Məhkəmə qərarları › İş №8(103)-440/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-440/2025

22.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-440/2025 22.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-341/2025 nömrəli qərardadından X2 tərəfindən verdiyi şikayəti üzrə (açar sözlər: icra sənədi üzrə icraatın dayandırılmaması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X6 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-341/2025 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, e-2(005)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə Nərimanov rayon İcra şöbəsinin icra məmuru Babək Qarayevin icra hərəkətlərini dayandırmamasına dair hərəkətsizliyinin qanunsuz hesab edilməsi və həmin icra sənədi üzrə zəruri icra hərəkətlərinin dayandırılması öhdəliyininin icra məmuru Babək Qarayevin üzərinə qoyulmasına dair qərardad edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-341/2025 saylı, xx.xx.2025-ci il tarixliqəardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nərimanov rayonu İcra şöbəsinin icra məmuru Babək Qarayevin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-2405/2019 nömrəli icra sənədi üzrə icra hərəkətlərinin dayandırılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-8(005)- 341/2025 nömrəli qərardadı ilə Nərimanov rayon İcra şöbəsinin şikayəti təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-341/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2405/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edilmişdir ki, icra məmuru qanuni qüvvəyə minmiş icra sənədinin icrası istiqamətində səlahiyyətləri çərçivəsində, qanuni fəaliyyətini həyata keçirmişdir. Belə ki, Bakı şəhəri Binəqədri Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-2405/2019 saylı qətnaməsindən ilə iddiaçı Maraqlı şəxs iddiasının təmin edilməsi, "xxxx" MTK ilə Cəfərov Aqil Əlqan oğlu arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 16 nömrəli müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2005-ci il tarixli, 47 saylı müqaviləyə əsasən Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən16 mərtəbəli yaşayış evinin, 1-ci blok, 9-cu mərtəbə, ümumi sahəsi 180,85 kv.m., izolə edilmiş 4 otaqlı, 37 saylı mənzildən Maraqlı şəxs istifadə və ona sahiblik etməsinə yaradılmış maneənin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Eyni zamanda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 1029/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən ilə "xxxx" MTK ilə X9 arasında bağlanmış ünvan 1 ünvanda çoxmərtəbəli yaşayış evinin (korpus 1), blok 1, 9-cu mərtəbə, ümumi sahəsi 180,85 kv.m olan 4 otaqlı, 37 saylı mənzilinə dair bağlanmış xx.xx.2020-ci il tarixli, 16 nömrəli müqavilə etibarsız hesab olunması; "xxxx" MTK ilə X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 16 nömrəli müqavilə əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X4 adına verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 37, giriş 1 (yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, 108, M10, m1), ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (qeydiyyat) ləğv edilməsi qət edilmişdir. İcra məmuru eyni zamanda xx.xx.2019-cu il tarixli qətnamənin izah edilməsi məqsədilə məhkəməyə müraciət etmiş və qətnaməyə aşağıdakı izah verilmişdir: qətnamədə göstərilmiş mənzilin Maraqlı şəxs istifadə və sahibliyinə verilməsi həmin mənzilin boşaldılaraq tələbkara təhvil verilməsini ehtiva edir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, Yarıyev Ramiz öz şikayətində Azərbaycan Respublikası İcra haqqında Qanunun 17.1.4-cü maddəsinə istinad etsə də, həmin hallar hazırki işdə mövcud deyil. Belə ki, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında hər hansı mübahisə qaldırılmamışdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-8(005)- 341/2025 nömrəli qərardadından X12 şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-341/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və mübahisələndirilən icra sənədi ilə bağlı yekun məhkəmə qərarı qəbul edilib qanuni qüvvəsini alanadək icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin, 1-ci blok, 9-cu mərtəbə, ümumi sahəsi 180.85 kv.m, izolə edilmiş 4 otaqlı, 37 saylı mənzil X7 arvadı X4 mülkiyyətindədir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1029/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə "xxxx" MTK ilə X9 arasında bağlanmış ünvan 1 ünvanda çoxmərtəbəli yaşayış evinin (korpus 1), blok 1, 9-cu mərtəbə, ümumi sahəsi 180,85 kv.m olan 4 otaqlı, 37 saylı mənzilinə dair bağlanmış xx.xx.2020-ci il tarixli, 16 nömrəli müqavilənin etibarsız hesab olunması, "xxxx" MTK ilə X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 16 nömrəli müqavilə əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X4 adına verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 37, giriş 1 (yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, 108, M10, m1), ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (qeydiyyat) ləğv edilməsi qət edilmişdir. Qeyd edilir ki, birgə nikah dövründə alınan ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış (qeydiyyat) hazırda da qüvvədədir və X7 arvadı X5 məxsusdur. Bunu elektron çıxarışın üzərində olan QR kod ilə müəyyən etmək də mümkündür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-341/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2405/2019-010 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında hər hansı mübahisə qaldırılmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-2405/2019 saylı qətnaməsi ilə iddiaçı Maraqlı şəxs iddiasının təmin edilməsi, "xxxx" MTK ilə Cəfərov Aqil Əlqan oğlu arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 16 nömrəli müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2005-ci il tarixli, 47 saylı müqaviləyə əsasən Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən16 mərtəbəli yaşayış evinin, 1-ci blok, 9-cu mərtəbə, ümumi sahəsi 180,85 kv.m., izolə edilmiş 4 otaqlı, 37 saylı mənzildən Maraqlı şəxs istifadə və ona sahiblik etməsinə yaradılmış maneənin aradan qaldırılması qət edilmişdir. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi və A.Ə.Cəfərov apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2084/2021 saylı, 2 mart 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh "xxxx" MTK və A.Ə.Cəfərov ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş və kassasiya şikayətlərində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3862/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, qətnamə ləğv edilərək, iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1148/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Maraqlı şəxs cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 noyabr 2005-ci il tarixli, 47 saylı müqavilə əsasında əldə etdiyi Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci blok, 9-cu mərtəbə, mənzil 37-də, ümumi sahəsi 180,85 kv.m. 4 otaqlı mənzilə dair bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2005-ci il tarixli 47 saylı müqavilə əsasında əldə etdiyi həmin mənzilin onun istifadəsinə və sahibliyinə verilməklə mənzildən istifadə və sahiblik etməyinə yaradılmış maneənin aradan qaldırılması barədə iddia tələbləri təmin edilməmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3471/2022 saylı, 22 iyun 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1148/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5833/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər "xxxx" MTK və Cəfərov Aqil Əlqan oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2405/2019 saylı, 17 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Cəfərov Aqil Əlqan oğlu kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-851/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5833/2022 saylı, 4 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən məhkəmə işləri bir mənzil - Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci blok, 9-cu mərtəbə, mənzil 37-də, ümumi sahəsi 180,85 kv.m. olan mənzil üzərindəki mübahisəni özündə ehtiva edir. Həmçinin həmin mənzil X9 tərəfindən təhvil alındığı zaman tam təmirsiz olmuş, ərizəçi tərəfindən təmir edilmiş və təmirə 78.100 manat xərc çəkilmişdir. Hazırda da X2 və X9 ailəsi ilə birlikdə həmin mənzildə birlikdə yaşamaqdadır və həmin mənzilə dair çıxarış qüvvədədir. Müvafiq dövlət qurumu tərəfindən çıxarış hələ də ləğv edilməmişdir. Göründüyü kimi məhkəmələr tərəfindən işə baxarkən nəinki ətraflı, heç ümumiyyətlə araşdırma aparılmamış, hazırda da qüvvədə olan, xx.xx.2020-ci il tarixli çıxarışın olmasına baxmayaraq ərizəçi nə iddiaçı, nə cavabdehlər, nə də məhkəmə tərəfindən məlumatlandırılmamış, məhkəməyə cəlb edilməmiş, nəticədə də öz konstitusion hüquqlarını müdafiə edə bilməmişdir. Qeyd olunan məhkəmə işlərindən yekun məhkəmə qərarı qüvvəyə mindikdən və icra məmurları ailəni mənzildən çıxarmağa təşəbbüs göstərdiyi zaman məlumat almışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icraat dayandırılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(005)-341/2025 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)- 341/2025 saylı qərardadından X2 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət 8(005)-341/2025 saylı işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tələbkar Gözəlov (Sorokin) Sergey Vladimiroviçin nümayəndəsi (vəkili) Vəkil3 şikayətə qarşı etirazı onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(005)-341/2025 nömrəli qərardadı ilə X2nun Bakı şəhər Nərimanov rayon İcra şöbəsinin icra məmuru Babək Qarayevin icra hərəkətlərinin dayandırılmamasına dair hərəkətsizliyinin qanunsuz hesab edilməsi və 6-2(005)-164/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə zəruri icra hərəkətlərinin dayandırılması öhdəliyinin icra məmuru Babək Qarayevin üzərinə qoyulmasına dair ərizəsi təmin edilərək qərara alınmışdır ki, Bakı şəhər Nərimanov rayon İcra şöbəsinin icra məmuru Babək Qarayevin hərəkətsizliyi qanunsuz hesab edilsin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-2405/2019 nömrəli icra sənədi üzrə icra hərəkətləri dayandırılsın. X2 tərəfindən mübahisəli mənzillə bağlı digər məhkəmə qərarları məhkəməyə təqdim edilmədiyindən və hakim həmin məhkəmə aktlarından məlumatsız olduğundan icra hərəkətlərinin dayandırılması barədə yuxanda qeyd edilən xx.xx.2025-ci il tarixli qərardadı qəbul etmişdir. Məhkəmənin həmin qərardadından müvafiq sənədlər əlavə edilməklə icra məmuru tərəfindən şikayət verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. İcra məmuru Babək Qarayev tərəfindən iş materiallarında olan məhkəmə aktlarına istinadən X2nun icra hərəkətlərinin dayandırılması barədə ərizəsinin əsassız olması göstərilmişdir. Məhkəmə tərəfindən icra məmurunun qərardaddan verilmiş şikayəti təqdim edilmiş sənədlər əsasında araşdırılaraq müəyyən edilmişdir ki, icra məmuru qanuni qüvvəyə minmiş icra sənədinin icrası istiqamətində səlahiyyətləri çərçivəsində, qanuni fəaliyyətini həyata keçirmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-2405/2019 saylı qətnaməsi ilə iddiaçı Maraqlı şəxs iddiasının təmin edilməsi, "xxxx" MTK ilə Cəfərov Aqil Əlqan oğlu arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 16 nömrəli müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2005-ci il tarixli, 47 saylı müqaviləyə əsasən Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin, 1-ci blok, 9-cu mərtəbə, umumı sahəsi 180,85 kv.m., izolə edilmiş 4 otaqlı, 37 saylı mənzildən X8 istifadə və ona sahiblik etməsinə yaradılmış maneənin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Eyni zamanda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 1029/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə "xxxx" MTK ilə X9 arasında bağlanmış ünvan 2 ünvanda çoxmərtəbəli yaşayış evinin (korpus 1), blok 1, Mərtəbə, ümumi sahəsi 180,85 kv.m olan 4 otaqlı 37 saylı mənzilinə dair bağlanmış xx.xx.2020-ci il tarixli, 16 nömrəli müqavilə etibarsız hesab olunması; "xxxx" MTK ilə X9 arasında bağlanmış xx.xx.2020- ci il tarixli, 16 nömrəli müqavilə əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X4 adına verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 37, giriş İ (yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, 108, M10, ml), ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (qeydiyyat) ləğv edilməsi qət edilmişdir. İcra məmuru eyni zamanda xx.xx.2019-cu il tarixli qətnamənin izah edilməsi məqsədilə məhkəməyə müraciət etmiş və qətnaməyə aşağıdakı izah verilmişdir: qətnamədə göstərilmiş mənzilin Maraqlı şəxs istifadə və sahibliyinə verilməsi həmin mənzilin boşaldılaraq tələbkara təhvil verilməsini ehtiva edir. Məhkəmənin qərardadında eyni zamanda qeyd edilir ki, Yarıyev Ramiz öz şikayətində AR “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə istinad etsə də, həmin hallar hazırki işdə mövcud deyil; belə ki, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında hər hansı mübahisə qaldırılmamışdır. Göstərilənlərə əsasən icra məmuru tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(005)- 341/2025 nömrəli qərardadı ilə həmin məhkəmənin xx.xx.2025-ci il tarixli 8(005)- 341/2025 nömrəli qərardadı ləğv edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2405/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Həmin qərardaddan X2, nümayəndəsi və vəkili Vəkil2 tərəfinfən şikayət verilərək qərardadın ləğv edilməsi və mübahisələndirilən icra sənədi ilə bağlı yekun məhkəmə qərarı qəbul edilib qanunu qüvvəsini alanadək icraanın dayandırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, hazırda mübahisəli olan mənzil "xxxx" MTK ilə bağlanmış xx.xx.2005-ci il tarixli, 47 saylı müqavilə əsasında Maraqlı şəxs tərəfindən alınmışdır və mənzilin dəyərini tam olaraq MTK-ya ödəmiş və bu barədə ona müvafiq maliyyə arayışı verilmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin mənzil "xxxx" MTK tərəfindən Cəfərov Aqil Əlqan oğluna da satılmış və bu barədə onlar arasında xx.xx.2005-ci il tarixli, 16 nömrəli müqavilə bağlanmışdır. Mənzillə bağlı mübahisə yaranmış və məhkəmədə cavabhedlər "xxxx" MTK-ya və Cəfərov Aqil Əlqan oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin istifadə və sahibliyə verilməsi, mənzildən istifadə və sahiblik etməyə yaradılmış manelərin aradan qaldırılması tələbinə dair” iddia qaldırmışdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 2405/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" MTK ilə Cəfərov Aqil Əlqan oğlu arasında bağlanmış 08 oktyabr 2005-ci il tarixli, 16 nömrəli müqavilə etibarsız hesab edilmiş, 11 noyabr 2005-ci il tarixli, 47 saylı müqaviləyə əsasən Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin, 1-ci blok, 9-cu mərtəbə, ümumi sahesi 180.85 lcv.m, izolə edilmiş 4 otaqlı, 37 saylı mənzili Gözəlov (Sorokin) Sergey Vladimiroviçin istifadə və sahibliyinə verilməsi, həmçinin mənzildən istifadə və ona sahiblik etməyə yaradılmış maneənin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər "xxxx" MTK və Cəfərov Aqil Əlqan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasmın xx.xx.2022-ci il tarixli, 2(103)-5833/2022 nömrəli qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-2405/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-5833/2022 nömrəli qətnaməsindən cavabdeh Cəfərov Aqil Əlqan oğlu tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-851/2023 nömrəli qərarı ilə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 2405/2019 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İcra prosesində qətnamənin icra edilməsi ilə bağlı cavabdehlər tərəfindən müəyyən problemlər yaradılmış və qətnaməyə izah verilməsi zərurəti yarandığından icra məmuru tərəfindən qətnaməyə izah verilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş və həmin müraciətlə bağlı məhkəmə prosesində cavabdehlər "xxxx" MTK-nın nümayəndəsi A.Hüseynov və A.Cəfərov iştirak etmişlər. Məhkəmə iclasında əvvəlki məhkəmə prosesləri dövründə onlar tərəfindən mübahisəli mənzilin digər şəxsə satılmasına dair hər hansı bir məlumat verilməmiş və icra məmuru tərəfindən təkrar olaraq icra hərəkətlərinin yerinə yetirilməsi üçün mənzilə getdikdə həmin mənzilin hazırda iş üzrə cavabdehlərdən biri olan X1 və onun tərəfindən hətta mülkiyyət hüququna dair çıxarışın alındığı müəyyən edilmişdir. Həmin hal müəyyən edildikdən sonra Maraqlı şəxs tərəfindən cavabdehlər "xxxx" MTK, X9 və Cəfərov Aqil Əlqan oğluna qarşı iddia qaldırılaraq cavabdehlər "xxxx" MTK ilə X9 arasında bağlanılmış ünvan 3 ünvanda çoxmərtəbəli yaşayış evinin (l-ci korpus), 1-ci blok, 9-cu mərtəbə, ümumi sahəsi 180,85 kv.m olan 4 otaqlı, 37 saylı mənzilinə dair bağlanılmış 29 iyun 2020-ci il tarixli, 16 nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X4 adına verilmiş ünvan 4 ünvandakı 4 otaqlı, 37 saylı mənzilə dair (yeni qaydalarla AZ 1007, ünvan 5 ünvandakı) ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını və proses iştirakçıların əməllərində cinayət tərkibinin olub- olmamasının müəyyən edilməsi üçün xüsusi qərardad çıxarılıb prokurora göndərilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-1029/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və həmin tarixli qərardad çıxarılaraq proses iştirakçılarının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş əlamətlərin olması ilə bağlı araşdırmanın aparılması üçün xüsusi qərardad Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-1029/2024 nömrəli qətnaməsindən cavabdehlərdən hazırda kassasiya şikayəti vermiş X9 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilmişdir. Cavabdehlər "xxxx" MTK (nümayəndəsi X10) və Cəfərov Aqil Əlqan oğlu qətnamədən apellyasiya şikayəti verməmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3061/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən X9 və vəkili tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3412/2024 nömrəli xx.xx.2024-cii il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3061/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş üzrə Ali Məhkəmənin qərarı qəbul edildikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2105/2019 nömrəli, 17,04.2019-cu il tarixli qətnaməsinin icra edilməsi prosesi davam etdirilmişdir. İcra prosesində iş üzrə borclu (cavabdeh) X4 vəkili tərəfindən onun həyat yoldaşı X12 ilə mübahisəli mənzili ər-arvadın birgə nikah dövründə alınmış əmlak qismində öz aralarında 1/2 payda böldüklərinə dair mediasiyada bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 1891/2025 nömrəli qətnaməsini təqdim edərək məcburi icra hərəkətlərinin dayandırılmasını tələb etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X4 adına verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 37, giriş 1 (yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, 108, M10, ml) mənzilə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-1029/2024 saylı qətnaməsi ilə ləğv edilmiş mülkiyyət hüququna dair ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış (qeydiyyat) əsasında onunla həyat yoldaşı X12 arasında X13 bağlanılmış və sonradan sonuncu tərəfindən məhkəməyə müraciət edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-1891/2025 nömrəli qətnaməsi ilə həmin Barışıq Sazişini təsdiq etdirmişlər. Mülkiyyət hüququna dair çıxarışın məhkəmə qətnaməsi ilə ləğv edildiyini və həmin məhkəmə qətnaməsinin sonrakı məhkəmə instansiyalarında qüvvədə qaldığını bilə-bilə icra prosesini ləngitmək məqsədi ilə əvvəlki məhkəmələr barədə barışıq sazişini təsdiq edən hakimə hər hansı bir məlumat verilməmiş və əsassız qətnamə çıxarılmasına nail olmuşlar. Sonradan tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(001)-1891/2025 nömrəli qətnaməsindən qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs qismində tanınmaqla apellyasiya şikayəti verilmiş və şikayətlə birlikdə məhkəməyə müvafiq ərizə də təqdim edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-1891/2025 nömrəli qərardadı ilə Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verilməsi üçün hüquq və maraqlarma toxunan şəxs kimi tanınmaqla məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(001)-1891/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan X7 adından vəkili və nümayəndəsi X11 tərəfindən şikayət verilərək qərardadın ləğv edilməsi və ərizənin rədd edilərək apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-4492/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmişdir. X4 adına mübahisəli mənzilə dair mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi barədə yekun məhkəmə aktı, xx.xx.2024-cü il tarixdə çıxarıldığı halda həmin çıxarışın ləğv edildiyini bilə-bilə X9 hazırda ərizəçi olan həyat yoldaşı X12 ilə xx.xx.2024-cü il tarixdə 12 saylı Mediasiya təşkilatında barışıq sazişi bağlayaraq X3 adına olan ********** (qeyd: İəğv edilmiş) qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 37, giriş 1 (yeni qaydalarla: AZ 1007, ünvan 6 ünvanında yerləşən mənzil üzərində X7 1/2 hissədə pay hüququnun olmasına razılaşmışlar və sonradan həmin barışıq sazişini qanunun tələbinə zidd olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edərək məhkəmənin xx.xx.2025-ci il tarixli 2(001)-1891/2025 nömrəli qətnaməsi ilə təsdiq etdirmişlər.Hazırda həmin qətnamənin ləğv edilməsinə dair verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsindədir. Ərizəçinin mübahisəli mənzillə bağlı tələbi qanuna zidd və əsassız olduğundan onun qanuni qüvvədə olan məhkəmə qərarları əsasında verilmiş icra sənədi üzrə icra hərəkətlərinin dayandmlması barədə tələbi də əsassız olduğundan təmin edilməməlidir. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. İcra haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Maddə 17.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.1. məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; 17.1.2. borclu fəaliyyət qabiliyyətini itirdikdə; 17.1.3. borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; 17.1.4. icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; 17.1.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; 17.1.6. icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; 17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; 17.1.8. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; 17.1.9. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; 17.1.10. tələbkarın müvafiq xahişi olduqda. Maddə 26.İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. «Ali Məhkəmənin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarı: Bənd 6. Məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya şikayətin dəlilləri ilə bağlı ilk növbədə qeyd edir ki, X2 birinci instansiya məhkəməsinə təqdim etdiyi şikayət ərizəsində e-2(005)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə Nərimanov rayon İcra şöbəsinin icra məmuru Babək Qarayevin icra hərəkətlərini dayandırmamasına dair hərəkətsizliyinin qanunsuz hesab edilməsi, həmin icra sənədi üzrə zəruri icra hərəkətlərinin dayandırılması öhdəliyininin icra məmuru Babək Qarayevin üzərinə qoyulmasına dair qərardad edilməsini xahiş etdiyi halda, hazırda mübahisələndirdiyi birinci instansiya məhkəməsinin qərardadından verdiyi şikayətində isə mübahisələndirilən icra sənədi ilə bağlı yekun məhkəmə qərarı qəbul edilib qanuni qüvvəsini alanadək icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlardan isə müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-2405/2019 saylı qətnaməsi ilə iddiaçı Maraqlı şəxs iddiasının təmin edilməsi, "xxxx" MTK ilə Cəfərov Aqil Əlqan oğlu arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 16 nömrəli müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2005-ci il tarixli, 47 saylı müqaviləyə əsasən Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən16 mərtəbəli yaşayış evinin, 1-ci blok, 9-cu mərtəbə, ümumi sahəsi 180,85 kv.m., izolə edilmiş 4 otaqlı, 37 saylı mənzildən Maraqlı şəxs istifadə və ona sahiblik etməsinə yaradılmış maneənin aradan qaldırılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-5833/2022 saylı qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(001)-2405/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-851/2023 saylı qərarı ilə cavabdeh Cəfərov Aqil Əlqan oğlu tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-2405/2019 saylı qərardadı ilə iddiaçı Maraqlı şəxs cavabdeh "xxxx" MTK-ya, Cəfərov Aqil Əlqan oğluna qarşı “mənzil müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə böyük icra məmuru Azə Heydərovun “qətnaməyə izah verilməsi barədə” ərizəsi təmin olunmuş, qətnaməyə “qətnamədə göstərilmiş mənzilin Maraqlı şəxs istifadə və sahibliyinə verilməsi həmin mənzilin boşaldılaraq tələbkara təhvil verilməsini ehtiva edir” məzmununda izah verilmişdir. Kollegiya tədqiq olunan sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, hərəkətsizliyi ərizəçi tərəfindən mübahisələndirilən icra məmurunun qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında verilən icra sənədinin icrasının təmin edilməsi istiqamətində öz səlahiyyətləri çərçivəsində hərəkət edərək icra sənədinin icrası ilə bağlı vəzifələrini icra etməsi araşdırma zamanı müəyyən olunduğundan, ərizəçinin şikayətlərində qeyd olunan dəlillər icra sənədi üzrə icraatın dayandırılması üçün əsas olmadığından, mənzilin icra sənədi üzrə tələbkar Maraqlı şəxs istifadə və sahibliyinə verilməsinin həmin mənzilin boşaldılaraq tələbkara təhvil verilməsini ehtiva etməsinə dair məhkəmə aktı qüvvəsində olduğundan şikayətin dəlilləri əsassızdır ona görə də, birinci instansiya məhkəməsinin gəldiyi nəticə dəyişdirlmədən saxlanmalıdır. Belə ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması isə qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-341/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar