Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-433/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ərizəçi X1 iştirakı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 mart 2007-ci il tarixli qətnaməsində olan yanlışlığın aradan qaldırılması barədə Səriyyə Kərimovanın ərizəsi üzrə həmin məhkəmənin 17 iyun 2021-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, həmin məhkəmənin 12 mart 2007-ci il tarixli qətnaməsinə əsasən mərhum atası X2 X3 qarşı iddiasının təmin olunduğunu və Balaağa Söhbətovun Bakı şəhəri, Hövsan qəsəbəsi, Kooperativ küçəsi 20 saylı evə istifadə hüququnun itirilmiş hesab olunmaqla qeydiyyatdan çıxarılmasının qət olunduğunu, lakin qətnamənin nəticə hissəsində texniki səhvə yol verilərək borclunun adının “X4” kimi, evin ünvanının isə “ünvan 1ni, bu səhvə görə qətnamənin icra edilmədiyini bildirmiş, buna görə də həmin yanlışlığın düzəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 17 iyun 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamış, məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, qətnaməyə düzəliş edilməsi barədə ərizəni işdə iştirak edən şəxslər verə bilərlər; ərizəçi isə sözügedən mülki iş üzrə tərəf olmamışdır. Ərizəçinin həmin qərardaddan verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, mərhum X6 onun atasıdır və hətta heç kimin müraciəti olmadan belə öz təşəbbüsü əsasında qətnamədə olan yanlışlığı aradan qaldırmaq vəzifəsi daşıyan məhkəmənin qənaəti prosessual qanunvericiliyə ziddir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq mübahisələndirilən qərardad ləğv edilməli, iş, ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 228-ci maddəsinə əsasən çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 mart 2007-ci il tarixli qətnaməsi ilə ərizəçinin mərhum atası X2 X3 qarşı iddia tələbi təmin olunmuş, Balaağa Söhbətovun Bakı şəhəri, Hövsan qəsəbəsi, Kooperativ küçəsi 20 saylı evə istifadə hüququnun itirilmiş hesab olunmaqla onun qeydiyyatdan çıxarılması nəticəsinə gəlinmiş, lakin qətnamənin nəticə hissəsində işə aidiyyatı olmayan şəxsin adı, habelə aidiyyatı olmayan ünvan göstərilmişdir. İşin hallarından həmçinin aydın olur ki, sözügedən mülki iş məhv edilmişdir və ərizəçinin ərizəsinə qiymət verilməsi üçün müvafiq icraatın bərpa olunmasına zərurət vardır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mübahisələndirilən qərardad ləğv olunmalı və iş, ərizəçinin ərizəsinə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 228, 263 və 365-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-237/2021 saylı iş üzrə 17 iyun 2021-ci il tarixli qərardadı ləğv olunsun və iş, X1 ərizəsinə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-433/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-433/2021
24.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver