Məhkəmə qərarları › İş №8(103)-449/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-449/2021

27.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-449/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xumar Mərdanovanın və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, X1 “qətnamənin hissə-hissə icra edilməsi barədə” ərizəsinə dair iş üzrə Yasamal Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli qərardadından Fəxrəddin Həmmidov tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yasamal Rayon Məhkəməsinin 27.02.2018-ci il tarixli qətnaməsinə görə borclu Fəxrəddin Həmmidovdan Tələbkar xeyrinə 4.537 manat pul tutulmalıdır. Borclu ərizə ilə məhkəməyə müraciət edərək xahiş etmişdir ki, qətnamənin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilsin. Borclu ərizəni onunla əsaslandırmışdır ki, maddi vəziyyəti həmin pul məbləğini birdəfəyə ödəməyə imkan vermir. 1-ci instansiya məhkəməsinin qərardadı ilə qərara alınıb ki, ərizə təmin edilməsin. Borclu həmin qərardaddan şikayət verərək tələb edib ki, qərardad ləğv edilsin. Şikayət əsassızdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 231.1-ci maddəsinə və “İcra haqqında” Qanunun 15-ci maddəsinə görə hakim tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən məhkəmə aktını hissə-hissə icra etdirməyə haqlıdır. Həmin maddədə qeyd olunan “borclunun əmlak vəziyyəti” və “digər hallar” elə hallardır ki, borcluya məhkəmə aktını birdəfəyə icra etməsi üçün çətinlik yaradır, lakin tələbkarın məhkəmə müdafiəsi hüququnun mahiyyətinə xələl gətirmir. Hazırkı işdə borclunun əmlak vəziyyəti əsas tutulmaqla məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi qərara alınarsa, bu hal tələbkarın məhkəmə müdafiəsi hüququnun mahiyyətinə xələl gətirəcək. Beləliklə, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar