Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-445/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, əmlak üzərinə həbs qoyulmasına dair Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(010)-360/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Heydər Bəxtiyarov əşyaların üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borcluna məxsus 1 ədəd “Samsung” markalı paltaryuyan, 1 ədəd “Siemens” markalı qabyuyan, 1 ədəd “Siemens” markalı qaz sobası, 1 ədəd «Samsung” markalı soyuducu, 1 ədəd “Samsung” markalı plazma televizor və qonaq otağı dəsti üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(010)-360/2020 saylı qərardadı ilə təqdimat təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(037)-1078/2015 saylı məhkəmə əmrinin icrası ilə əlaqədar Borclu məxsus 1 ədəd “Samsung” markalı paltaryuyan, 1 ədəd “Siemens” markalı qabyuyan, 1 ədəd “Siemens” markalı qaz sobası, 1 ədəd «Samsung” markalı soyuducu, 1 ədəd “Samsung” markalı plazma televizor və qonaq otağı dəsti üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 8(010)- 360/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə razılaşmayaraq şikayətlə məhkəməyə müraciət edərək, həmin qərardadın ləğv edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Borclu şikayətində bildirmişdir ki, icra məmuru tərəfindən siyahıya alınmış əmlak ona məxsus deyil, həmin əmlak onun həyat yodaşı X1 aiddir. Bu səbəbdən həmin əmlakların icra məmuru tərəfindən siyahıya alınması qeyri-qanunidir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(010)- 360/2020 saylı qərardadı ilə Borclu şikayəti təmin olunmamış və mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər və icra məmuru iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biridir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(037)-1078/2015 saylı icra sənədinə əsasən iş üzrə borclular Borclu və X3 müştərək qaydada cəmi 21143 ABŞ dolları məbləğində borc və 20 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar “Nikoyl” İKB-nin (Tələbkar) xeyrinə ödənilməlidir. İcra işi xx.xx.2015-ci il tarixdə icra məmurunun icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. Uzun müddət keçməsinə baxmayaraq icra sənədinin icrası təmin olunmamışdır. Borclu adına tələbin yönəldilə biləcəyi əmlakların və əmanətlərin olmasını müəyyən etmək məqsədi ilə aidiyyəti orqanlara müvafiq sorğular göndərilmiş, lakin tələbin yönələ biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Bu səbəbdən borclunun qeydiyyatda olduğu və yaşadığı Əmircan qəsəbəsi, İ.Şükürov küç., ev 41 ünvanına icra məmuru tərəfindən baxış keçirilmiş və müxtəlif növdə ev əşyaları aşkar edilərək siyahıya alınmışdır. Borclu şikayətində göstərdiyi dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, təqdimata əlavə olunmuş icra məmurunun aktının surətindən müəyyən olunur ki, Borclu aşkar olunan əmlaklar siyahıya alındığı zaman heç bir qeyd şərt bildirməmişdir. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(010)- 360/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-445/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-445/2020
27.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver