirilən qərarın uzun müddət əvvəl qəbul edilməsi nəzərə alındıqda, qərarın banka göndərilib-göndərilməməsi, göndərilmişdirsə, nə vaxt rəsmi təqdim edilməsi qeyri-müəyyən olduğundan, tələbkarın qərardan şikayət vermə müddətinin ötürülübötürülməməsini aydınlaşdırmaq da mümkün deyildir. Bu halın araşdırılması üçün icra işinin nəzərdən keçirilməsinə bir daha zərurət yaranır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. “İcra haqqında” Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər Beləliklə, birinci instansiya məhkəməsi icra işini tələb etmədən şikayətə baxmış, bu səbəbdən də icra sənədinin tam icra olunub-olunmamasını (ödəniş qəbzinin mövcudluğunu), həmçinin, icra icraatına xitam verilməsi barədə qərardan şikayət vermə müddətinin keçib-keçməməsini müəyyənləşdirmədən birbaşa qərarın ləğv edilməli olmasına dair səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən pozuntular aradan qaldırılmalı, müvafiq icra işi Səbail rayon icra və probasiya şöbəsindən tələb edilib öyrənilməli və icra işi üzrə materiallar məhkəmə iclasında araşdırılmaqla yuxarıda qeyd edilən məsələlərə bir daha aydınlıq gətirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. İcra sənədi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsinin xx xxxxxx 2017-ci il tarixli qərarının ləğv edilməsinə dair tələbkar “xxxxxxxx” (Azərbaycan) ASC-nin şikayət ərizəsi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar