Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-438/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xumar Mərdanova və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, Xətai Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş “Borclu məcburi gətirilməsi barədə” təqdimata dair iş üzrə Xətai Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Borclu icra sənədi üzrə borcludur. İcra məmuru təqdimatla məhkəməyə müraciət edərək xahiş etmişdir ki, borclu icra şöbəsinə məcburi gətirilsin. Xətai Rayon Məhkəməsinin qərardadı ilə qərara alınıb ki, təqdimat təmin edilsin, borclu icra şöbəsinə məcburi gətirilsin. Şikayətdə tələnb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz. Belə ki,“İcra məmurları haqqında” Qanunun 8-ci maddəsindən görünür ki, icra məmuru icra hərəkətləri ilə əlaqədar vətəndaşları və vəzifəli şəxsləri çağırmaq hüququna malikdir. İcra məmuru həmin hüququndan istifadə edərək borclunu icra şöbəsinə çağırmış, lakin o, icra şöbəsinə gəlməmişdir. Borclu çağırışa gəlməməsinin üzrlü səbəbdən baş verməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Belə sübutlar təqdim edilmədiyinə görə hesab olunur ki, borclu çağırışa gəlməkdən üzrsüz səbəbdən yayınır. “İcra haqqında” Qanunun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Nəzərə alınmalıdır ki, icra məmurunun üzərinə qanunla müəyyən edilmiş müddətdə məhkəmə qərarının icrasını təmin etmək vəzifəsi qoyulub. İcra məmurunun çağırdığı şəxs çağırışda göstərilən yerə (icra şöbəsinə və ya icra yerinə) gəlmədikdə məhkəmə qərarının icrasını təmin etmək mümkün olmur və ya çətin olur. Ona görə də 1-ci instansiya məhkəməsi təqdimatı təmin etməklə düzgün nəticəyə gəlmişdir, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-438/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-438/2021
27.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver