Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-447/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1276/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Borclu 2700 manat, digər borclu X1 500 manat və ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı borclulardan tutularaq, Tələbkar qızının xeyrinə ödənilməlidir. Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru, xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdimat verərək, Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2019-cu il tarixdə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, icra şöbəsinə gəlməkdən boyun qaçırmış, bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Borclu, şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmiş və şikayətini belə əsaslandırmışdır ki, icra məmurunun çağırışlarına hər dəfə getmişdir. İş materiallarından hansı çağırışa getməməsi sübut olunmur. Eyni zamanda, o, Sabunçu rayonu ərazisində yaşayır. Xəzər Rayon Məhkəməsi, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Kollegiya hesab edir ki, icra sənədinin icrası məqsədilə borclunun icra şöbəsinə gəlməsi zəruri olduğu və təqdimata əlavə edilmiş sənədlərlə onun icra məmurunun çağırışlarına gəlməməsi təsdiqləndiyi üçün birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır. Kollegiya bu qənaətə gələrkən Borclu şikayətini kifayət qədər əsaslandırmadığını və qərardadın ləğvi üçün əsas olan hallara dair mötəbər sübutlar təqdim etmədiyini də nəzərə alır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(003)-147/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-447/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-447/2020
28.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver