Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-440/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədirliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, X1 tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(005)- 487/2020 nömrəli qərardadından verdiyi şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 2(005)- 1019/2019 nömrəli iş üzrə “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair ilkin və “cehiz və qızıl əşyalarının qaytarılmasına və ya dəyərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri əsasında məhkəməyə müraciət edilmiş, xx xxxxxx 2019-cu il tarixdən etibarən o hələ də aşkar edilməmiş cehiz əşyalarını borclu X12 ala bilmir. Beləki, o dəfələrlə Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 müraciət etsə də, hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzatmış, borclu X12 aşkar edilməmiş cehiz əşyalarının ödənilməsini tələb etməmişdir. Belə olduğu halda o, Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin rəisi Füzuli Hüseynova ərizə ilə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1019/2019 nömrəli xx xxxxxx 2019-cu il icra sənədinə əsasən, ünvan 1 mənzil 28 ünvanında yerləşən cehiz əşyalarının üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları X2, X3, Borclu, tələbkarın, yəni onun iştirakı ilə cehiz əşyalarının siyahısına baxış keçirilmişdir və aşkar olunmuş əşyalar barədə akt tərtib edilmişdir. Belə ki, həmin akta əsasən aşkar olunmuş əşyalar bunlardır: icra sənədində qeyd olunan 1 ədəd personal kompüter-dəyəri 1.500 (bir min beş yüz) manat, 1 ədəd şkaflı kompüter stolu-dəyəri 250 (iki yüz əlli) manat, 1 ədəd merinos adlanan xalçadəyəri 450 (dörd yüz əlli) manat, zal üçün pərdə dəsti-dəyəri 550 (beş yüz əlli) manat, şirəçəkən maşındəyəri 200 (iki yüz) manat, 3 ədəd Tac dəsmal-dəyəri 90 (doxsan) manat, hədiyyə edilmiş qızıllar cəmi dəyəri-12.050 (on iki min əlli) manat, paltar cəmi dəyəri-990 (doqquz yüz doxsan) manat olan əşyalar həmin mənzildə aşkar olunmamışdır. Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 icranı tam etmədiyini bildirsə də, ərizəyə yazılan cavabı almağına müxtəlif bəhanələr gətirərək ərizənin cavabını ona verməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Beləliklə, ikinci dəfə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon İcravə Probasiya Şöbəsinin rəis müavini Ziya İsmayılzadəyə yazaraq icra məmuru X2 aşkar edilməmiş cehiz əşyalarının borclu X12 tələb etmədiyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin rəis müavini Ziya İsmayılzadə onu və icra məmuru X5 qəbul etmişdir. Rəis müavini icra məmurundan aşkar olunmamış əşyaların borcludan niyə tələb etmədiyini soruşduqda, icra məmuru bu işin xitam olunduğunu və onun imza etdiyini bildirdi. O, bu işin icra olunduğunu həmin gün bilmiş və öz etirazını bildirmişdir ki, icra icraatı onun xəbəri olmadan xitam oluna bilməz. Eyni zamanda, qeyd edilməlidir ki, icraya xitam xx xxxxxx 2019-cu ildə edilmişdir, lakin o bu barədə xx xxxxxx 2020-ci ildə şifahi olaraq bilmişdir. Həmin qərar ona rəsmi qaydada xx xxxxxx 2020-ci il tarixində təqdim olunmuşdur. İcra qanunsuz olaraq xitam olunmuşdur, belə ki, dekabrdan xitam olunmasına baxmayaraq icra məmuru avqust ayına kimi müxtəlif bəhanələr irəli sürmüşdür. Sonda Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin rəis müavini Ziya İsmayılzadə icra məmuru X4 bildirmişdir ki, o vətəndaşı aldadaraq qol çəkdirmişdir. Ona icranı başqa icra məmuruna yönəldəcəyini bildirmiş, qərardan onun məhkəməyə şikayət verməyini və cavabı ona təqdim etməyini bildirmişdir. Bildirmək lazımdır ki, o aşkar edilməsi mümkün olmayan əşyaların dəyərinin qaytarılması ilə bağlı heç bir sənədə qol çəkməmiş və işin gedişatından qəti razı deyildir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 cehiz əşyalarının siyahısına baxış keçirdikdən sonra ona bildirmişdir ki, halhazırda aşkar olunan və götürülən əşyalara qol çəksin, o da öz növbəsində yalnız götürdüyü əşyalara qol çəkmişdir. Daha sonra bildirmişdir ki, aşkar olunmayan cehiz əşyalarının dəyərini borclu X14 ödədiyi zaman bir də qol çəkəcəkdir. Bildirmək istəyir ki, onun keçmiş həyat yoldaşı narkotik vasitə aludəçisidir və bu əşyaları öz məqsədi üçün istifadə etmişdir. Onun narkotiklə məşğul olmasını sübut edəcək mesaj yazıları da vardır. Eyni zamanda qeyd etmək lazımdır ki, o həmin əşyaları öz müəllim məvacibi ilə almış, belə ki, atası dünyasını dəyişdiyi üçün ona məxsus olan əşyaları min bir çətinliklə almışdır. Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə istinad edərək, yəni icra sənədi tam icra olunmsı səbəbindən icraata xitam vermişdir. Lakin bu qərar qanunsuz və əsassız qəbul edilmişdir. Belə ki, icra borclu tərəfindən icra olunmamış və borclunun icranı icra etdiyini sübut edəcək əsaslı dəlillər mövcud deyildir. Qeyd edilənlərə əsasən, Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 icraata xitam verilməsi barədə xx xxxxxx 2020-ci il qərarının ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(005)-487/2020 nömrəli qərardadına əsasən Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə X1 tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməmişdir. X1 xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(005)-487/2020 nömrəli qərardadından şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-487/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi və şikayətin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.X1 müvafiq şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019- cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi təmin edilmişdir.Həmin qərardan verdiyi şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 487/2020 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Qeyd edilməlidir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)1019/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qət etdi hissəsində məhkəmə qərarı ilə təmin olunmuş cehiz əmlaklarının və geyim əşyalarının siyahısında göstərilənlərlə, icra məmurunun icranın təmin edilməsi barəd siyahıda böyük fərq vardır. Belə ki, işə əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1019/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qətnaməsində həmin əşyalarınadları qeyd edilmişdir: “bir ədəd taxt ücün döşək; 2 ədəd dəsmal Tac-90 (doxsan) manat; 1 ədəd adyal-60 (altmış) manat; 1 ədəd butulka formada yığılmış və qaşla bəzədibmiş pərdə-550 (beş yüz əlli) manat; 1 ədəd uşaq ücün oyuncaqlı xalca-200 (iki yüz) manat; 1 ədəd krem rənğli kaşmir palto-500 (beş yüz) manat; bir ədəd süd rənğli Türkiyə istehsalı olan Zara firmasının paltosu-400 (dörd yüz) manat; bir ədəd göy rənqli parca materialından gödəkcə-90 (doxsan) manat”. Yuxarıda qeyd edilən nə əşyalar, nə də onların dəyəri icra məmuru tərəfindən borclu şəxsdən alınıb ona verilməsi təmin edilməmişdir. Buna görə də, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-487/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, şikayət təmin edilməli və icra məmuruna göstəriş verilməlidir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)1019/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qətnaməsini tam icra etsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli, şikayətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 1019/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı Borclu cavabdeh X8 qarşı “mənzilin boşaldılması, cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair ilkin və iddiaçı X7 cavabdeh Borclu qarşı “cehiz və qızıl əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi qismən təmin edilərək, X8 məxsus ünvan 1 mənzil 28 ünvanında yerləşən cehiz əmlakları və geyim əşyaları: Türkiyə istehsalı olan qonaq otağı dəsti-dəyəri 4.000 (dörd min) manat; Türkiyə istehsalı olan yataq otağı dəstidəyəri 4.000 (dörd min) manat; bir ədəd “Samsung” markalı plazma, eynəkli televizor-dəyəri 3.200 (üç min iki yüz) manat; bir ədəd “Samsung” markalı soyuducu-dəyəri 2.500 (iki min beş yüz) manat; bir ədəd “Samsung” markalı paltaryuyan maşın-dəyəri 3.000 (üç min) manat; Türkiyə istehsalı olan künc divanı-dəyəri 2.500 (iki min beş yüz) manat; bir ədəd zal üçün yun xalçadəyəri 800 (səkkiz yüz) manat; yataq otağı üçün pərdə-dəyəri 150 (bir yüz əlli) manat; bir dəst lüstur zal üçün-dəyəri 200 (iki yüz) manat; bir dəst lüstür yataq otağı üçün-dəyəri 150 (bir yüz əlli) manat; bir ədəd uşaq çarpayısı-dəyəri 500 (beş yüz) manat; bir ədəd süfrə-dəyəri 100 (bir yüz) manat; bir ədəd süfrə-dəyəri 50 (əlli) manat; bir ədəd ətçəkən maşın-dəyəri 150 (bir yüz əlli) manat; bir ədəd ütü-dəyəri 120 (bir yüz iyirmi) manat; bir ədəd kofeçəkən maşın-dəyəri 30 (otuz) manat; bir ədəd blender-dəyəri 35 (otuz beş) manat; bir ədəd mikser-dəyəri 30 (otuz) manat; bir ədəd tozsorandəyəri 200 (iki yüz) manat; bir ədəd duxovka adlanan soba-dəyəri 150 (bir yüz əlli) manat; bir ədəd saat-dəyəri 40 (qırx) manat; bir ədəd taxt üçün döşək; iki dəst ayrıca yorğandöşək-dəyəri 200 (iki yüz) manat; dörd ədəd böyük yastıq-dəyəri 240 (iki yüz qırx) manat; iki ədəd buxovlu adyal-dəyəri 120 (bir yüz iyirmi) manat; bir ədəd gəlinlik pokrıval adlanan çarpayı örtüyüdəyəri 350 (üç yüz əlli) manat; bir ədəd uşaq çarpayısı ləvazimatı ilə birlikdə-dəyəri 700 (yeddi yüz) manat; bir ədəd süfrədəyəri 80 (səksən) manat; iki ədəd süfrə-dəyəri 100 (bir yüz) manat; 2 ədəd pastel-Klas-dəyəri 100 (bir yüz) manat; 2 ədəd Tac böyük və kiçik dəsmal-dəyəri 65 (altmış beş) manat; 2 ədəd Tac dəsmal-dəyəri 80 (səksən) manat; 2 ədəd əl-üz dəsmalı-dəyəri 30 (otuz) manat; 3 ədəd yığma çay dəsmalı-dəyəri 75 (yetmiş beş) manat; 12 dəst dəsmal-dəyəri 60 (altmış) manat; 1 ədəd adyaldəyəri 60 (altmış) manat; 1 dəst 2 nəfərlik yorğan-döşək-dəyəri 100 (bir yüz) manat; 1 dəst tək adamlıq yorğan-döşək-dəyəri 40 (qırx) manat; 2 ədəd pastel-dəyəri 100 (bir yüz) manat; 1 ədəd “Öz dilək” pastel-dəyəri 60 (altmış) manat; 1 ədəd pastel-dəyəri 160 (bir yüz altmış) manat; pastelkamon-dəyəri 50 (əlli) manat; 1 ədəd ağ rəngli gəlinlik pastel-dəyəri 200 (iki yüz) manat; 1 ədəd pastel-dəyəri 80 (səksən) manat; 3 qutu 6 dəst olmaqla çay dəsmalıdəyəri 75 (yetmiş beş) manat; 1 ədəd qaşla bəzədilmiş böyük dəsmal-dəyəri 25 (iyirmi beş) manat; 1 komplekt kiçik dəsmaldəyəri 30 (otuz) manat; 1 komplekt 6 ədəd böyük dəsmal-dəyəri 60 (altmış) manat; 1 ədəd Kom. Doca dəsmal-dəyəri 30 (otuz) manat; 1 paket can dəsmalıdəyəri 100 (bir yüz) manat; 1 paket əl-üz dəsmalı-dəyəri 50 (əlli) manat; 1 ədəd mətbəx üçün xalça-dəyəri 100 (bir yüz) manat; 1 ədəd butulka formada yığılmış və qaşla bəzədilmiş pərdədəyəri 550 (beş yüz əlli) manat; 1 ədəd uşaq üçün oyuncaqlı xalça-dəyəri 200 (iki yüz) manat; Qablar: üç ədəd bəzək üçün böyük vazlar-cəmi dəyəri 750 (yeddi yüz əlli) manat; bir ədəd bəzəkli dekorativ tovuz quşu, ağ-qızılı rəngli-dəyəri 200 (iki yüz) manat; bir komplekt (36 predmetdən ibarət) nahar servisi-dəyəri 500 (beş yüz) manat; bir komplekt (24 predmetdən ibarət) nahar servisi-dəyəri 400 (dörd yüz) manat; bir komplekt çay servisi-dəyəri 150 (bir yüz əlli) manat; altı dəst billur çay stəkanı-dəyəri 180 (bir yüz səksən) manat; altı qutu nəlbəki-dəyəri 120 (bir yüz iyirmi) manat; iki qutu billur armudu stəkan-dəyəri 60 (altmış) manat; iki qutu nəlbəki-dəyəri 30 (otuz) manat; bir ədəd su qrafini və stəkan komplekti-dəyəri 60 (altmış) manat; bir komplekt qaşlı, bəzəkli qrafin və stəkanlar dəsti-dəyəri 80 (səksən) manat; billur bakallar dəsti-dəyəri 90 (doxsan) manat; bir ədəd divar saatı-dəyəri 40 (qırx) manat; bir ədəd üç mərtəbəli qaşıqlar dəstindən ibarət çemodan-dəyəri 550 (beş yüz əlli) manat; üç ədəd qazan dəsticəmi dəyəri 300 (üç yüz) manat; üç ədəd Tefal qazanlar-cəmi dəyəri 150 (bir yüz əlli) manat; dörd ədəd “Jarovnik” adlanan qazanlar dəsti-dəyəri 250 (iki yüz əlli) manat; bıçaq dəsti-dəyəri 60 (altmış) manat; Tefal qazanlar üçün qaşıq naboru-dəyəri 40 (qırx) manat; paslanmayan iri qaşıq dəsti-dəyəri 40 (qırx) manat; bir ədəd çaydan dəm çayniki ilə birlikdə-dəyəri 50 (əlli) manat; elektrik samovarı çayniki ilə birgədəyəri 200 (iki yüz) manat; gümüşü qab naboru (meyvə, konfet, ləpə qabı mərtəbəli)-dəyəri 250 (iki yüz əlli) manat; ağ şüşə qab dəsti (dəstə 2 meyvə qabı, 2 konfet qabı, bir ədəd pilləli ləpə qabı daxildir)-dəyəri 250 (iki yüz əlli) manat; 6 nəfərlik tort qabı-dəyəri 100 (bir yüz) manat; balıq formalı balıq qabı-bir ədəd-dəyəri 150 (bir yüz əlli) manat; bir ədəd şirniyyat qabıdəyəri 60 (altmış) manat; bir ədəd ləpə çəkən maşın-dəyəri 30 (otuz) manat; iki ədəd ləyən və aşsüzəndəyəri 40 (qırx) manat; bir ədəd svarovski qaşlarla üç hissəli böyük bəzək qabı-dəyəri 1.000 (bir min) manat; iki ədəd ağ gümüşü rəngli kofe dəsti-dəyəri 30 (otuz) manat; iki ədəd fen və ütü fenicəmi dəyəri 120 (bir yüz iyirmi) manat; 4 dəst qızılı, gümüşü, qırmızı və ağ rəngli çay servisidəyəri 120 (bir yüz iyirmi) manat; 1 dəst 24 nəfərlik qaşıq naboru-dəyəri 120 (bir yüz iyirmi) manat; 1 ədəd gümüşü rəngli çaydan-dəyəri 40 (qırx) manat: Paltarlar: bir ədəd krem rəngli “Kaşimir” palto-dəyəri 500 (beş yüz) manat; bir ədəd süd rəngli Türkiyə istehsalı Zara firmasının paltosu-dəyəri 400 (dörd yüz) manat; bir ədəd parça materialdan qara rəngli gödəkçə-dəyəri 100 (bir yüz) manat; bir ədəd göy rəngli parça materialdan gödəkçə-dəyəri 90 (doxsan) manat olan əmlakların qarşılıqlı iddiaçı X8 qaytarılması, yuxarıda göstərilən əmlaklardan hər hansı biri mövcud olmadıqda, onların dəyəri qarşılıqlı iddia üzrə cavabdeh Borclu tutulub qarşılıqlı iddiaçı X8 verilməsi, qalan hissədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir; Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 xx xxxxxx 2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1019/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli icra sənədi tam icra olunduğundan həmin icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsində icraata xitam verilməsinin əsasları və qaydası öz əksini tapmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsində icraata xitam verilməsinin əsasları və qaydası öz əksini tapmışdır. Həmin Qanunun: 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 (üç) gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir; 20.3. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir; 20.4. İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 (on) gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir; 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 (on) gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər; 20.6. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır; 20.7. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 (üç) gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana geri qaytarılır; 20.8. İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. 20.8. İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra sənədi üzrə icraata xitam verilməsinin əsasları və qaydası bir mənalı şəkildə öz əksini tapmışdır. Lakin tələbkar qeyd edir k, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1019/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qətnaməsində adları qeyd edilmiş: “bir ədəd taxt ücün döşək; 2 ədəd dəsmal Tac- 90 (doxsan) manat; 1 ədəd adyal-60 (altmış) manat; 1 ədəd butulka formada yığılmış və qaşla bəzədibmiş pərdə-550 (beş yüz əlli) manat; 1 ədəd uşaq ücün oyuncaqlı xalca-200 (iki yüz) manat; 1 ədəd krem rənğli kaşmir palto-500 (beş yüz) manat; bir ədəd süd rənğli Türkiyə istehsalı olan Zara firmasının paltosu-400 (dörd yüz) manat; bir ədəd göy rənqli parca materialından gödəkcə-90 (doxsan) manat” nə əşyalar, nə də onların dəyəri icra məmuru tərəfindən borclu şəxsdən alınıb ona verilməsi təmin edilməmişdir. Həmçinin, iş materiallarının 5-ci səhifəsində olan icraata xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli Qərarda qeyd edilmişdir ki, qətnamənin icrasına dair xx.xx.2020-ci il tarixli Akt tərtib olunmuşdur.Lakin iş materiallarında qətnamənin icrasına dair xx.xx.2020-ci il tarixli Akt mövcud deyildir.Odur ki, icranın tam həyata keçirilməsini demək də mümkün deyildir. Yuxarıda sadalanan hallara və istinad olunan qanunvericilik normalarına əsaslanaraq Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, qərardad ləğv edilməli, qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər araşdırılmaqla şikayətə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-487/2020 saylı iş üzrə 15.09. 2020ci il tarixli qərardadı ləğv edilsin. Qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla şikayətə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-440/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-440/2020
22.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver