Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-447/2025 26.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İcra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması ilə bağlı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X2 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(007)-20/2025 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev Borclu məxsus “Kia K3 minik” markalı, **-MX-*** qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3083/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, iş üzrə Borclu 2.733,35 manat kredit borcu tutularaq tələbkar "ABC-TELECOM’’ MMC-nin xeyrinə tutulmalıdır. İcra sənədi icraata xx.xx.2024-cü il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxs Borclu əmlak vəziyyətinin yoxlanılması məqsədi elektron icra sistemində axtarış edilmiş və Borclu mülkiyyətində avtomobillər aşkar edilmişdir.
3. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(007)- 20/2025 nömrəli qərardadı ilə (hakim Ü.B.Yusifova) təqdimat təmin edilərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3083/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus “Kia K3 minik” markalı, **- MX-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
4. Maraqlı şəxs həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, həmin avtomobili o, xx.xx.2024-cü ildə almış və elə həmin vaxtdan da həmin avtomobil onun istifadəsində və sahibliyindədir. Bu yaxınlarda ona məlum olmuşdur ki, avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırkı vəziyyətdə çıxarılan qərardad onun maraqlarına toxunur. Çünki o, vicdanlı alıcıdır, avtomobilin dəyərini ödəyib almışdır. Qərardad onun maraqlarına toxunduğundan o, qəradaddan şikayət verməkdə haqlıdır.
6. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim S.V.Əliyeva) şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 129. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
10. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(007)-20/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. İş materiallarından aydın olur ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3083/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi Borclu 2.733,35 manat vəsaiti tutularaq tələbkar "ABC-Telecom’’ MMC-nin xeyrinə ödənilməsi barədədir.
13. İşdən həmçinin görünür ki, icra sənədi icrasız qalmışdır. Borclunun mülkiyyətində “Kia K3 minik” markalı **-MX-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır.
14. Belə olan vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi icra sənədinin icrasını təmin etmək məqsədilə qeyd olunan nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması barədə düzgün nəticəyə gəlmişdir.
15. Şikayətin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə sözügedən nəqliyyat vasitəsinin Borclu tərəfindən Maraqlı şəxs satılması müəyyən edilmir.
16. Belə ki, sonuncu tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, nəqliyyat vasitəsini Borclu Maraqlı şəxs 1 il müddətinə yalnız idarə etmək üçün vermişdir. Tərəflər arasında hər hansı alqı-satqı müqaviləsi bağlanmamış, nəqliyyat vasitəsinə üzərində Maraqlı şəxs mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmamışdır.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(007)- 20/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Hakimlər: a