Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-436/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X1, Tələbkarın nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(007)-59/2019 saylı qətnaməsinə izah verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)- 103/2021 saylı 11.06.2021-ci il tarixli qərardadından borclu X15 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC cavabdehlər X15, X16, X6, X7, X11, "xxxx" MMC və "xxxx" MMCyə qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(007)-59/2019 saylı qətnaməsi ilə, iddia qismən təmin edilmiş, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə X15 arasında bağlanmış 22 oktyabr 2014-cü il tarixli 027L**********06 nömrəli uzunmüddətli kredit müqaviləsinə, 27 oktyabr 2014-cü il tarixli 027R********** nömrəli kredit razılaşmasına və 11 fevral 2016-cı il tarixli 027R**********SA nömrəli sazişə xitam verilməsi, 027R********** nömrəli kredit razılaşması üzrə 195.170,3 ABŞ dolları kredit borcu, 79.585,81 ABŞ dolları faiz borcu və 4700 ABŞ dolları cərimə olmaqla, cəmi 279.456,11 ABŞ dolları borcun; 027KK**********01 nömrəli kredit müqaviləsi üzrə 9999,0 ABŞ dolları kredit borcu, 2057,15 ABŞ dolları faiz borcu və 300 ABŞ dolları cərimə olmaqla, cəmi 12.356,15 ABŞ dolları borcun, ümumilikdə cəmi 291.812,26 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 21 manat xidmət haqqının, ipoteka predmetinin qiymətləndirilməsinə görə ödənilmiş 300 manat pulun əvəzinin X15, X6, X7, "xxxx" MMC, "xxxx" MMC və X8 müştərək qaydada "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin mülkiyyət hüququ üzrə X14 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, yeni qaydalarla ünvan 1 ünvanına yönəldilməsi, həmin evin açıq hərrac vasitəsi ilə satılaraq, əldə edilən vəsait hesabına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, evin hərracda ilkin satış qiymətinin 790.000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borca ödənildikdən sonra, artıq pul vəsaiti qaldığı halda X14 verilməsi, hərrac yolu ilə satıldıqdan bir ay sonra X15 və X5 yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, yeni qaydalarla ünvan 1 ünvanının boşaldılaraq, alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(103)-9742/2019 saylı qətnaməsinə əsasən, iddiaçı "xxxx" QSC-nin və cavabdeh X12 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(007)-59/2019 saylı qətnaməsi mübahisələndirilən- “cavabdehlərdən 79.585,81 ABŞ dolları faiz borcu, 4700 ABŞ dolları cərimə borcunun tutulması” hissəsində dəyişdirilmiş, cavabdehlər X9, X2, X3, X8, "xxxx" MMC-dən və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 027R********** nömrəli razılaşması üzrə tutulmalı olan faiz borcunun məbləğinin 40.056,39 (qırx min əlli altı dollar, otuz doqquz sent) ABŞ dolları, cərimə borcunun məbləğinin 19.000 (on doqquz min) ABŞ dolları məbləğində müəyyən edilməsi və həmin məbləğin ödənilməsinin ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə həyata keçirilməsi, qətnamənin ipoteka predmetinin satış qiyməti ilə bağlı hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2(102)- 699/2020 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(103)-9742/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X15 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(007)-59/2019 saylı qətnaməsinə “tələbin mülkiyyət hüququ üzrə X14 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, yeni qaydalarla ünvan 1 ünvanına yönəldilməsi” hissəsində izah verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-103/2021 saylı 11.06.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qeyd olunan qərardaddan narazı qalan cavabdeh X15 şikayətlə məhkəməyə müraciət edərək, X12 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(007)-59/2019 saylı qətnaməsinə “tələbin mülkiyyət hüququ üzrə X14 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, yeni qaydalarla ünvan 1 ünvanına yönəldilməsi” hissədə izah verilməsindən imtina olunan qərardadın ləğv edilməsi və əvəzində yeni məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 22, yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi ev 95 ünvanına yönəldilməsi ifadəsinin tələbin mülkiyyət hüququ üzrə X14 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 22, yeni qaydalarla ünvan 2 ünvanındakı tikiliyə izah verilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-103/2021 saylı 16.07.2021-ci il tarixli qərardadı ilə şikayət rədd edilmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkarın nümayəndəsi X10 şikayətə etiraz edərək, rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası şikayətə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 14.1. maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə görə işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfındən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə görə birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Azərbaycan Respublikası MPM-nin 230.3-cü maddəsinə görə qətnamə icra edilməmişsə onun izahına yol verilir. Bundan başqa qətnamənin izah edilməsi onun məzmununun dəyişdirilmədən izah edilməsi kimi nəzərdə tutulmuşdur. Qətnamənin nəticə hissəsi qeyri-müəyyən olduqda, bu da qətnamənin icrasında ziddiyət, qeyri-müəyyənlik və anlaşmazlıq yaratdıqda qətnamənin izah olunmasına yol verilir. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hazırkı iş üzrə qəbul edilmiş mövcud məhkəmə qətnaməsi aydın və anlaşılan olduğuna görə, hər hansı bir izaha ehtiyac olmadığı qənaətinə gəlir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin izah edilməsi barədə ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X15 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-103/2021 saylı 11.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-436/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-436/2021
17.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver