Məhkəmə qərarları › İş №8(103)-447/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-447/2023

19.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-447/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışinski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 8(002)-321/2023 saylı mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 noyabr 2023-cü il tarixli qərardaddan Şahmarov Müsəllim Kamran oğlunun verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Şahmarov Müsəllim Kamran oğlunun Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmurunun hərəkət (hərəkətsizliyindən) verdiyi şikayətin icraata qəbul edilməsi məsələsinə baxmış Qaradağ Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadla “icra məmurunun hərəkət (hərəkətsizliyindən) verdiyi şikayəti”, şikayətin yolverilməzliyi əsası ilə geri qaytarmışdır. Şahmarov Müsəllim Kamran oğlunun həmin qərardaddan verdiyi şikayətin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla şikayətin geri qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi bu mövqeyini onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərardad ərizəçinin elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, lakin qərardaddan şikayəti xx.xx.2023-cü il tarixdə vermişdir. Bununla da, ərizəçi qərardaddan şikayət vermə müddətini 4 gün ötürmüşdür. Şahmarov Müsəllim Kamran oğlu sonuncu qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və xx.xx.2023-cü il tarixli qərardaddan verdiyi şikayətin icraata qəbul edilərək baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şahmarov Müsəllim Kamran oğlu “asan imza” alsa da, onun adına elektron kabinetinin olub-olmamasından məlumatı yoxdur və elektron kabinetdən heç vaxt istifadə etməyib. Poçt vasitəsi ilə göndərilmiş qərardadı isə xx.xx.2023-cü il tarixdə almış və 7 gün ərzində qərardaddan şikayət vermişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayəti təmin edilməməsini və şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə aktından şikayətinin verilməsi müddətinin axımı məhkəmə aktının tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 268.1 və 396.1-cı maddələrinin tələblərinə görə, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardadından şikayət, qərardan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilə bilər. Məhkəmə aktının rəsmi qaydada verilməsi (təqdim edilməsi) qaydası MPM-nin 135ci maddəsi ilə müəyyən edilir. Həmin maddə ilə müəyyən edilib ki, məhkəmə aktları iş üzrə tərəflərin elektron kabinetlərinə yerləşdirildikdə həmin aktlar çatdırılmış hesab olunurlar. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ərizəçinin həmin Sistemdə yaradılmış elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Belə olan halda müəyyən edilir ki, həmin qərardaddan şikayətin verilməsi müddəti Şahmarov Müsəllim Kamran oğluna münasibətdə növbəti – xx.xx.2023-cü il tarixdən başlanmış və xx.xx.2023-cü il tarixdə, saat 24:00-da bitmişdir. Təqvimə görə həftənin şənbə günü olan xx.xx.2023-cü il tarix Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə iş günü elan olunduğundan şikayət vermə müddəti də məhz elə həmin tarixdə bitmişdir. Lakin Şahmarov Müsəllim Kamran oğlu qərardaddan şikayəti xx.xx.2023cü il tarixdə vermişdir. Göründüyü kimi Şahmarov Müsəllim Kamran oğlu qərardaddan şikayət vermə müddətini 3 gün ötürmüşdür. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qərardaddan bu müddətin 4 gün olduğunu bildirsə də, bu hal müzakirə edilən məsələnin həllinə təsir göstərmir. Bununla yanaşı Məhkəmə bildirir ki, xx.xx.2023-cü il tarixli qərardadın Şahmarov Müsəllim Kamran oğluna poçt xidməti vasitəsi ilə xx.xx.2023-cü il tarixdə də çatdırılması prosessual müddətin həmin tarixdən hesablanması üçün əsas vermir, çünki bu hal həmin qərardadın Şahmarov Müsəllim Kamran oğluna təkrarən verilməsi kimi qiymətləndirilir. Prosessual müddəti ötürmüş Şahmarov Müsəllim Kamran oğlu ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə verməmişdir. MPM-in 363.1-ci maddəsinin tələbinə görə isə, şikayət müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı əsaslıdır; həmin qərardaddan verilmiş şikayət əsassızdır; şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 398, 400, 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Şahmarov Müsəllim Kamran oğlunun şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 noyabr 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar