Məhkəmə qərarları › İş №8(103)-433/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-433/2020

19.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-433/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, X2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(009)-241/2020 nömrəli qərardadından X6 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-241/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Borclu məxsus DAEWOO GENTRA minik markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Səbail Rayon Məhkəməsinin 8(009)-733/2018 saylı, xx.xx.2018-ci il tarixli, 8(009)-2050/2016 saylı, xx.xx.2016-cı il tarixli, 8(009)-633/2017 saylı, xx.xx.2017-ci il tarixli və 8(009)-807/2018 saylı, xx.xx.2018-ci tarixli qərardadlarının ləğv edilməsinə dair X3 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. X1 şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki,“DAEWOO GENTRA”minik markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə əsasında onun istifadəsində olması nəzərə alınmamışdır. Belə ki, onun tərəfindən ilkin olaraq 3300 manat Borclu, hər ay 337 manat aylıq ödəniş isə banka ödənilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(009)-241/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında X6 şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Şikayətəbaxılması vaxtı və yeri haqqında tələbkara, borcluya və Səbail rayon İcra və Probasiya şöbəsinə məlumat verilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmiş, tələbkar və İcra şöbəsi nümayəndələrinin iştirakını təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsi, onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Həmin Qanunun 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasının təmin etmək üçün həbs qoyulur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdəki dəlillər əsassız olduğundan qərardadın ləğvi üçün əsas ola bilməz. Əvvəla, avtomobilin üzərinə həbs qoyulması zərurəti məhz icra sənədi üzrə borclunun öz öhdəliklərini könüllü icra müddətində icra etməməsidir. Belə ki, icra sənədləri üzrə olan borc ödənilməmişdir. İcra məmuru da icra sənədinin icrasının təmin etmək üçün təqdimatla məhkəməyə müraciət etmişdir. İkincisi, X3 avtomobili faktiki olaraq etibarnamə əsasında almasını bildirməsi qeyd olunan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi üçün əsas ola bilməz. Üçüncüsü, mübahisəli avtomobilə dair mülkiyyətçi tərəfindən X4 etibarnamə verilməsi də sonuncunun həmin avtomobilin mülkiyyətçisi olmasını təsdiq etmir. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(009)- 241/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: X3 şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(009)-241/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar