Məhkəmə qərarları › İş №8(103)-438/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-438/2025

25.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-438/2025 25.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-193/202* nömrəli 17.06.202*-ci il tarixli qərardadından tələbkar X7 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X1, X8 və X7 şikayət ilə müraciət edərək, icra məmurunun "İcra haqqında" Qanunda nəzərdə tutulmayan və qanunsuz hesab olunan hərəkətlərinə dair şikayətinin məhkəmədə araşdırılana qədər, həmçinin yeni və qanuni göstərişlər verilməyincə, icra vərəqəsində nəzərdə tutulmayan və icra məmurunun özbaşına həyata keçirdiyi icra hərəkətlərinin dayandırılması və onların aparılmasının qadağan olunması, eyni zamanda, digər şikayətlərinə dair məhkəmə araşdırmalarının hakimlər Zaur Tağıyev, Ramilə Xəzri, Hüseyn Hüseynli və Emin Rüstəmovun icraatına verilməsinin dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-193/202* nömrəli 17.06.202*-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Hazırda həmin qərardaddan tələbkar X7 şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs tərəfindən hüquqi qüvvəyə minmiş iki ayrı məhkəmə qərarının icrası zamanı qanunsuz hərəkətlər, məhkəmə qərarlarının təkrifi və vətəndaşların əmlak hüquqlarının pozulması ilə bağlı ciddi qanun pozuntuları törədilmişdir. Hakimlərin vəzifə pozuntuları Hakimlər və məhkəmələr haqqında Qanunun 113-cü maddəsinə əsasən, hakim qərəzsiz, ədalətli və qanuna əsaslanan qərarlar çıxarmalıdır. X1* Xəzri və Zaur Tağıyev 2(003)-367/2021 saylı iş üzrə hüquqi qüvvəyə minmiş qətnamə ilə mübahisə predmeti olan 3 mərtəbəli 700 m2 -lik fərdi ev və içindəki 230.000 manatlıq əşyanın qanuni sahibini müəyyən etmələrinə baxmayaraq, sonrakı qətnamədə bu evi boşaltmaq üçün şifahi icra göstərişləri vermişlər, İki fərqli ünvana və hüquqi refimə malik torpaq sahələrinə eyni hüquqi nəticə tətbiq edilməyə cəhd edilmişdir, İcra vərəqəsinin icra edilmədiyi və gizlədildiyi halda, eyni hakim tərəfindən eyni əmlakla bağlı yeni icra cəhdlərinə yol verilmişdir. Bu hallar hakimlərin CM-nin 308 (vəzifə səlahiyyətlərindən suiistifadə) və CM-nin 313 (vəzifə saxtakarlığı) maddələri üzrə məsuliyyətə cəlb olunması üçün əsasdır. İcra məmurunun qanunsuz hərəkətləri: "İcra haqqında" Qanunun: 3.0.1-ci maddəsinə görə, icra məmuru yalnız qanuni icra vərəqəsinə əsasən və həmin vərəqənin hüquqi qüvvədə olan məzmunu çərçivəsində hərəkət edə bilər. 2*-ci maddəsinə əsasən, borclunun hüquqlarını pozan, ona qarşı təhdid və ya təzyiq yolu ilə əmlakın icrasını həyata keçirmək qadağandır. X10 İcra vərəqəsində göstərilməyən fərdi evə dair əşyaların könüllü boşaldılmaması halında "özbaşına boşaldılacaq" deyə təhdid etmiş, Qanuni icra sənədi təqdim etmədən, şifahi tapşırıqlarla əmlaka müdaxilə etmiş. X12 tapşırığı ilə vətəndaşların hüquqlarını pozmuşdur. Bu hal həmçinin CM-nin 320.1.2 (rəsmi sənədi saxtalaşdırma, istifadə etmə) maddəsinin tərkibini yaradır. Yuxarıda göstərilən hallar göstərir ki, eyni tərkibdə olan iki hakim. Bir-birinə zidd olan, fərqli hüquqi nəticələr doğuran qətnamələr vermiş. Bu qətnamələr əsasında vətəndaşın eyni əmlakı ikinci dəfə mübahisələndirilməyə çalışılmış, Eyni zamanda, icra məmuruna qanunsuz şifahi göstərişlər verilməklə əmlakın dələduzluqla boşaldılması məqsəd güdülmüşdür. Bu hallar sübut edir ki, burada təkcə prosesual pozuntular deyil, sistematik korrupsiya və əmlak ələ keçirməyə yönələn cinayət əlamətləri mövcuddur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-193/202* nömrəli 28.07.202*-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin 06.0*.2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş və könüllü icra ilə bağlı bildiriş borclulara təqdim edilmişdir. xx.xx.2024-ci il tarixli aktdan görünür ki, Xəzər rayon İcra şöbəsinin icra məmurları, hal şahidlərinin iştirakı ilə 2(003)-367/2021 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təyin edilmiş ünvanda həmin vaxt olmuşlar lakin tələbkar gəlmədiyi üçün icra hərəkətləri təxir edilib. X* Xəzər rayon İcra şöbəsinə ünvanlanmış 2*.10.2024-cü il tarixli ərizəsindən görünür ki, əşyaların olduğu ünvan yararsız hala düşüb və bunun nəticəsində əşyalar yararsız hala düşə bilər. Buna görə əşyalar götürülməsə başqa ünvana daşınacaq. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin 2*.10.202*-ci il tarixli məktubundan görünür ki, icra vərəqəsi üzrə tərəflərə məhkəmə qərarının könullü icrası ilə bağlı bildiriş göndərilmiş, lakin icra sənədi üzrə tələb könullü icra müddətində və sonrakı ərəfədə təmin edilməmişdir. Bu səbəbdən məhkəmə qərarının məcburi icrası 31.10.202*-ci il tarixinə saat 11:00-a təyin edilmişdir. Xəzər rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəliyindən xahiş olunur ki, səlahiyyətli nümayəndəsinin icrada iştirakını təmin etsin. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən xahiş olunur ki, həmin tarixdə təcili yardım maşınının icra yerində olmasını təmin etsin. Azərbaycan Respublikası FHN Xəzər rayon 2 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsinə rəisindən xahiş olunur ki, 31.10.202*-ci il tarixdə yanğın söndürmə maşınının icra yerində olmasını təmin etsin. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Xəzər rayon İcra şöbəsinin icra məmurları, hal şahidlərinin iştirakı ilə 2(003)-367/2021 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təyin edilmiş ünvanda həmin vaxt olmuşlar, lakin tələbkar gəlməmişdir. X* Xəzər rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, əşyaların olduğu ünvan yararsız hala düşüb və bunun nəticəsində əşyalar yararsız hala düşə bilərdi deyə əşyaları Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Ordubad küçəsi 2 saylı evə daşınmışdır. Tələbkara istənilən zaman təhvil verilməyə hazırdır. Xəzər rayon İcra şöbəsinin arayışının sürətindən görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 367/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə X7 ilə xx.xx.2024-cü il tarixdə 070-621-*4-63 nömrəsi ilə əlaqə saxlanıldı, ona bidirildi ki, tələbkara məxsus əmlakların hamısı Bakı şəh.,Xəzər ray.,Buzovna qəs.,Ordubadi küç.,ev 2 ünvanda borclu tərəfindən yerləşdirilmişdir və həmin əmlakların tələbkar tərəfindən götürülməsi bildirildi. Xəzər rayon İcra şöbəsinin arayışının sürətindən görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 367/2021 nömrəli, xx.xx.2021-ci i tarixli icra sənədi üzrə X7 ilə 23.0*.202*-ci il tanxdə 070- 621-*4-63 nömrəsi ilə əlaqə saxlanılaraq həmin tarixə təyinat olduğu ona bidirildi və tələbkara məxsus əmlakların hamısı Bakı şəh.,Xəzər ray.,Buzovna qəs.,Ordubadi kuç.,ev 2 ünvanda borclu tərəfindən yerləşdirilmişdir və həmin əmlakların tələbkar tərəfindən götürülməsi xahiş olunsada o gələ bilməyəcəyini bildirdi. 14.0*.202*-ci il tarixli aktdan görünür ki, Xəzər rayon İcra şöbəsinin icra məmurları, hal şahidlərinin iştirakı ilə 2(003)- 367/2021 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təyin edilmiş ünvanda həmin vaxt olmuşlar lakin tələbkar gəlmədiyi üçün 23.0*.202*-ci il tarixə təxir ediblər. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin 14.0*.202*-ci il tarixli məktubundan görünür ki, icra vərəqəsi üzrə tərəflərə məhkəmə qərarının könullü icrası ilə bağlı bildiriş göndərilmiş, lakin icra sənədi üzrə tələb könüllü icra müddətində va sonraki ərəfədə təmin edilməmişdir. Bu səbəbdən məhkəmə qərarının məcbun icrası 23.0*.202*-ci il tarixinə saat 11:00--a təyin edilmişdir. Xəzər rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəliyindən xahiş olunur ki, səlahiyyətli nümayəndəsinin icrada iştirakını təmin etsin. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən xahiş olunur ki, həmin tarixdə təcili yardım maşınının icra yerində olmasını təmin etsin. Azərbaycan Respublikası FHN Xəzər rayon 2 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsinə rəisindən xahiş olunur ki, 23.0*.202*-ci il tarixdə yanğın söndürmə maşınının icra yerində olmasını təmin etsin. 23.0*.202*-ci il tarixli aktdan görünür ki, Xəzər rayon İcra şöbəsinin icra məmurları, hal şahidlərinin iştirakı ilə 2(003)-367/2021 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təyin edilmiş ünvanda həmin vaxt olmuşlar lakin tələbkar gəlməmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin 29.0*.202*-ci il tarixli məktubundan görünür ki, icra vərəqəsi üzrə tərəflərə məhkəmə qərarının könullü icrası ilə bağlı bildiriş göndəniniş, lakin icra sənədi üzrə tələb könullu icra müddətində va sonraki ərəfədə təmin edilməmişdir. Bu səbəbdən məhkəmə qərarının məcburi icrası 0*.06.202*-ci il tarixinə saat 11:00-a təyin edilmişdir. Xəzər rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəliyindən xahiş olunur ki, səlahiyyətli nümayəndəsinin icrada iştirakını təmin etsin. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən xahiş olunur ki, həmin tarixdə təcili yardım maşınının icra yerində olmasını təmin etsin. Azərbaycan Respublikası FHN Xəzər rayon 2 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsinə rəisindən xahiş olunur ki, 0*.06.202*-ci il tarixdə yanğın söndürmə maşınının icra yerində olmasını təmin etsin. Azərbaycan Rеspublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul еtdiyi qərarlar dövlətin adından çıхarılır və onların icrası məcburidir. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 1*.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 18-ci maddəsinə əsasən borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda; borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icraatın dayandırılması mümkündür. 43-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. 44-cü maddəsinə əsasən icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi borclu barəsində məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. 7*.2-ci maddəsinə əsasən birinci növbədə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın, habelə ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üzrə tələblər təmin edilir. 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. 84.2-ci mаddəsinə əsаsən icrа məmurunun çağırışı ilə gəlməkdən və yа icrа hərəkətlərinin həyаtа kеçirildiyi yеrə gəlməkdən üzrsüz səbəbdən yаyınаn şəхslər bаrəsində məhkəmənin qərаrı əsаsındа məcburi gətirilmə tədbiri tətbiq оlunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi yararsız hala düşməsi səbəbilə yeni ünvana – Buzovna qəs., ünvan 5qanı məlumatlandırılmışdır. İcra sənədinin icrası ilə bağlı qanuni prosedurlar tam şəkildə yerinə yetirilmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsi tərəfindən 06.0*.2021-ci il tarixdə icraata başlanması barədə qərar qəbul edilmiş, tərəflərə könüllü icra ilə bağlı müvafiq bildirişlər göndərilmişdir. X2 tərəfindən əmlakların əvvəlki ünvanın yararsız hala düşməsi səbəbilə yeni ünvana – Buzovna qəs., ünvan 5qanı məlumatlandırılmışdır. İcra məmuru icra sənədinin icrasını ləngitmədən, dəfələrlə iştirakçılarla əlaqə saxlamaqla, könüllü və məcburi icra üsullarına müraciət etməklə təmin etmişdir, icra məmurunun hərəkətlərində qanun pozuntusu yoxdur, icra sənədinin icrası ilə bağlı zəruri və qanuni tədbirlər görülmüşdür. Tələbkarlar özləri icra hərəkətlərində iştirak etməmiş və təhvil alma prosedurlarından yayınmışlar. Kollegiya hesab edir ki, tələbkarın şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-193/202* nömrəli 17.06.202*-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-193/202* nömrəli 17.06.202*-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar