Məhkəmə qərarları › İş №8(103)-449/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-449/2020

28.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-449/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Borclu, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(006)-222/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-3665/2019 saylı qətnaməsinə ilə iddiaçı “xxxxxx” Firmasının cavabdeh Borclu qarşı “borc, dəbbə pulu və dövlət rüsumunun tutulması” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-12161/2019 saylı qətnaməsi ilə iddiaçı “xxxxxx” Firmasının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)- 3665/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddiaçı “xxxxxx” Firmasının cavabdeh Borclu qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Borclu 49.726 manat əsas borc, 500 manat dəbbə pulu olmaqla, cəmi 50.226 manat pul və ödənilmiş 43 manat dövlət rüsumunun tutulub iddiaçı “xxxxxx” Firmasına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)- 1168/2020 saylı qərarı ilə cavabdeh Borclu kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu itarixli 2(103)-12161/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Borclu ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin hər ay 2.500 (iki min beş yüz) manat olmaqla hissə-hissə ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxxxx” Firması cavabdeh Borclu qarşı “borc, dəbbə pulu və dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliyinə görə yaranmış 49.726 manat borcun, 3.670 manat 32 qəpik dəbbə pulunun və ödənilmiş 30 manat dövlət rüsumunun ünvan 1 ünvanda yaşayan cavabdeh Borclu alınıb iddiaçı “xxxxxx” Firmasına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-3665/2019 saylı qətnaməsinə ilə iddiaçı “xxxxxx” Firmasının cavabdeh Borclu qarşı “borc, dəbbə pulu və dövlət rüsumunun tutulması” tələbinə dair iddiası rədd edilmişdir. Mülki iş üzrə iddiaçının nümayəndəsi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-12161/2019 saylı qətnaməsi ilə iddiaçı “xxxxxx” Firmasının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-3665/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddiaçı “xxxxxx” Firmasının cavabdeh Borclu qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Borclu 49.726 manat əsas borc, 500 manat dəbbə pulu olmaqla, cəmi 50.226 manat pul və ödənilmiş 43 manat dövlət rüsumunun tutulub iddiaçı “xxxxxx” Firmasına ödənilməsi qət edilmişdir. Mülki iş üzrə cavabdeh Borclu Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsindən narazı qalaraq kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-1168/2020 saylı qərarı ilə cavabdeh Borclu kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-12161/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinə yönəldilmiş və icra məmuru Azər Paşayevin icraatındadır. Ərizəçi bildirir ki, icra vərəqəsi üzrə ödənilməli olan 50.269 manat borc məbləğini bir dəfəyə ödəməyə imkanı çatmır. O, «xxxxxxxxxxxx» MMC-nin (VÖEN **********) direktorudur. “xxxxxxxxxxxx” MMC çörək zavodu kimi fəaliyyət göstərir. O, fiziki və hüquqi şəxslərlə işləyir. Məlum olduğu kimi, dünya ölkələrində və Azərbaycan Respublikasında “COVİD-19” virusu ilə əlaqədar Nazirlər Kabinetinin operativ qərargahın qərarına əsasən ümumi hal olaraq ölkə ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün fiziki və hüquqi şəxslərin vəziyyətinə təsir göstərdiyindən, işlədiyi bir çox hüquqi və fiziki şəxslər fəaliyyətini dayandırmalı olublar. Onun da işlədiyi hüquqi və fiziki şəxslər, yəni “tədbirlərin təşkili üzrə xidmətlər, ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili” ilə məşğul olurlar və onların fəaliyyəti dayandırıldığından onun maliyyə vəziyyətinə böyük təsir göstərdiyindən, gəliri yetərincə azalıb. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-12161/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş 50.269 manat məbləğində borcunu hər ay 2.500 manat olmaqla hissə-hissə ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə Borclu qətnamənin hissə-hissə icra olunması barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan Borclu tərəfindən verilmiş şikayət məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyasının iclasında Borclu şikayəti müdafiə edərək, onun təmin edilməsini və qərardadın ləğv edilərək, qətnamənin hissə-hissə icra olunmasına dair ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında tələbkar “xxxxxx” Firmasının nümayəndəsi X2 ərizənin təmin edilməsinə etiraz etdiyini bildirdi və qeyd etdi ki, Borclu 2016-dan bəri onlara borcludur. Cəbiyevə borcunu ödəməsi üçün çox imkanlar yaradılıb. Xahiş etdi ki, ərizə təmin edilməsin. Məhkəmə kollegiyası borclunu və tələbkarın nümayəndəsini dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan materialları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(006)-222/2020 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən, qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 N-li qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Kollegiya qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, borclu tərəfindən əmlak vəziyyəti barədə sübutlar təqdim olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(006)-222/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar