Məhkəmə qərarları › İş №8(103)-447/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-447/2021

25.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-447/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 8(002)-82/2021 saylı qərardadından borclu "xxxx" ASC tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru borclu "xxxx" ASC-nin əmlakı üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin məcburi icrasını təmin etmək və tələbin borcluya məxsus əmlak hesabına realizə edilməsi məqsədilə borclu "xxxx" ASC-nin adına Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 4,5193 ha və 0,6252 ha torpaq sahəsinin borc həddində üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1120/2020 saylı, 21.02.2020-ci il tarixli məhkəmə əmrinə əsasən borclu "xxxx" ASC-dən cəmi 5644 manat məbləğində borc tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi icraata 03.03.2021-ci il tarixdə icraatına daxil olmuş və icraata başlama haqqında qərar qəbul edilərək, tələbin könüllü icrası haqqında bildiriş borclulara göndərilmişdir. Bildirişi borclu 07.04.2021-ci il tarixində qəbul etmiş. Lakin bugünə qədər məhkəmə qərarını icra etməmişdir. Qeyd olunan icra sənədi üzrə başlanılmış icraat üzrə ötən dövrdə borclunun əmlak məlumatları “Elektron icra” sistemində yoxlanılmış və borclu "xxxx" ASC-nin adına Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 4,5193 ha və 0,6252 ha torpaq sahələri tərəflərindən aşkar edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 8(002)-82/2021 saylı qərardadı ilə təqdimat qismən təmin edilmiş, borclu "xxxx" ASC-ə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 4,5193 ha torpaq sahəsinin üzərinə həbsin qoyulması qərara alınmışdır. İş üzrə borclu "xxxx" ASC şikayət ilə məhkəmə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 8(002)-82/2021 saylı qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin mülkiyyətində daşınar əmlakın olması, həmçinin 0,6252 ha torpaq sahəsinin olmasına baxmayaraq, məhkəmə tərəfindən 4.5 ha torpaq sahəsinə həbs qoymuşdur. Məlum halda ASC-nin mülkiyyət hüququ pozulur və məhkəmə tərəfindən qiymətləndirmə aparmadan, ümumi 5644 manat olan borca görə 4,5 ha torpaq sahəsi üzərinə belə bir həbs qoyur. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərardadı ilə borclu "xxxx" ASC-nin şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tələbkar, borcu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, borclunun nümayəndəsi məhkəməyə teleqram göndərərək, başqa məhkəmədə işin baxılmasında iştirak etdiyi üçün, işin baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası borclunun hüquqi şəxs olmaqla, məhkəmə iclası barədə lazımi qaydada əvvəlcədən məlumatlı olmasını nəzərə alıb, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, onun nümayəndəsinin, tələbkarın və icra məmurunun iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edib, hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 8(002)- 82/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(002)-1120/2020 saylı, 21.02.2020-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" ASC-dən 2015-ci ilin yanvar ayından 2019-cu ilin dekabr ayına qədər cəmi 60 ay üçün 5644 manat pul tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən borclu barəsində tətbiq edilən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoyulması və onun satılması yolu ilə tələbin əmlaka yönəldilməsi tədbiridir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müvafiq icra sənədi üzrə borclu "xxxx" ASC-dən cəmi 5644 manat məbləğində borc tutularaq, Tələbkar xeyrinə ödənilməsi müəyyən edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edillmişdir ki, borclu müvafiq icra sənədi üzrə tələbi uzun müddət keçməsinə baxmayaraq, indiyədək icra etməmişdir. Həmçinin, iş materallarından görünür ki, üzərinə həbs qoyulması tələb edilən əmlak borcluya məxsus olmaqla, hazırda onun adına rəsmi qeydiyyatdadır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, təqdimatı qismən təmin edərkən düzgün olaraq belə nəticəyə gəlmişdir ki, icra sənədi üzrə tələb ödənilmədiyinə görə borcluya məxsus əmlakın üzərinə həbs qoyulmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 8(002)- 82/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar