Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-436/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Binəqədi Rayon Məhkəməsinin 8(001)-745/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından tələbkar tərəfindən verilən şikayət üzrə apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ələddin Hüseynov təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 1733/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13 saylı protokolunun 36 saylı qərarından çıxarışa əsasən mülkiyyətinə verilmiş, xx.xx.2015-ci il tarixli akta əsasən alqı-satqı edilmiş Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi C.Cabbarlı küçəsi ərazisində yerləşən ümumi sahəsi 450 kv.m torpaq sahəsi barədə hər hansı sənədləşmə işlərinin aparılmasına, özgəninkiləşdirilməsinə qadağa qoyulmasının Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.X1 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə həvalə edilməsi və üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-745/2024 saylı qərardadı ilə təqdimat qismən təmin olunmuş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1733/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası zamanı Borclu məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi ərazisində yerləşən ümumi sahəsi 450 kv.m torpaq sahəsi barədə hər hansı sənədləşmə işlərinin aparılmasına, özgəninkiləşdirilməsinə qadağa qoyulması Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.X1 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə həvalə edilmiş, təqdimat qalan hissədə rədd edilmişdir. Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə həmin qərardaddan şikayət vermiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-745/2024 saylı qərardadı ilə şikayət təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-745/2024 saylı qərardadı ləğv edilmiş, icra məmuru Ələddin Hüseynovun təqdimatına məhkəmə iclasında baxılması xx.xx.2024-cü il tarixə, saat 11:00a təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə Tələbkar nümayəndəsi və vəkili Vəkil məhkəmənin xx.xx.2024-cü il tarixli, 8(001)-745/2024 saylı qərardadından şikayət vermiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-745/2024 saylı qərardadı ilə şikayət geri qaytarılmış, tələbkarın nümayəndəsi və vəkili Vəkil izah edilmişdir ki, o, Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğun şəkildə tərtib etməklə şikayət ilə yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. xx.xx.2024-cü il tarixdə Tələbkar nümayəndəsi və vəkili Vəkil məhkəmənin xx.xx.2024-cü il tarixli, 8(001)-745/2024 saylı qərardadından təkrar şikayət vermiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-745/2024 saylı qərardadı ilə şikayət geri qaytarılmış, tələbkarın nümayəndəsi və vəkili Vəkil izah edilmişdir ki, o, Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğun şəkildə tərtib etməklə şikayət ilə yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Tələbkarın nümayəndəsi və vəkili Vəkil Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-745/2024 saylı qərardadından təkrar şikayət verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən Binəqədi rayon İcra şöbəsinin icra məmuru Ələddin Hüseynovun Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 1733/2023 nömrəli, 23 iyun 2023-cü il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması ilə bağlı təqdimatı əsasında qəbul olunmuş 8(001)-745/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qərardadının dəyişdirilməməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Həmin şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, şikayətə baxılması üçün işlə birlikdə Bakı Apellyaiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Binəqədi Rayon Məhkəməsinin 8(001)-745/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından tələbkar tərəfindən verilən şikayət üzrə apellyasiya qeyri-mümkün hesab olunmalıdır. Belə ki, hazırkı iş materiallarından da göründüyü kimi, icra məmurunun müvafiq təqdimatı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qismən təmin edilmiş, daha sonra həmin qərardaddan Maraqlı şəxs tərəfindən verilmiş şikayət əsasında məhkəmə xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdimatın qismən təmin edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardadı ləğv etmiş və təqdimata baxılmasını isə xx.xx.2024-cü il tarixə, saat 11:00-a təyin etmişdir. Bundan sonra, tələbkar vəkili və nümayəndəsi məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadını mübahisələndirmişdir. Kollegiya qeyd edir ki, xx.xx.2024-cü il tarixli qərardadla təqdimatın qismən təmin edilməsi barədə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilərək rayon məhkəməsi tərəfindən təqdimat baxılmağa təyin edilmişdir. Demək ki, təqdimata rayon məhkəməsi tərəfindən hələ baxılmamış və təqdimatla bağlı müvafiq məhkəmə aktı qəbul edilməmişdir. Başqa sözlə desək, rayon məhkəməsi icra məmurunun həbsin qoyulmasına dair təqdimatına üçüncü şəxsin iştirakı ilə baxılmasına dair qərar qəbul etmişdir, həmin qərardadla təqdimata hər hansı münasibət bildirilməmişdir ki, bu da prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Yalnız növbəti qərardadında rayon məhkəməsi təqdimatın təmin və ya rədd edilməsi barədə qərar qəbul edə bilər ki, tərəflər və ya maraqlarına toxunan digər şəxslər də yalnız rayon məhkəməsinin həmin qərardadını mübahisələndirə bilərlər, təqdimata baxılmasının təyin edilməsi barədə olan hazırkı qərardad isə mübahisələndirilə bilməz. MPM-in 395.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Göründüyü kimi, rayon məhkəməsinin təqdimatın qismən təmin edilməsi barədə qərardadın ləğv edilərək, həmin tədimatın baxılmağa təyin edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardadı MPM-in 395.1-ci maddəsində qeyd edilən şikayət verilə bilən qərardad hesab olunmadığından, həmin qərardaddan tələbkarın verdiyi şikayət üzrə apellyasiyanın mümkün hesab edilməsi barədə qərardad ləğv edilməli, həmin şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət rayon məhkəməsi tərəfindən geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərardad qətnamənin icrası ilə bağlı olduğundan və bu qəbildən olan qərardadlardan kassasiya şikayəti verilməsi MPM-də, ümumiyyətlə, nəzərdə tutulmadığından, rayon məhkəməsinin hazırkı qəradadından verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi barədə qərardaddan da kassasiya şikayəti verilməsi mahiyyət etibarı ilə yolverilməzdir. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 384, 397, 400, 402, maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin 8(103)-436/2024 nömrəli, xx.xx.2024-cü il tarixli mümkünlük qərardadı ləğv edilməklə, Binəqədi Rayon Məhkəməsinin 8(001)-745/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Tələbkar tərəfindən verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №8(103)-436/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-436/2024
03.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver