Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-440/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xumar Mərdanova və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Tələbkar ASC-nin nümayəndəsi Nizami İbrahimovun və Borclu1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş “borclular Borclu2 və Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata dair iş üzrə Binəqədi Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli qərardadından Borclu1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, icra məmurunun təqdimatı təmin olunsun, Binəqədi Rayon Məhkəməsi tərəfindən 2(001)-233/2019 nömrəli mülki iş üzrə 29.07.2018ci il tarixli qətnaməyə əsasən verilmiş, borclular Borclu2 və Borclu1 Tələbkar ASC-nin xeyrinə cəmi 153.774,43 ABŞ dolları məbləğində pul tutulması barədə icra vərəqəsinin icrasının təmin edilməsi üçün borclularım ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz. Belə ki, “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanundan göründüyü kimi 2 şərt mövcud olduqda qeyd olunan məhdudlaşdırma tətbiq edilə bilər: könüllü icra üçün müəyyən olunmuş müddətin bitməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi. Hazırkı işdə hər 2 şərt mövcuddur. Beləliklə, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-440/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-440/2021
27.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver