Məhkəmə qərarları › İş №8(103)-448/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-448/2024

16.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-448/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), X12 və X2 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1039/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: Ərizəçi (borclu) X4 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-57/2022 nömrəli qətnaməsinə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, qətnamənin nəticə hissəsində “ailə üzvləri ilə birlikdə” yazılsa da dəqiq olaraq hansı şəxslərin çıxarılması qeyd edilməmişdir. Odur ki, qətnamənin nəticə hissəsinə izah verilməsini xahiş etmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1039/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən qətnaməyə izah verilməsi barədə ərizə rədd edilmişdir. Həmin qərardaddan X1 şikayət verərək, qərardadın ləğv edilərək ərizənin təmin edilməsi haqqında yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslanırılmışdır ki, ərizənin verilməsinə əsas qətnamənin qət etdi hissəsində X5 ailəsi ilə birlikdə göstərilməsinin qeyri-müəyyən olması olmuşdur. Belə ki, iddiaçı cavabdeh Türkan Cəlilovanı məhkəmə cavabdeh qismində cəlb etsə də, onun ailə üzvləri dedikdə konkret olaraq kimlərin olması qeyd edilməmişdir. Göründüyü kimi qətnamənin nəticə hissəsi qeyri-müəyyən olaraq qalmışdır. Məhkəmə qətnaməyə izah verərək konkret olaraq hansı hərəkətlərin hansı cavabdeh tərəfindən yerinə yetirilməli olmasını göstərməli olduğu halda göstərilməmişdir. Məhkəmə əsassız olaraq ərizəni rədd etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1039/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-57/2022 nömrəli qətnaməsinə əsasən, iddia tələbinin təmin edilməsi, cavabdehlər X4, X13 və X9 ailə üzvləri ilə birlikdə iddiaçı X6 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., M.Cəlal küçəsi, ev 10, 165 saylı mənzildən çıxarılması və mənzilin boşaldılması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 800 manatın cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Göründüyü kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-57/2022 nömrəli qətnaməsi ilə iddiaçı X8 cavabdeh X3, X10 və X7 qarşı “mənzilin boşaldılması” tələbinə dair iddiası təmin edilmişdir. Ərizəçi birinci instansiya məhkəməsinin iclasında həyat yoldaşı Cəlilov Faiqin adının qətnamədə olmadığını qeyd etsə də, iş materiallarından da görünür ki, mülki iş üzrə həyat yoldaşı cavabdeh qismində çıxış etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il Plenumunun 4 saylı Qərarının 14-cü bəndində qeyd edilir ki, “Qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır.” Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-57/2022 nömrəli qətnaməsində hər hansı düzgün olmayan eləcə də ziddiyyətli məqam olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hazırkı iş üzrə qəbul edilmiş mövcud məhkəmə qətnaməsi aydın və anlaşılan olduğuna görə, hər-hansı bir izaha ehtiyac olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, qətnamənin nəticə hissəsində cavabdehlərin ailə üzvləri ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzildən çıxarılması qeyd edilməsi qeyri-müəyyənlik yaratmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1039/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Günay Axundova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar