Məhkəmə qərarları › İş №8(103)-440/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-440/2023

11.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-440/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin 15 yanvar 2013-cü il tarixli, 2(107)-20/2013 nömrəli icra sənədinin icra üsulunun dəyişdirilməsi barədə X2nun ərizəsi barədə icraat üzrə (Açar sözlər: ərizəyə yenidən baxılması üçün geri qaytarılmışdır) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), X10 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, X2 tərəfindən verilmiş Şəki Apellyasiya Məhkəməsinin 15 yanvar 2013-cü il tarixli, 2(107)-20/2013 nömrəli "qətnaməsinin icra üsulunun dəyişdirilməsinə dair" ərizənin təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-346/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin 15 yanvar 2013-cü il tarixli, 2(107)-20/2013 saylı qətnaməsində cavabdehlər Tələbkar2, Tələbkar1 və Tələbkar3 ünvan 2 evin, 2 saylı mənzilindən çıxarılmaları ilə X1 32.000 (otuz iki min) manat, X5 isə 14.000 (on dörd min) manat pul alınaraq Tələbkar2, Tələbkar1 və Tələbkar3 verilməsi ilə eyni vaxtda icra edilməsi hissəsinin icra üsulunun dəyişdirilərək, həmin qətnamə üzrə təmin edilmiş tələb üzrə Tələbkar2, Tələbkar1 və Tələbkar3 ünvan 2 evin, 2 saylı mənzilindən çıxarılmaları ilə X5 14.000 (on dörd min) manat pul alınaraq Tələbkar2, Tələbkar1 və Tələbkar3 verilməsi ilə eyni vaxtda icra edilməsi, cavabdeh X1 32.000 (otuz iki min) manat pulun tutularaq ayrılıqda Tələbkar2, Tələbkar1 və Tələbkar3 ödənilməsi üsulunda icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Göyçay şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən 84 saylı 5 mərtəbəli binanın birinci girişində, 2-ci mərtəbəsində, 65,8 kv.m sahəsi olan 3 otaqlı 2 saylı mənzil xx.xx.2008-ci il tarixdən X6 adına qeydə alınaraq xüsusi mülkiyyət hüququ tanınmış və buna dair MH seriyalı ******* nömrəli çıxarış verilmişdir. Həmin mənzili bacısı X7 onun xəbəri olmadan cavabdehlərə satmışdır. Lakin bunu biləndən sonra T.Məmmədov məhkəmədə iddia qaldırmış və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(107)-20/2013 saylı qətnaməsi ilə Göyçay şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən 84 saylı 5 mərtəbəli binanın birinci girişində, 2-ci mərtəbəsində, 65,8 kv.m sahəsi olan 3 otaqlı 2 saylı mənzilinə dair X8 ilə X7 arasında bağlanmış və Ucar rayon DNK tərəfindən 14 dekabr 2009-cu il tarixdə 4Ə-352 saylı reyestrlə təsdiq edilmiş bağışlanma müqaviləsi, həmin bağışlanma müqaviləsi əsasında Ucar rayon Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş xx.xx.2010-cu il tarixli, ******* saylı çıxarış etibarsız hesab edilmiş, Göyçay şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən 84 saylı 5 mərtəbəli binanın birinci girişində, 2-ci mərtəbəsində, 65,8 kv.m sahəsi olan 3 otaqlı 2 saylı mənzili ilə bağlı X7 ilə Tələbkar2 arasında bağlanmış və Ucar rayon DNK tərəfindən 26 fevral 2010-cu il tarixdə 4Ə-59 saylı reyestrlə təsdiq edilmiş alqı-satqı müqaviləsi, həmin alqı-satqı müqaviləsi əsasında Ucar rayon Ərazi İdarəsi tərəfindən Tələbkar2 adına verilmiş xx.xx.2010-cu il tarixli ******* nömrəli çıxarış etibarsız hesab edilmiş, Tələbkar2, Tələbkar1 və Tələbkar3 Göyçay şəhəri, Heydər Əliyev prospekti 84 ünvanında yerləşən 2 saylı mənzilindən çıxarılmalı, mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq X5 14.000 manat pul alınaraq Tələbkar2, Tələbkar1 və Tələbkar3 verilməsi, eyni zamanda da Tələbkar2, Tələbkar1 və Tələbkar3 Göyçay şəhəri, Heydər Əliyev prospekti 84 ünvanında yerləşən 2 saylı mənzilindən çıxarılmaları ilə X1 32.000 manat, X5 isə 14.000 manat pul alınaraq Tələbkar2, Tələbkar1 və Tələbkar3 verilməsi ilə eyni vaxtda icra edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi icra olunması üçün Nəsimi rayon İcra Şöbəsinə verilmişdir. Qətnamə icra şöbəsinə daxil olduqdan sonra X13 özünə aid olan hissədə 14.000 manat pulu ödəmək istədiyini və cavabdehlərin onun mənzilini boşaldaraq çıxarılmalarını tələb etsə də, sonuncular bəhanə edərək digər borclu X3 da ödənişi olunmazsa, çıxmayacaqlarını bildirərək icra sənədini icra etmirlər. İcra məmuru isə onlarla razılaşaraq icra sənədini icra etmir. Hazırda cavabdehlərin onun mənzilindən çıxmaması ona həm maddi ziyan vurur, həm də mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır. X1 32.000 manat alınıbalınmamasının X11 aidiyyəti olmamalı və X6 cavabdehlərə olan 14.000 manat borcunu ödəməsi ilə icra sənədi həmin hissədə icra edilməlidir. Şəki Apellyasiya Məhkəməsinin 15 yanvar 2013-cü il tarixli, 2(107)-20/2013 saylı qətnaməsinin icrası yuxarıda göstərilən səbəbdən 10 ildən artıqdır ki, mümkün olmamışdır və həmin üsulda icrası mümkün deyildir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-346/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən X2nun “Şəki Apellyasiya Məhkəməsinin 15 yanvar 2013-cü il tarixli, 2(107)-20/2013 saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsinə dair” ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

4. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, X2 Şəki Apellyasiya Məhkəməsinin 15 yanvar 2013-cü il tarixli, 2(107)-20/2013 saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, ərizənin nəticə hissəsində göstərilmiş tələb faktiki olaraq qətnamənin nəticə hissəsinin dəyişdirilməsi ilə əlaqədardır. Belə ki, 2(107)-20/2013 saylı iş üzrə Şəki Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 15 yanvar 2013- cü il tarixli qətnamədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 6.10-cu bəndinə istinad edilərək qeyd edilmişdir ki: “əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə, qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarının eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Məhkəmə kollegiyasının fikrincə, həmin qətnamə üzrə təmin edilmiş tələblər eyni vaxtda icra olunmalı tələblər olduğundan, qətnamənin nəticə hissəsində bu məsələyə dair məhkəmənin mövqeyi qəti qeyd edilmişdir. Qətnamə qanuni qüvvəsini aldığından, hazırki qərardadla onun nəticə hissəsinin dəyişdirilməsi qeyri-mümkündür.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

5. Qərardaddan narazı qalan X13 xx.xx.2023-cü il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-346/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində mübahisələndirilən və etibarsız hesab edilən ünvan 2 ünvanda yerləşən 2 saylı mənzilə dair Ucar rayon Dövlət Notariat ofisinin X8 və X7 arasında bağlanmış 14 dekabr 2009-cu il tarixli bağışlanma müqaviləsi və X7 ilə Tələbkar2 arasında bağlanmış 26 fevral 2010-cu il tarixli alğı-satqı müqaviləsi üzrə (əqd üzrə) X2 birbaşa və dolayısı ilə də olsa iştirakçı olmamışdır. Belə olan halda X11 münasibətdə qətnamənin də eyni vaxtda icra edilməsi qanunsuzdur. Mülkiyyət hüququ pozulur. Qətnamə 10 ildən artıqdır ki, icra olunmur.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(006)-346/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-346/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından X2 tərəfindən şikayət ərizəsinin təmin edilməməsi, şikayətin baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunu

Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissəhissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

10. Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddə 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)- 346/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməklə icraat ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

12. İşin müəyyən olunmuş hallarından göründüyü kimi Şəki Apellyasiya Məhkəməsinin 15 yanvar 2013-cü il tarixli, 2(107)-20/2013 nömrəli qətnaməsinə əsasən mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq X5 14.000 (on dörd min) manat pul alınaraq Tələbkar2, Tələbkar1 və Tələbkar3 verilməsi, - Tələbkar2, Tələbkar1 və Tələbkar3 ünvan 2 evin, 2 saylı mənzilindən çıxarılmaları ilə Tələbkar4 32.000 (otuz iki min) manat, X5 isə 14.000 (on dörd min) manat pulun alınaraq Tələbkar2, Tələbkar1 və Tələbkar3 verilməsinin eyni vaxtda icra olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. X13 ərizə ilə məhkəməyə müraciət edərək icra sənədinin icra üsulunun dəyişdirilərək Tələbkar2, Tələbkar1 və Tələbkar3 ünvan 2 evin, 2 saylı mənzilindən çıxarılmaları ilə X5 14.000 (on dörd min) manat pul alınaraq Tələbkar2, Tələbkar1 və Tələbkar3 verilməsi ilə eyni vaxtda icra edilməsi, cavabdeh X1 32.000 (otuz iki min) manat pulun tutularaq ayrılıqda Tələbkar2, Tələbkar1 və Tələbkar3 ödənilməsi üsulunda icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlərin onun mənzilini boşaldaraq çıxarılmalarını tələb etsə də, sonuncular bəhanə edərək digər borclu X3 da ödənişi olunmazsa, çıxmayacaqlarını bildirərək icra sənədini icra etmirlər.

14. Birinci instansiya məhkəməsi ərizəni təmin etməmişdir.

15. Məhkəmə kollegiyası ərizənin təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, qətnamədə pulun verilməsilə mənzildən çıxarılma tələbinin eyni vaxtda icra edilməli olması göstərilsə belə həmin məsələ işin mahiyyətinə aid deyildir və qətnamənin icrası zamanı yaranan çətinliklərdən dolayı işin halları nəzərə alınmaqla dəyişdirilə bilər.

16. Çünki, hazırki işin halları ilə müəyyən olunur ki, qətnamə 10 ildir ki, icra olunmur. X5 14.000 manat cavabdehlərin xeyrinə tutulan pul cavabdehlər tərəfindən mənzilə çəkilən təmir xərci ilə əlaqədardır. X14 mənzilin təmir xərci tutulsa belə Taleh öz mənzilindən istifadə edə bilmir məhz ona görə ki, digər cavabdeh mənzilin alğı-satqısına görə aldığı pulu qaytarmır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, 10 il ərzində hansı icra tədbirlərinin görüldüyü və işin digər halları nərəzə alınmaqla icra qaydası dəyişdirilə bilər.

18. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, qərardad ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün icraat məhkəməyə göndərilməli, ərizəyə yenidən baxarkən məhkəmə icra işi ilə bağlı zəruri halları araşdıraraq ərizəyə qiymət verməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 may 2015-ci il tarixli qərarında qeyd olunur ki, qətnamənin icra qaydasının dəyişdirilməsinə gəldikdə qeyd olunmalıdır ki, bu məsələnin həlli qətnamənin mahiyyətinə aid deyil və yalnız həmin qətnamənin çıxarılmasından sonra yaranmış icra məsələlərini tənzimləyir.

20. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-346/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək icraat ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar