Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-438/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Babək Qarayev məhkəməyə təqdimatla müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)3745/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “MG 350” minik markalı, 99-CT038 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)3745/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 20000 manat məbləğində pul Borclu, 13000 manat məbləğində pul X2 tutularaq Tələbkar verilməlidir. İddiaçı tərəfindən ödənilmiş 189 manat dövlət rüsumunun 113 manatı Borclu, 76 manatı isə X2 tutularaq Tələbkar verilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün Borclu ünvanına bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar icranı könüllü təmin etməsi üçün verilmiş 10 gün müddətində borclu tərəfindən hər hansı məbləğ tələbkarın xeyrinə ödənilməmişdir. Borclu tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqan və təşkilatlara sorğular edilmişdir. Aparılmış icra tədbirləri zamanı “Elektron İcra” sistemindən əldə etdikləri məlumata əsasən Borclu mülkiyyətində “MG 350” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu aşkar edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edən Tələbkar bildirmişdir ki, ümumi borcun 20000 manatını hazırkı iş üzrə Borclu ödəməlidir, 2014-cü ildən bəri heç bir ödəniş etməmişdir. Dələduzluq edərək evini satmağa məcbur etmişlər. Hadisədən sonra yoldaşı xəstə düşərək vəfat etmişdir. Təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu bildirmişdir ki, qeydiyyatı Şuşa rayonunadır, o, hazırda Xətaidə yaşayır. Onun icra işi Nərimanovda olmamalıdır. O, icra şöbəsi tərəfindən çağırılmayıb, ancaq məhkəmə bildirişindən sonra bilib ki, belə bir iş var. İşə Şuşa rayon İcra şöbəsində baxılmalıdır. Aidiyyət üzrə göndərilməlidir. Beləliklə o, aidiyyət qaydasının pozulmasını, icra işindən məlumatsız olmasını, könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra sənədinin icra edilməsi haqda bildirişin ona çatdırılmamasını əsas gətirərək, təqdimatın rədd olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-554/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdimatın təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3745/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “MG 350” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu qərardaddan şikayət etmiş, Nərimanov Rayon Məhkəməsinin 07 noyabr 2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət aidiyyət qaydalarının pozulması ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur (maddə 50.1 və 50.2). Tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir( maddə 45.7). İşdən görünür ki, borclu icra sənədinin icrası istiqamətində hər hansı hərəkət etməmiş, borcu könüllü ödəməkdən yayınmışdır. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, habelə tələbkarın maraqlarını nəzərə alaraq, icra məmurunun təqdimatına əsasən borcluya məxsus əmlakın üzərinə həbs qoymaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız sayır və qeyd edir ki, mülki iş üzrə çıxarılmış qətnamə əsasında verilmiş icra sənədi Nərimanov rayon İcra şöbəsinin icraatına daxil olduğundan icra məmuru həmin icra sənədinin icrası ilə bağlı qanunla nəzərdə tutulmuş tədbirləri görməkdə haqlıdır. Birinci instansiya məhkəməsi həmin dəlillə bağlı müvafiq araşdırma apararaq qeyd etmişdir ki, “İcra haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Hazırkı iş üzrə əsas olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3745/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsində borclunun olduğu yer olaraq Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 27a, mənzil 40 qeyd edildiyindən icra vərəqəsinə aidiyyət üzrə Nərimanov rayon İcra Şöbəsində baxılmış və icra sənədi üzrə icraata başlanılmışdır. Digər tərəfdən, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, borclunun icra işinə Şuşa Rayon İcra Şöbəsində baxılmalı olsa belə, mövcud vəziyyətdə icra edilməli olan məhkəmə qətnaməsi vardır və müvafiq icra sənədinin hansı icra şöbəsi tərəfindən icra edilməli olmasından asılı olmayaraq onun məcburi icrası mütləq qaydada təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu dəlilə verdiyi qiymətlə razılaşır və əlavə olaraq qeyd edir ki, qanunun mənasına görə borclu yaşayış yerini faktiki olaraq dəyişməsi və s. barədə olan məlumatları icra şöbəsinə təqdim edərək icra sənədinin ona aid hissədə aidiyyəti üzrə göndərilməsini xahiş edə bilər. Lakin işdən göründüyü kimi, o, hazırda faktiki olaraq Nərimanov rayonunun ərazisində yaşayır və icra sənədinin onun yaşamadığı, sadəcə qeydiyyatda olduğu ünvana göndərilməsi icra işində ciddi çətinliklər yarada bilər. Bu baxımdan məhkəmə təqdimatı təmin etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-438/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-438/2024
10.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver