Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-439/2025 11.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-385/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qərardadından maraqlı şəxs X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru X6 Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 8(003)-385/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qərardadına əsasən, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X3 təqdimatı təmin edilmiş və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-73/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu məxsus “VAZ 21074” minik markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz ML 320” minik markalı, **- LL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. 02 iyul 2025-ci il tarixində X4 nümayəndəsi-vəkili qərardaddan şikayət verərək Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8(003)- 385/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qərardadının ləğv edilməsini və Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru X3 Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimatın rədd edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-385/2024 saylı, 07 iyul 2025-ci il tarixli qərardadı ilə maraqlı şəxs X5 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. 09 iyul 2025-ci il tarixində maraqlı şəxs X5 ərizə verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-385/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qərardadından şikayətin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməsi səbəblərini üzrlü hesab etməklə işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-385/2024 saylı, 17 iyul 2025-ci il tarixli qərardadı ilə maraqlı şəxs X5 tərəfindən verilmiş ərizə təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-385/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-385/2024 saylı, 29 iyul 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-385/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qərardadından verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Aşağıda göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-385/2024 saylı, 07 iyul 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-385/2024 saylı, 05 noyabr 2024-cü il qərardadından maraqlı şəxs X5 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Bundan sonra ərizəçi tərəfindən müddətin bərpası barədə ərizə verilmiş, ərizə təmin edilmişdir. X1 09 iyul tarixində müəyyən edilmiş prosessual müddətin ötürülməsi səbəblərini üzrlü hesab edilməsi barədə ərizə təqdim etsə də, ərizəyə yeni şikayət əlavə etməmişdir. Baxmayaraq ki, Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 269.1-ci maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi bu halı nəzərə almamış, şikayət əlavə edilmədiyi halda ərizəni təmin etmiş, işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qənaətinə gəlmişdir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360, 363,366.4 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-385/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qərardadı üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №8(103)-439/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-439/2025
11.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver