Məhkəmə qərarları › İş №8(103)-446/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-446/2024

11.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-446/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X5 və Kazımov Elşən Cəlaləddin oğlundan ibarət tərkibdə, İcra sənədlərinin icrasını təmin etmək məqsədilə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-540/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədlərinin icrasını təmin etmək məqsədilə Borclu-nin mülkiyyətində olan Üfüqi frez 6p82 (1), Şaquli frez CC315, Qollu frezləmə 6m13p, Şaquli koks frez (2 ədəd), Şaquli frez CC400, Üfüqi frez Ü400, Burğu pazaçan CBA24 (2 ədəd), Surətçıxaran frez Ü400, Körplü Kran 5,0 tn, X9 5,0 tn adlı əmlakların üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 8432/2016 saylı, xx.xx.2016-cı il tarixli sənədinə əsasən tələbkarlar Tələbkar1, Tələbkar2, Tələbkar3, X2, X3, Tələbkar4, Tələbkar5, Tələbkar6, Tələbkar7, Tələbkar8, Tələbkar9 və Tələbkar10 Fərhad oğluna 2015-ci ilin yanvar ayından, Tələbkar11 2012-ci ilin iyun, iyul, avqust ayları üçün, 2015-ci ilin yanvar ayından, Tələbkar12 2010-cu ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları uçün, 2015-ci ilin yanvar ayından, Tələbkar13 2012-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr ayları üçün, 2015-ci ilin yanvar ayından, Tələbkar14 Oğruc oğluna 2012-ci ilin fevral ayı üçün, 2015-ci ilin yanvar ayından, Tələbkar15 2012- ci ilin dekabr ayı üçün, 2015-ci ilin yanvar ayından, Tələbkar16 2012-ci ildən 7 ay, 2015-ci il yanvar ayından, Tələbkar17 2012-ci il üçün aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 2014-cü ilin 8 ayı və 2015-ci ilin yanvar ayından, Tələbkar18 2011-ci il üçün iyun, iyul, avqust, sentyabr, oktyabr ayları, 2012-ci ilin mart, aprel, may. iyun, iyul, avqust, sentyabr ayları və 2015-ci ilin yanvar ayından, Tələbkar19 2011-ci ilin yanvar, fevral, iyul, avqust, sentyabr, oktyabr ayları üçün, 2012-ci ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları və 2015-ci ilin yanvar ayından, Tələbkar20 2010-2012-cı ıl üçün cəmi 17 ay, 2014-cü il üçün 3 ay və 2015-ci ilin yanvar ayından bu günədək ödənilməmiş ödənclərin və bu gündən etibarən ödənilməli olan ödənclərin hesablanaraq Borclu tərəfindən ödənilməsi Borclu-nin üzərinə vəzifə olaraq qoyulmalıdır. İcra sənədi şöbənin icraatına xx.xx.2017-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu "xxxx" ASCyə bildiriş göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1921/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Bakı ‘Elektriktökmə” ASC-dən əlillik dərəcəsindən asılı olaraq 2011-ci ilin yanvar ayından bu günədək zərərin əvəzinə görə ödənilməmiş müavinət məbləği tutularaq Tələbkar21, Tələbkar22, Tələbkar23, Tələbkar24, Tələbkar25, Tələbkar26, X7, Tələbkar28 və Tələbkar29 ödənilməli, qətnamə elan olunduğu tarixdən hər əy əlillik dərəcəsindən asılı olaraq Tələbkar21, Tələbkar22, Tələbkar23, Tələbkar24, Tələbkar25, Tələbkar26, X7, Tələbkar28 və Tələbkar29 hesablanmış müavinət ödənişlərinin ardıcıl olaraq davam etdirilməsi Borclu-yə həvalə edilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün Borclu-yə bildiriş göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1040/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu-dən 2021-ci ilin yanvar ayından qətnamə elan olunan tarixədək ödənilməmiş müavinət məbləği tutularaq Tələbkar30 ödənilməli, qətnamə elan olunduğu tarixdən hər ay 48 manat olmaqla müavinət ödənişlərinin ardıcıl olaraq davam etdirilməsi Borclu-yə həvalə edilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbu edilərək tələbin könüllü icra olunması üçün Borclu-yə bildiriş göndərilmişdir Bakı Apellyasiya Məhkəməsinin 2(103)-724/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu-nin 45 saylı, xx.xx.2014-cü il tarixli əmri ləğv edilməli, Tələbkar31 Borclu-nin sədrinin müşaviri vəzifəsinə bərpa edilməli, Tələbkar31 işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə orta aylıq əmək haqqı 732,69 manat hesablanmaqla ödənilməli, tələbkara xx.xx.1999-cu il tarixdən xx.xx.2014-cü il tarixədək istifadə etmədiyi məzuniyyətə görə 8678,59 manat kompensasiya ödənilməli, tələbkara xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək istifadə edilməmiş məzuniyyətə görə ödənilməli olan məbləğin hesablanması və ödənilməsi borclunun üzərinə qoyulmalı, ekspertiza tədqiqatının dəyəri 50 manat Borclu-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2018-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün Borclu-nin ünvanına bildiriş göndərilmişdir. İcra sənədlərinin icrası könüllü olaraq təmin edilməmişdir. İcra sənədlərinin icrasını təmin etmək etmək məqsədilə Borclu-yə məxsus Üfüqi frez 6p82 (1), Şaquli frez CC315, Qollu frezləmə 6m13p, Şaquli koks frez (2 ədəd), Şaquli frez CC400, Üfüqi frez Ü400, Burğu pazaçan CBA24 (2 ədəd), Surətçıxaran frez Ü400, Körplü Kran 5,0 tn, X9 5,0 tn adlı əmlaklara baxış keçirilmiş, həmin əmlaklar Borclu-nin rəhbəri X1 təhvil verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-540/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2(035)- 8432/2016 saylı, xx.xx.2016-cı il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1921/2022 saylı, xx.xx.2023-cü il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1040/2022 saylı, xx.xx.2022-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 724/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu-yə məxsus Üfüqi frez 6p82 (1), Şaquli frez CC315, Qollu frezləmə 6m13p, Şaquli koks frez (2 ədəd), Şaquli frez CC400, Üfüqi frez Ü400, Burğu pazaçan CBA24 (2 ədəd), Surətçıxaran frez Ü400, Körplü Kran 5,0 tn, X9 5,0 tn adlı əmlakların üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan narazı qalan Borclu şikayət verərək, qərardadın ləğv edilməsini, təqdimatın təmin edilməməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, təqdimatda göstərilmişdir ki, Borclu əlillik dərəcəsindən asılı olaraq 2011-ci ilin yanvar ayından bu günədək zərərin əvəzinə görə ödənilməmiş müavinətləri ödəməmişdir. Bununla əlaqədar qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə yə himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalara əsasən müavinətlərin bir hissəsi 2008-ci ildən həmin şəxslərin işlədiyi müəssisələr tərəfindən ödənilməsi müəyyən edilmişdir. Həmin Qaydalarda nəzərdə tutulduğuna görə tələbkarlara veriləcək cəmi 98 manat aylıq ödənicin 48 manatı müəssisə, qalan 50 manatı isə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları ödəyirdi. Sonradan həmin Qaydalara dəyişiklik edilərək göstərilmişdir ki, bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə yə himayəsində olan digər şəxslərə aylıq ödəniclərin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilsin (Bənd 3.1). Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003 cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir (Bənd 5.1.). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir (Bənd 5.2). Bu Qaydaların 5.2ci bəndində göstərilən müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə yə himayəsində olan digər şəxslərə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir (Bənd 5.3). Ona görədə həmin şəxslərin aylıq müavinətlərin məbləği artırılmış, lakin ASC-nin verdiyi müavinatların məbləği artırılmamışdır. Hal-hazırda AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanlarından dövlət büdcəsinin vəsaiti hesabına onlara aylıq 200-300 manat müavinət verilir. Buna baxmayaraq göstərilən kateqoriyadan olan şəxslər Qaydalara edilən dəyişikliklərdən əvvəl qəbul edilmiş Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qətnamələrinin icra edilməsini tələb edərək, məcburi qaydada müəssisədən də, müavinat almağa nail olurlar. Onu da qeyd edir ki, həmin şəxslərin bəziləri ilə müavinatların hissəhissə ödənilməsinə dair razılıq əldə edilmiş və həmin şəxslərə müavinatlar hissə-hissə ödənilmişdir. Bundan əlavə qeyd edir ki, qərardadla üzərinə həbs qoyulmuş Borclu-nin mülkiyyətində olan Üfüqi frez 6p82 (1), Şaquli frez CC315, Qollu frezləmə 6m13p, Şaquli koks frez (2 ədəd), Şaquli frez CC400, Üfüqi frez Ü400, Burğu pazaçan CBA24 (2 ədəd), Surətçıxaran frez Ü400, Körplü Kran 5,0 tn, X9 5,0 tn adlı əmlaklar hal-hazırda ASC-nin daimi istifadəsindədir. ASC-nin 98%-i dövlətə məxsusdur və hal-hazırda həmin əmlaklardan istifadə etməklə müəssisədə 100 nəfərdən çox şəxs fəaliyyət göstərir. Göstərilən əmlakların satılması ASC-nin fəaliyyətinin dayanmasına səbəb olacaqdır. Ona görədə icra məmuruna müraciət olunaraq İcra Şöbəsinin 11095-129397/22-15-12 saylı, xx.xx.2022-ci tarixli sifariş məktubunda ASC-nin istehsalda bilavasitə istifadə edilən əmlakların yerinə istehsalda istifadə edilməyən əmlakla əvəz edilməsi xahiş olunmuşdur. “İcra haqqında”AR qanununda göstərilir ki,Borclu hüquqi şəxsin əmlakı üzərinə həbs qoyulması və onun satılması aşağıdakı növbəlilik üzrə həyata keçirilir: birinci növbədə— istehsalda bilavasitə istifadə edilməyən əmlaklar (Maddə 58.1.1). Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin 2(103)-724/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu-nin 45 saylı, xx.xx.2014-cü il tarixli əmri ləğv edilməsi və Tələbkar31 Borclu-nin sədrinin müşaviri vəzifəsinə bərpa edilməsi barədə bildiririk ki, tələbkar bir neçə il əvvəl vəfat etmişdir. Məhkəmə qeyd edilən məsələləri araşdırmadan təqdimatı təmin etmişdir. Məhkəmənin 16 noyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Nərimanov Rayon Məhkəməsinin 8(005)-540/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməklə iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki nəticəyə gələrkən işin bütün faktiki halları üzrə ətraflı araşdırma aparmamış, iş üzrə borclunun iştirakını lazımi qaydada təmin etməmiş, o cümlədən istinad etməli olduğu hüquq normalarını tətbiq etmədən qərardad qəbul etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun göstərilir ki, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə bu Qanunun 45.7-ci maddəsinə uyğun olaraq icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulur. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesablarının mövcudluğu barədə məlumatları icra məmuru vergi orqanlarından tələb edə bilər (45.2-45.4-cü maddələr). Qeyd edilməlidir ki, yuxarıda sadalanan ümumi normalarla yanaşı, “İcra haqqında” Qanunun 5-ci fəslində “tələbin borclu hüquqi şəxsin əmlakına yönəldilməsinin xüsusiyyətləri” ni tənzimləyən xüsusi normalar da təsbit olunmuş və məhkəmə təqdimatın əsaslılığına həmçinin xüsusi normaları nəzərə alaraq qiymət verməli olduğu halda, həmin normaları tətbiq etməmişdir. Bu isə təqdimatın məhkəmə tərəfindən düzgün araşdırılmadığına dəlalət edən və ona yenidən baxılmalı olmasını tələb edən əsaslardan birini təşkil etmişdir. Belə ki, həmin fəsildə əks olunmuş müddəalardan görünür ki, tələb borclu hüquqi şəxsin əmlakına yönəldilərkən ilkin olaraq borclu hüquqi şəxsin kassasında və ya başqa otaqlarında aşkar edilmiş nağd pul vəsaitləri (manatla və xarici valyuta ilə) götürülür. Borclu hüquqi şəxsin banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinin üzərinə həbs qoyulması ilə bağlı icra məmuru bu Qanunun 45-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görür. Borcun ödənilməsi üçün borclu hüquqi şəxsin pul vəsaitləri yetərli olmadıqda, tələb mülkiyyət hüququ əsasında ona məxsus olan digər əmlaka (dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla) yönəldilir. Həmin əmlak üzərinə həbs qoyulması və ya onunla bağlı digər icra hərəkətləri bu Qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir (“İcra haqqında” Qanunun 56.1, 56.3 və 57.1-ci madd.). Həmin Qanunun 58-ci maddəsində isə borclu hüquqi şəxsin əmlakı üzərinə həbs qoyulmasının və onun satılmasının aşağıdakı növbəlilik üzrə həyata keçirildiyi təsbit olunmuşdur: 58.1.1. birinci növbədə - istehsalda bilavasitə istifadə edilməyən əmlak (qiymətli kağızlar, borclunun depozit və digər hesablarındakı pul vəsaitləri, valyuta sərvətləri, minik nəqliyyat vasitələri, ofislərin dizayn əşyaları və sair əmlak); 58.1.2. ikinci növbədə - hazır məhsul (əmtəə), habelə istehsalda bilavasitə istifadə edilməyən və istehsalda bilavasitə istifadə üçün nəzərdə tutulmamış digər maddi sərvətlər; 58.1.3. üçüncü növbədə - daşınmaz əmlak obyektləri, habelə istehsalda bilavasitə istifadə üçün nəzərdə tutulmuş xammal və materiallar, dəzgahlar, avadanlıqlar və digər əsas vəsaitlər; 58.1.4. dördüncü növbədə - başqa şəxslərə verilmiş əmlak. Göründüyü kimi qanunvericilik icra sənədi üzrə borclu əgər hüquqi şəxsdirsə, əvvəlcə onun istehsalda bilavasitə istifadə edilməyən əmlakına, yalnız belə əmlak olmadığı halda, istifadədə olan əmlakına tələbin yönəldilə biləcəyini müəyyən etmiş, bununla da həm hüquqi şəxslərin kreditorlarının, həm də hüquqi şəxslərin mənafeyinin qorunmasına imkan tanımışdır. Birinci instansiya məhkəməsi isə təqdimatla üzərinə həbs qoyulması xahiş edilən əşyaların yuxarıda qeyd edilmiş növbəlilik qaydasında seçilib-seçilmədiyini araşdırmadan, hüquqi şəxsin həmin əşyalardan öncə həbs qoyulması üçün fəaliyyətində zəruri olmayan başqa əmlaklarının mövcudluğu istiqamətində icra məmuru tərəfindən hər hansı yoxlamanın aparıldığını aydınlaşdırmadan təqdimatı təmin etmişdir. Belə ki, iş materiallarındakı məhkəmənin iclas protokollarından icra işlərinin tələb edilərək araşdırıldığı, icra vərəqələrinin icrası ilə məşğul olan icra məmurunun məhkəməyə dəvət edilərək dinlənilməsinə dair hər hansı məlumat da öz əksini tapmamışdır. İş materiallarında olan icra məmurunun tərtib etdiyi xx.xx.2024-cü il tarixli Akta münasibətdə kollegiya bildirir ki, həmin aktdan da Borclu-yə məxsus Üfüqi frez 6p82 (1), Şaquli frez CC315, Qollu frezləmə 6m13p, Şaquli koks frez (2 ədəd), Şaquli frez CC400, Üfüqi frez Ü400, Burğu pazaçan CBA24 (2 ədəd), Surətçıxaran frez Ü400, Körplü Kran 5,0 tn, X9 5,0 tn adlı əmlakların istehsalda bilavasitə istifadə edilən və ya edilməyən əmlaklar olduğunu müəyyən etmək mümkün olmamışdır. O cümlədən iş materiallarına nəzər yetirdikdə ərizəyə baxılması ilə bağlı tələbkar Borclu-nin bildirişin göndərildiyi qeyd edilsə də, həmin bildirişin, onun məlum olan sonuncu hüquqi ünvanına göndərilib-göndərilmədiyi, bildirişin borcluya çatıb-çatmaması yoxlanılmamış, onun iştirakı olmadan verilən ərizəyə baxılmasının mümkünlüyü müzakirə edilməmişdir. Həmçinin, borclu tərəfindən verilmiş şikayətdə Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il il tarixli Fərmanı ilə təsdiq edilmiş“Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə yə himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarına edilən dəyişiklərdən sonra icra sənənləri üzrə ödənişlərin onun tərəfindən verilməsinin yolverilməzliyinə dair və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-724/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Tələbkar31 vəfat etməsi səbəbi ilə icra sənədinə xitam verilməli olduğuna dəlillər göstərilsə də, bu dəlilləri araşdırmaq üçün birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin ona verdiyi prosessual imkanlarından istifadə etmək əvəzinə, şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sadalanan hallar üzrə zəruri araşdırma aparılmaqla və istinad ediməli olan hüquq normalarını düzgün müəyyənləşdirməklə icra məmuru tərəfindən verilmiş təqdimata yenidən baxılması və əsaslandırılmış məhkəmə aktının qəbulu üçün həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-540/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv olunsun və Nərimanov rayon İcra şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimata yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar