Məhkəmə qərarları › İş №8(103)-433/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-433/2025

11.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-433/2025 11.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X7 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8(003)-2/202* saylı işi üzrə 07.07.202*-ci il tarixli qərardadından tələbkar Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı X1 ərizə ilə məhkəməyə müraciət edərək tərəfindən qətnamənin ləğv edilməsi və icraçının hərəkətlərinin dayandırılması ilə bağlı məhkəməyə müraciət edilənə və işə mahiyyəti üzrə baxılanadək mülkiyyətində olan və ailəsi ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən evi ilə bağlı hərracın dayandırılmasına dair qərar qəbul edilməsini xahiş etmiş, daha sonra ərizənin dəqiqləşdiriməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X1nun mülkiyyətində olan və ailəsi ilə birlikdə yaşadığı ünvan 2 ünvanında yerləşən əmlakın həbsdən azad edilməsi, əmlakının üzərinə tələbin yönəldilməsinin qanunsuz hesab edilməsi və müvafiq qərarın ləğv olunması, hərracın keçirilməsinə dair qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-2/202* saylı 26 may 202*-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, X1na məxsus ünvan 2 saylı fərdi yaşayış evinin hərracdan satılmasına dair Cavabdeh2 icra məmuru X4 hərəkəti qanunsuz hesab edilmiş, ərizənin qalan hissəsi əsassız olduğundan rədd edilmişdir. Cavabdeh1 Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 26 may 202*-ci il tarixli qərardadından şikayət verərək müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin iş üzrə 07.07.202*-ci il tarixl qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 may 202*-ci il tarixli qərardadından şikayət vermə müddətinin bərpa edilməsi barədə Cavabdeh1 ərizəsinin təmin edilməməsini qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 133, 396.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Bir qayda olaraq, şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir. Göründüyü hazırkı iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-2/202* nömrəli, 26 may 202*-ci il tarixli qərardadı 30 may 202*-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə, eyni zamanada Cavabdeh1 şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh1 həmin qərardaddan şikayət ilə 19 iyun 202*-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müdətin bərpa edilməsini xahiş etmiş, lakin üzrlü səbəbləri barədə ərizədə bildirməmiş və bununla bağlı heç bir sübut təqdim etməmişdir. Cavabdeh1 öz ərizəsini əsaslandırmamış, prosesual müddətin ötürülməsini üzrlü hesab edən əsaslı sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin müddətin ötürülməsini üzrlü hesab edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 üçün həmin qərardaddan apellyasiya şikayəti vermə müddəti üzrlü səbəbdən ötürülmüş hesab edilə bilməz. Buna görə də qərardaddan apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması barədə ərizə təmin edilməməlidir. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Tələbkar Cavabdeh1 şikayət vermiş və buraxılmış müddətin bərpasına dair ərizənin təmi edilməməsi barədə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsin 8(003)-2/202* №-li, 07.07.202*-ci il tarixli qərardadının ləğv edilməsi, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsin 8(003)-2/202* №li 26 may 202*-ci tarixli qərardadından verdiyi şikayətin Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasına göndərilməsi barədə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, məhkəmənin hakimi Əkrəm Qəhrəmanovun X1nun verdiyi və məhkəmənin xx.xx.2024-cü il tarixdə qəbul etdiyi, onu da müəmmalı olaraq cavabdeh kimi göstərdiyi icra məmurunun qanunsuz hərəkətlərinə dair ərizəsinə əsasən açılmış 8(003)-369/2024, 8(003)- 2/202* №-li iş hakim Əkrəm Qəhrəmanov tərəfindən əsassız olaraq 8 ay ləngidilmiş, nəhayət 26 may 202*-ci il tarixdə tamamilə qanunsuz və əsassız hesab etdiyi yekun məhkəmə aktı ilə yekunlaşmışdır.Əvvəla qeyd edir ki, 78-ci yaşındadır, 60 il mətbuat orqanlarında fasiləsiz əmək staşına malikdir, möhtərəm prezidentimiz İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Jurnalisti fəxri adına layiq görülmüşdür. Müharibə veteranı və 2-ci qrup əlillik dərəcəsi var. Bu, o deməkdir ki, olduqca məhdud əmək qabiliyyəti vardır və daim xəstə, intensiv müalicədədir. Qərardadda müddətin bərpa olunmamasına əsas kimi bir sıra qanun müddəaları göstərilmiş, qeyd edilmişdir ki "X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MlÜMK-ın xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.0*.2008- ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Bu il beynəlxalq platformalarda təmsil olunan 30 illiyi qeyd edilən Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təsisçisi olmaqla növbəti 4 illiyə də prezidenti seçilmişdir. Lakin assosiasiyanı səriştəli və peşəkar AİJA İcraiyyə Komitəsi üzvlərinin köməyi ilə ictimai əsaslarla idarə edir. Yəni, maaş almadan, yalnız pensiya və müəyyən qədər Prezident təqaüdləri alır və bir neçə ağır xəstəliklərinə görə həkim nəzarəti altında daim müalicədədir. X13 icraatında olan hazırkı məhkəmə işi ilə əlaqədar 2 oktyabr 2024-cü ildən bəri 10 aydan artıq süni şəkildə uzadılan məhkəmə iclaslarında səhhəti lə əlaqədar iştirak edə bilməyəcəyinə dair çoxsaylı ərizələri vardır və bu iclasların yalnız birində çətinliklə iştirak edə bilmişdir. X*idd qərardadı haqqında şikayət vermişdir. Lakin, 30 may 202*-ci il tarixdə elektron şəxsi kabinetinə eyni nömrə və eyni tarixli 2 qərardad yerləşdirilmişdir. Həmin qərardadla tanış olmuşdur. X9suz hərəkətləri, X14 Kodeksini kobudcasına pozması, işi həddən ziyadə əsassız olaraq yubatması barədə 18 mart 202*-ci il tarixdə Məhkəmə-Hüquq Şurasina ünvanladığı və Şuranın “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7,13-cü maddəsinin ziddinə ərizəsinin (18 iş günündən sonra) aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən şikayət etdiyi müraciətə baxan subyektə - Sizin məhkəməyə göndərdiyi, lakin, guya məhkəməyə təqdim etdiyi hakimə etirazının rədd edilməsi barədə idi. Ağlına da gəlməzdi ki, adi bir ərizəyə baxılmasını 8 ay uzadan hakim məhkəmənin son iclasından 3 gün sonra yekun qərardadı elektron kabinetə yerləşdirə bilər. Hər iki qərardad eyni nömrə və eyni tarixlə çıxarlaraq 3 gün ərzində elektron kabinetə yerləşdirilməsinin çaşdırıcı vəziyyət yaratdığı üçün hər ikisinin eyni məzmunda olduğunu zənn edərək iyun ayında bayramlarla əlaqədar iş günlərinin sayının azlığını nəzərə alıb, eyni zamanda kəskin şəkildə ağırlaşan xəstəliyinin müalicəsi ilə məşğul olduğu (yarım yataq rejimində) yekun qərardadı gözləməkdə davam etmiş, bu səbəbdən də şikayət müddətini bir-neçə gün buraxmışdır. Vəziyyətin nəzərə alınmasını və buraxılan müddətin bərpasına dair ərizə ilə birlikdə məhkəmənin yekun qərardadından şikayət vermişdir. Xəstəliyi və müalicədə olduğu barədə ona görə ərizəsinə sənədlər əlavə etməmişdir ki, məhkəmə iclaslarında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyi və işə iştirakı olmadan baxılmasına dair verdiyi ərizələrdə sağlamlıq durumu barədə məhkəmənin məlumatlı olmasını düşünmüşdür. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.0*.2008-ci il tarixli qərarındakı hüquqi mövqedə təkcə şəxsin özünün xəstə, yaxud xidməti ezamiyyətdə olması ilə yanaşı “və s. ” ifadəsi də qeyd edilmişdir. Yəni, səbəb müxtəlif ola bilər. Qeyd etdiyi kimi, uzun illərdən bəri ciddi xəstədir, həkim nəzarəti altında yarımyataq şəraitində müalicə olunur. Son 2 ayda sağlamlıq durumu daha da kəskinləşmişdir. Qeydiyyatda olduğu 2 №-li şəhər poliklinikasında əsasən ona nəzarət edən sahə həkimi, uroloq, nevropatoloq və s. mütəxəssislər məzuniyyətdədirlər, odur ki, digər müalicə müəssisələrində ardıcıl müayinə olunur. Hazırda dərmanlar qəbul etməklə lazer əməliyyatına hazırlaşır. O, müayinə edən mütəxəssislərdən biri, Prof. Dr. Engin Kaya 4 - * avqust aralığında Türkiyədən gəlməlidir və X16 hospitalda üzərimdə ciddi cərrahi əməliyyat aparmalıdır. Professorun mobil və vatsapp nömrəsi +90 *0* 706 01 7*. Xəzər Rayon Məhkəməsinin bu işə baxdığı vaxtlar da daxil olmaqla son dövrlərdə MedEra Hospital, “Sağlam ailə”, “Kəpəz hospital”, “Zəfəran hospital”, ATU-nin tədris-cərrahiyyə klinikası, M. Cavadzadə adına Uroloji Xəstəxana, 2 №-li şəhər poliklinikası kimi müalicə müəssisələrinin mütəxəssislərinin qəbulunda olmuş, analiz və yoxlamalardan keçmiş, zəruri intensiv müalicəyə cəlb olunmuşdur. Xəstəlik durumu imkan vermədiyi üçün elektron kabinetə də müntəzəm daxil olmaq imkanı məhdudlaşıb. Maddi imkanı işlə əlaqədar vəkil tutmağını mümkünsüz edir. Həmçinin, həyat yoldaşı da ciddi yataq xəstəsidir, övladlarının iş qrafiki sıxdır və nümayəndə kimi məhkəmədə iştirak imkanları yoxdur. Odur ki, ondan asılı olmayan səbəbə cəlb olunduğu bu məhkəmə iclaslarına da qatıla bilməmişdir. İşin həddən artıq qeyriqanuni səbəbə uzadılması, heç bir mötəbər sübut olmadan ərizəyə qəqiqləşmənin qəbul edilməsi, əsl səbəb ola-ola işin guya tərəflərin gəlməməsinə görə baxılmamış saxlanması, sonra, vəkilin səbəb göstərmədən və sənədlər təqdim etmədən guya Gəncədə olması səbəbindən məhkəmədə iştirak edə bilməməsinə görə işin icraatının davam etdirilməsi, onun vəsatət və ərizələrinə heç bir fikir bildirilməməsi kimi hallar hakim Qəhrəmanovun ərizəçi, X1nun 4 eyni ərizəsi əsasında Bakı İnzibati Məhkəməsində və Xəzər Rayon Məhkəməsində təmin edilməməsinə baxmayaraq onunla əvvəlcədən işin nəticəsi üçün sövdələşməsi şübhəsi yaradır. Buraxılmış müddətin bərpası ərizəsinin təmin edilməməsi də bu fikri təsdiqləyir. Əgər hakim Qəhrəmanov öz yekun qərardadının qanuniliyinə əmindirsə nəyə görə eyni tarix, eyni nömrə ilə 2 qərardadı təcili elektron kabinetə yerləşdirib çaşdırıcı situasiya yaradır və nəyə görə buraxılmış müddətin təmin edilməsi ərizəsini rədd etməklə onun hüquqi müdafiə hüququnu məhdudlaşdırır? Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8(003)-2/202* saylı işi üzrə 30.07.202*-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən 24 maddəsinin İİİ hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2. Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1 və 396.1-ci maddəsinə əsasən: Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Məcəllənin 129-cu maddəsinə əsasən: 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. 13*.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Məcəllənin 13*.*-ci maddəsinə əsasən: Bu Məcəllənin 13*.2-ci, 13*.3-cü, 13*.6-cı və 13*.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin 13*.6, 13*.7, 13*.8-ci maddələrinə əsasən: 13*.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.13*.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. 13*.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Qeyd edilənlərdən əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəalarına əsasən diqqətə çatdırılmalıdır: 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. 10-1.9. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir. Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən qeyd edilməlidir ki, Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən: Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Diqqətə çatdırılmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının qanuniliyinin yoxlanılmasından ibarətdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 38*-39*, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya şikayəti müddətin ötürülməsi ilə verilmiş, lakin cavabdeh müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün əsaslı dəlil və sübutlar təqdim etməmiş, ötən hər günün prosessual əsaslarını izah etməmişdir. Belə ki, prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü, sənədlərin dövriyyəsi nəzərə alınmaqla, hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir və müddətin bərpası üçün üzrlü səbəblər müəyyən edilmir. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) suiistifadəyə şərait yaradan hal kimi digər şəxslərin sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39*- 403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8(003)-2/202* saylı işi üzrə 07.07.202*-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar