Məhkəmə qərarları › İş №8(103)-446/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-446/2020

26.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-446/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Tələbkar iştirakı ilə X1 Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(010)- 5198/15 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-365/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5198/2015 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnamənə əsasən iddiaçı Tələbkar cavabdeh X4 qarşı “pul” tələbinə dair iddiası təmin edilərək, cavabdeh X2 50.000 (əlli min) ABŞ dolları məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7476/2015 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)5198/2015 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1361/2016 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2016cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7476/2015 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5198/2015 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnaməsi xx.xx.2016-cı il tarixdə icra olunması üçün Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə borclu X5 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5198/2015 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-365/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qərardadına əsasən qətnamənin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə X1 ərizəsinin təmin olunmaması qərara alınmışdır. İcra sənədi üzrə borclu X5 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)- 365/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hal-hazırda himayəsində 2 azyaşlı uşağı var, həyat yoldaşı işləmədiyinə görə ailəni tək başına dolandırır. Maddi vəziyyəti olduqca ağırdır. Buna baxmayaraq yaxınlarının yardım edəcəklərinə güvənib ərizəsində hər ay 1000 manat ödəməyə hazır olduğunu bildirib. Bunların hamısı onu göstərir ki, məhkəmə qərarının icrasından yayınmır və icra məmurunun qanuni tələblərini yerinə yetirmək istəyir, lakin obyektiv səbəblərə görə icra sənədinin icrasını həyata keçirə bilmir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-365/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Tələbkar məhkəmə iclasında şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 5198/2015 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnamə ilə X2 50.000 (əlli min) ABŞ dolları məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx/xx-61038/18 №-li məktubdan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5198/2015 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən X2 cəmi 50.000 ABŞ dolları və 30 manat tutularaq Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə xx.xx.2016-cı il tarixdə Suraxanı rayon icra şöbəsində başlanılmış icraat zamanı sözügedən vəsaitin könüllü ödənilməsi borclu tərəfindən təmin etməmişdir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə müvafiq orqanlara sorğular edilmiş və A.Orucovun mülkiyyətində aşkar edilmiş "VAZ 21074" markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-771/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Eyni zamanda A.Orucovun ölkədən getmək hüququ Suraxanı Rayon Məhkəməsinin 19.01 2017-ci il tarixli qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcraat zamanı icra məmurunun qanuni tələblərinə əməl etməyən borclu A.Orucov Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli qərarı ilə 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd olunmalıdır ki, icraat dövründə borclu A.Orucov tərəfindən cəmi 15000 manat ödəniş həyata keçirilmişdir. Daha sonra borclu A.Orucov barəsində xx.xx.2020-ci il tarixli cinayət məsuliyyətinə cəlb olunması haqqında təqdimat hazırlanaraq AR ƏN İstintaq İdarəsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli qərarı ilə 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilərək, barəsində xx.xx.2020-ci il tarixli cinayət məsuliyyətinə cəlb olunması haqqında təqdimat hazırlanaraq AR ƏN İstintaq İdarəsinə göndərilmişdir. Göründüyü kimi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5198/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi ilə Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya şöbəsində icra işi açılmış və həmin işin icraatı həyata keçirilərək borclunun əmlakı müəyyən edilmiş və həmin əmlakın üzərinə həbs qoyulması ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən, ilk növbədə tərəflərin əmlak vəziyyəti nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Baxılan iş üzrə borclu məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, özünün əmlak vəziyyətinin pis olması barədə, borcu dərhal ödəməyə imkan vermədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyin mənasına görə (qərarın 12-ci bəndi), işə baxan məhkəmə nəzərə almalıdır ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Bu məsələ həll edilərkən təkcə borclunun deyil, tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Göründüyü kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Lakin qeyd edilən məsələlər həll edilərkən təkcə borclunun deyil, habelə tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, borclunun təklif etdiyi icra qaydası həmin meyara cavab verməməklə icra sənədinin təxminən 5 il ərzində icra olunması mənasına gəlir; bunu isə ağlabatan müddət kimi qəbul etmək mümkün deyildir. Odur ki, Kollegiya hesab edir ki, Rayon Məhkəməsi qeyd edilən əsaslarla ərizəni və qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Ərizənin və şikayətin təmin edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ: X1şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-365/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar