Məhkəmə qərarları › İş №8(103)-44/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-44/2023

20.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-44/2023 20.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmmədova (sədirlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X5 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 8(011)-132/2022 saylı qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 8(011)-132/2022 saylı qərardadı ilə X3nın Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 12 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi rədd edilmişdir. Tələbkarın nümayəndəsi X10 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli 8(011)-132/2022 saylı qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmiş, məhkəmə şikayəti təmin etməyərək tələbkarın şikayətinə baxılması üçün iş materialını Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2022-ci il tarixli 8(103)- 375/2022 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli 8(011)-132/2022 saylı qərardadı ləğv edilmiş, ərizəyə yenidən baxılması üçün iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 8(011)-132/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusiflinin 12 noyabr 2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4580/2019 saylı 16 avqust 2019- cu il tarixli icra sənədi üzrə icraatın təzələnməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4580/2019 saylı 16 avqust 2019-cu il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 8(011)-132/2022 saylı qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 15 saylı evin 81 saylı mənzilinə həmin evin 83 saylı mənzilindən su axıdılmasının qarşısının alınması ilə bağlı bir ay müddətində təmir-tikinti işlərinin aparılması vəzifəsi Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 15 saylı evin 83 saylı mənzilində yaşayan X2 üzərinə qoyulmuşdur. Bu tələb isə icra olunmuşdur. Əgər tələbkarın 81 saylı mənzilinə su axıdılırsa deməli bunun səbəbi borclunun 83 saylı mənzilindən deyil. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(011)-132/2022-il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında tərtib edilmiş və tələbkarın nümayəndəsi Yavər Aslanovun imzası ilə təsdiq edilmiş aktın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 15 ünvanında yerləşən 83 saylı mənzildə təmir işləri aparılmış, həmin sahənin quru olduğu müəyyən edilmiş, həmçinin borclu tərəfindən bütün borular yenisi ilə əvəz edilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 12 noyabr 2021-ci il tarixli qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4580/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələb borclu tərəfindən təmin olunduğundan xitam verilmişdir. Daha sonra tələbkar X14 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə tələbkar X8 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı ərizəsini araşdırarkən məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 15 saylı evin, 81 saylı və 83 saylı mənzillərinə yerli baxış keçirilmiş və 81 saylı mənzilin hamam otağının divarında cüzi su axıntısının olmasının məhz 83 saylı mənzildən suyun axıdılması ilə bağlı olması müəyyən edilməmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(011)-1078/2021 nömrəli qərardadı ilə tələbkar X8 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi təmin edilməmişdir. Daha sonra X3nın - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1078/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından şikayət vermiş məhkəmə şikayəti təmin etməyərək tələbkarın şikayətinə baxılması üçün iş materialını Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(103)-20/2022 saylı qərardadı ilə X3 şikayəti qismən təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1078/2021 saylı iş üzrə 17 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş və ərizəyə yenidən baxılması üçün iş materialı Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(103)-20/2022 saylı qərardadında qeyd etdiyi hallar üzrə araşdırmanın daha səmərəli aparılması üçün məhkəmənin xx.xx.2022-ci il tarixli 8(132)-132/2022 nömrəli qərardadına əsasən iş üzrə tikinti-texniki ekspertizası təyin etmişdir. Daha sonra Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2022-ci il tarixli, 10/1602 nömrəli ekspert rəyi ilə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 15 saylı evin 81 saylı mənzilin hamamın divarları və tavanında olan qüsurlar su sızma əlamətlərinə xarakterik olduğunu nəzərə alaraq, 81 saylı mənzilə su axıdıldığı müəyyən olunur. Tədqiq olunan 81 saylı mənzilə su sızmanın səbəbini müəyyən olunması məqsədilə 83 saylı mənzilin sanitar qovşağına müəyyən miqdarda su axıdılaraq eksperiment keçirilmiş, lakin 81 saylı mənzilin sanitar qovşağında hər-hansı bir su sızma izləri müəyyən olunmamışdır. Eyni zamanda, su sızmanın səbəbim müəyyən etmək üçün, 81 saylı mənzilə paralel digər blokda 5-ci mərtəbədə olan mənzilin sanitar qovşağına baxış keçirilərkən, həmin tikilinin tavanında nəmlənmə izlərinin olduğu müəyyən olunmuşdur. Eləcədə həmin blokun altıncı mərtəbəsində olan mənzilə baxış keçirilməsi zəruri olmuş, lakin qapısı bağlı olduğundan baxış keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də, 81 saylı mənzilə su sızmanın səbəbini digər qonşuların (83 saylı mənzilin divarına bitişik olan sanitar qovşağına) sanitarqovşaqlarına baxış keçirildikdən sonra müəyyən oluna bilməsi qeyd edilmişdir. Həmçinin də Bakı şəhəri, Xətai rayonu, Telnov kü 83 saylı evin 81 saylı mənzilinə həmin evin 83 saylı mənzilindən su axıdılması dəqiqliklə müəyyən etmək mümkün olmadığı üçün bu yöndə tədqiqat aparılmamışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə Kollegiyası, birinci instansiya məhkəməsinin iclasında izahat vermiş tələbkarın nümayəndəsinin hal-hazırda da mənzilə su axıdılmasının davam etməsi ilə bağlı izahatlarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, icra məmurunun icraata xitam verilməsi ilə bağlı qərarı ləğv edilməli, icra hərəkətləri davam etdirilməlidir. Belə ki, Xətai rayon məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(011)-4580/2019 saylı qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 15 saylı evin 81 saylı mənzilinə həmin evin 83 saylı mənzilindən su axıdılmasının qarşısının alınması ilə bağlı bir ay müddətində təmirtikinti işlərinin aparılması vəzifəsi X2 üzərinə qoyulmuşdur.Hal-hazırda da həmin mənzilə su axıdılmasının davam etməsi nəzərə alınaraq qətnamə icra olunmuş sayıla bilməz. MPM-nin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb və şikayəti təmin etməmək səlahiyyəti vardır. Odur ki, şikayət təmin olunmamal, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2022ci il tarixli 8(011)-132/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 8(011)-132/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar