Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-443/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-264/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Tələbkar vermiş olduğu şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru Yaqub Məmmədov Borclu məcburi qaydada gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət edərək, təqdimatı onunla əsaslandırmışdır ki, Səbail rayon Məhkəməsinin 2(009)-3315/2019-006 saylı, xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən Borclu Tələbkar xeyrinə cəmi 4205 manat məbləğində pul tutulmalıdır. İcra sənədi xx.xx.2020-ci il tarixdə tələbin könüllü icrası ilə bağlı bildiriş və digər aidiyyatı sənədlər borcluya göndərilmişdir. Borcluya edilən xəbərdarlıqlara baxmayaraq, o, məhkəmə qərarı ilə müəyyən edilən borcun hər hansı hissəsini ödəməmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə borclunun əmlak vəziyyətini öyrənmək üçün aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmiş, lakin Borclu mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Sonrakı müddət ərzində borclu tərəfindən icra sənədinin icrasının təmin edilməsi üçün Borclu ilə ona məxsus olan ***-***-**-** nömrəli telefonla dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq, o, hazırki vaxta kimi icra sənədlərinin icrasını tam olaraq təmin etməmiş və üzrsüz səbəbdən şöbəyə yaxınlaşmamışdır. Belə olan halda borclu şəxsin məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Göstərilənlərə və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci və 84.3-cü maddələrinə əsasən Borclu Səbail rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-264/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qərardadı ilə Səbail rayon İcra Şöbəsinin İcra məmurunun təqdimatının təmin edilməməsi qərara alınmışdır. xx xxxxxxx 2020-ci il tarixdə Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsini və icra məmurunun təqdimatının təmin edilməsini xahiş etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-264/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş materialları baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması üzrə təyin olunmuş məhkəmə iclası barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çagırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, Borclu qanunvericiliklə nəzərdə tutulmuş qaydada icrə şöbəsinə dəvət edilməsi, həmçinin icra məmurunun çağırışlarına getməkdən boyun qaçırması məhkəmə iclasında sübuta yetmədiyindən təqdimatın təminindən imtina etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlillərinə münasibət bildirərək kollegiya hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-264/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №8(103)-443/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-443/2020
26.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver