Məhkəmə qərarları › İş №8(103)-438/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-438/2020

26.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-438/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, Maraqlı şəxs, onun vəkili X1, Tələbkar, onun vəkili X4 iştirakları ilə, borclu Tələbkar tərəfindən verilmiş “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və xx xxxxxx 2019-cu il tarixli aktın ləğv edilməsi tələbinə dair” ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-3/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından borclu Tələbkar tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Borclu Tələbkar icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və xx xxxxxx 2019-cu il tarixli aktın ləğv edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.Daha sonra borclu Tələbkar tələblərin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədən cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməklə, tərtib etdikləri xx xxxxxx 2019-cu il tarixli aktın qismən yəni qeyri-yaşayış sahəsinin Maraqlı şəxs təhvil verilməsi hissəsində etibarsız hesab edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir (səh.67). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-3/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Tələbkar şikayəti təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 241 saylı ünvanda yerləşən 55,1 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsinin açarlarının Maraqlı şəxs təhvil verilməsinə dair icra məmuru Murad Xudaverdiyevin hərəkətləri qanunsuz hesab edilməklə, xx.xx.2019-cu il tarixli aktın qismən, yəni Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 241 saylı ünvanda yerləşən 55,1 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsinin açarlarının Maraqlı şəxs təhvil verilməsi hissəsində ləğv edilməsi qərara alınmışdı. Maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)- 3/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-3/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə tələbkar Maraqlı şəxs verdiyi şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon 8(006)-3/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilmişdir. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə; “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə; “İcra Haqqında’’ Qanunun 26-cı maddəsinə istinadən qeyd edilmişdir ki, məhkəmə 8(006)-3/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 241 saylı ünvanda yerləşən 55,1 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsinin Tələbkar xüsusi mülkiyyətində olmasına, həmin sahənin açarlarının Maraqlı şəxs təhvil verilməsinin isə borclunun mülkiyyətçi kimi mülkiyyət hüquqlarının pozulmasına səbəb olmasına istinad etmişdir. Məhkəmə həmçinin Maraqlı şəxs mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı mülki-hüquq münasibətlərini mübahisələndirməyə subyektiv hüququnun olmamasını təsdiq edən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(102)-406/2015 saylı Qərarına əsaslanaraq “qeyri-yaşayış sahəsinin boşaldılması və dəyən zərərin ödənilməsi”nə dair mülki iş üzrə icraatda iştirakına xitam verildiyindən Maraqlı şəxs açarların təhvil verilməsini həmin Qərarın mahiyyətinə zidd olduğunu hesab etmişdir. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-3/2020 saylı, xx xxxxxx 2020- ci il tarixli qərardadından verilmiş şikayətə əsasən müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 241 saylı ünvanda yerləşən 55,1 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın qalibi Tələbkar olsa da, o, həmin sahəyə dair alqı-satqı müqaviləsini bağlamaqdan imtina etmiş, nəticədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli sərəncamına əsasən hərracın nəticələri ləğv edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş məhkəmə aktları və Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci tarixli, 200/20802225 saylı sorğuya cavabdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 241 saylı ünvanda yerləşən 55,1 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsinin məxsus olduğu “xxxxxxxx” MTK-nın sədri Maraqlı şəxsdır. O, həmçinin borclu Tələbkar ləğv edilməsini xahiş etdiyi akta əsasən həm də tələbkardır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-5224/2018 saylı Qərarından isə Tələbkar qeyri-yaşayış sahəsinin məxsus olduğu “xxxxxxxx” MTK-ya heç bir aidiyyətinin olmadığı müəyyən edilmişdir. Borclu Tələbkar şikayət verərək, Nəsimi rayon Məhkəməsinin 8(006)-3/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Maraqlı şəxs hazırkı iş üzrə tələbkar deyil və onun iştirakına məhkəmə qərarları ilə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4215/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qərardadı ilə (iş № 2(103)- 7512/2017) Rayon Məhkəməsinin qətnaməsinin iddiaçı Maraqlı şəxs cavabdehə qarşı iddiasını rədd edilməsinə aid hissədə ləğv edilməsini, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İddiaçı Maraqlı şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə (iş № 2(102)-9234/2018) təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Maraqlı şəxs iştirakına xitam verilmişdir. Odur ki, o, hazırkı işdə tələbkar ola bilməz. Lakin icra şöbəsi qeyriyaşayış sahəsini icra vərəqəsində ümumiyyətlə kimə təhvil verilməsi nəzərdə tutulmadığı halda işdə adı getməyən və adiyyəti olmadığı halda “AYULDUZ” Mənzil Koopertivinin sədri Maraqlı şəxs təhvil vermişdir ki, bu da qanunsuz və əsassızdır. Əlavə olunmuş 08/01 saylı, xx xxxxxx 2018-ci il tarixli Hərracın Protokoluna əsasən ünvan 2 ünvanındakı qeyriyaşayış sahəsi onun tərəfindən qalib elan olunmaqla əldə edildiyi təsdiq olunmuşdur.Sözü gedən həmin qeyri-yaşayış obyektini (“Tovuz” kafesini) üzərinə Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(103)-6019/2018 saylı qərardadına əsasən həbs qoyulmuşdur. Buna baxmayaraq, məhkəmə qeyd olunan hüquqi faktlara göz yumaraq, işi sadəcə Maraqlı şəxs xeyrinə həll etmiş, onun verdiyi şikayəti təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)-406/2015 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçı Maraqlı şəxs kassasiya şikayəti isə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-4215/2018 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 241 saylı ünvanda yerləşən 55,1 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsinin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-6019/2018 saylı qərardadından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 241 saylı ünvanda yerləşən 55,1 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsinin (Tovuz kafesinin) üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-9234 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, iddiaçı Maraqlı şəxs həmin qərardaddan verdiyi kassasiya şikayəti isə təmin edilməmişdir. Göründüyü kimi icra məmuru qətnamənin icrası zamanı nöqsanlara yol verərək, obyektin təhvil verilməsi barədə göstəriş olmadığı halda qeyri-yaşayış sahəsini tələbkar kimi iştirakına xitam verilmiş Maraqlı şəxs təhvil verməkdə pozuntuya yol vermiş məhkəmə öz növbəsində işdəki sübutlara deyil öz şəxsi mülahizələrinə uyğun olaraq, Maraqlı şəxs şikayətini qanunsuz təmin edərək özünün çıxardığı qərardadı ləğv etməklə haqlı olmamış bununla maddi və prosessual hüquq normalarının tələbini kobud pozmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-438/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-3/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclunun vəkili X6 şikayəti müdafiə edərək, qərardadın əsassız olduğunu, icra edilən məhkəmə qətnaməsi üzrə Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə tələbkar Maraqlı şəxs işdə iştirakına xitam verildiyini, Ali Məhkəmənin qərarı ilə qüvvədə qaldığını, Tahirənin işdən uzaqlaşdırıldığını, subyektiv hüququnun olmadığını, icra məmurunun kobud pozuntuya yol verərək akt tərtib edib “açarın Təranə Cahangirovaya verilməsi” hissəsində ləğv edilməsini xahiş etdiklərini, mübahisəli qeyri-yaşayış sahəsinin Kooperativin deyil, Əmlak Komitəsinin adına olduğunu, Mahmud tərəfindən hal-hazırda alındığını, Maraqlı şəxs kooperativin yox, Mənzil İstismar sahəsinin sədri olduğunu bildirmiş, ona görə aktın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclu Tələbkar şikayəti müdafiə edərək, mübahisəli qeyri-yaşayış sahəsini hərrac vasitəsilə aldığını, müəyyən səbəblərə görə alqı-satqı apara bilmədiyini, hərrac protokolunun olduğunu, həmin qeyri-yaşayış sahəsini ona 1992-ci il tarixdən verildiyini, oranın heç vaxt xeyri-şər yeri olmadığını, o məzuniyyətdə olan zaman Maraqlı şəxs onun möhürünü götürdüyünü bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkarın vəkili X3 şikayəti qəbul etməyərək, kooperativin keçmiş sədri ilə qonşular arasında mübarizə getdiyini, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 241 saylı ünvanda yerləşən 55,1 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsinin qonşular üçün xeyir-şər yeri kimi nəzərdə tutulduğunu, sonra Tələbkar orada kafe işlətdiyini, icra şöbəsi tərəfindən Mahmuda məktub, icra vərəqəsi göndərildiyini, “xxxxxxxx” Mənzil Kooperativinin sədrinin hal-hazırda Maraqlı şəxs olduğunu, bütün tələbkarların ona etibarnamələr verdiklərini, İcra Şöbəsi tərəfindən Mahmuda məktub göndərildiyini, icra barədə xəbərdar olduğunu bildirmiş və qərardadın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edənMaraqlı şəxs şikayəti qəbul etməyərək, onun 2011-ci il tarixdən camaatın xahişi ilə kooperativə sədr keçdiyini, borclunun yalan danışdığını, hərracın nəticələrinin ləğv olunduğunu bildirmiş və və qərardadın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Nəsimi rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının əsaslılığını “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 26, 87; MPM-nin 387.1, 397.2-ci maddələrinə (mübahisələndirilən dəlillərə) münasibətdə araşdıran məhkəmə kollegiyası işin nəticəsini şübhələrdən kənar əsaslandırılmış olması barədə qənaətinə gəlir. Belə ki, ilk olaraq şikayətə diqqət yetirmək lazımdır, orada isə qeyd edilmişdir ki, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməklə, tərtib etdikləri xx xxxxxx 2019-cu il tarixli aktın qismən, yəni qeyri-yaşayış sahəsinin Maraqlı şəxs təhvil verilməsi hissəsində etibarsız hesab edilməsidir. Burada hansı cavabdehlərin hansı hərəkətləri və aktın qismən etibarsızlığnın hüquqi-nəzəri əsasları müəyyən edilmir. Aktın etibarsızlığı ona yönəlik hərəkətlərin həqiqətdə mövcud olmadığını və ya bu hərəkətləri edən şəxsin öz iradəsindən kənar edilməsi və sair bu kimi nəzəri-hüquqi düşüncələr başa düşülür. Lakin ərizəçi tərəfindən belə düşüncələr müzakirəyə təqdim edilməmişdir. Əgər qanuna istinadən icra məmurunun edilməli və edilmiş icra hərəkətləri (hərəkətsizliyi) nəzərdə tutulursa, bunlar şikayətdə əks edilməmiş və şikayətdə qeyd edilənlər sübuta yetirilməmiş, habelə şikayət verənin icra sənədinə əsasən boşaldılmalı olan sahəni təhvil verdikdən sonra şəxsi mənafelərinə müvafiq kimə təhvil verilməsinin ona nə kimi aidiyyəti olduğu müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, icra sənədi üzrə mübahisə predmetinə dair icranı dayandırılmalı olan başqa mübahisənin olması ilə əlaqədar tərəflər icra icraatının dayandırılması barədə müraciətlərin edilməsini və bu əsasla icra sənədinin qüsurlu icra edilməsini mübahisələdirməmiş, yalnız Maraqlı şəxs təhvil verilməsi hissəsində mübahisələndirmişlər. Ona görə, apellyasiya icraatının prosedur xüsusiyyətlərinə müvafiq digər dəlillərin müzakirəyə məruz qalması belə yolverilməzdir. Diqqətə çatdırılmalıdır ki, şəxsin prosessual statusuna xitam verilibsə, icra vərəqində əks edilməməlidir, halbuki işdə olan icra vərəqində Maraqlı şəxs tələbkar kimi qeyd edilmiş, icranı “xxxxxxxx” Mənzil Kooperativinin sədri kimi qəbul etmiş (iş səh.4), və maraq dairəsi olan tələbkarlar icra hərəkətlərinə dair etiraz etməmişlər. Ona görə icra hərəkətlərini maraqlara toxunan hissədə başqa şəxsər tərəfindən və ya eyni şəxsin maraqlara toxunan hissədə başqa əsaslarla yenidən mübahisələndirilməsi istisna edilmir və bununla da məhkəmə müdafiə hüququ pozulmur. Göstərilənlərə əsasən və MPM-in 263, 385, 387, 397, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu Tələbkar şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-3/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar