Məhkəmə qərarları › İş №8(103)-439/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-439/2020

21.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-439/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(006)- 171/2020 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru Emil Abiyev Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-2925/2012 saylı icra vərəqəsinə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, həmin ünvanda X2 tərəfindən qanunsuz anbar tikilməsi qətnamənin icrasında çətinlik yaratmış, buna görə də icra sənədinə izah verilməsi zəruridir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(006)- 171/2020 saylı qərardadı ilə icra sənədinə izah verilməsinə dair ərizə təmin edilməmişdir. Tələbkar həmin qərardaddan şikayət vermiş, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardadda məhkəmə baxışının predmeti olmayan məsələlərə diqqət çəkmiş, təqdim olunan sübutları qiymətləndirməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(006)- 171/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında tələbkar şikayətini müdafiə edərək təmin edilməsini, qərardadın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası tələbkarın izahatını dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(006)-171/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apelyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Məhkəmə qətnaməsi aydın olmadıqda, ziddiyyətli olduqda izah etməyə zərurət yaranır. Bundan başqa mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, işə baxmış hakim icra sənədinin məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə qətnaməsi haqqında" xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 14-cü bəndində də göstərilmişdir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(006)-171/2020 saylı qərardadı ilə birinci instansiya məhkəməsi haqlı olaraq həmin məhkəmənin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(006)-2925/2012 saylı qətnaməsi üzrə verilmiş icra sənədində göstərilmiş tələblər üzrə qətnaməyə izah verilməsindən imtina etmişdir. Belə ki, həmin məhkəmənin xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsində göstərilmiş tələblər kifayət qədər aydın yazılmış və hər hansı bir anlaşılmazlıq olmamışdır. Məhkəmə düzgün olaraq qətnamədə qeyd etmişdir ki, iş üzrə tərəf qismində cəlb edilməmiş X1 hərəkətləri ilə əlaqədar icra sənədinə izah verilməsi qeyri-mümkündür və izahın verilməsi tələb olunan məsələ ayrıca iddia verilməklə məhkəmə qaydasında araşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(006)- 171/2020 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin, qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar