Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-450/2020 30.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, Borclunun nümayəndəsi Xəlil-zadə Şəhriyar Lətif oğlunun iştirakı ilə, Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-719/2018 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə hərəkətlərindən verilmiş şikayətə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 295/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından LPO “X5” ASC-nin ləğvedicisi X3 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: LPO “X5” ASC-nin ləğvedicisi X3 şikayətlə məhkəməyə müraciət edərək, 1 saylı Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-719/2018 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(81)-719/2018 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh ləğv prosesində olan “X5” ASC-dən pul vəsaiti və dövlət rüsumunun tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməsinə dair ləğv prosesində olan “X5” ASC-nin ləğvedicisi X2 həvalə edilməsi barədə X2 xx.xx.2020-ci il tarixdə xəbərdarlıq göndərmişdir. Göstərilənlərə əsasən, hesab edirik ki, Xətai rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 hərəkətləri qanunsuzdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-295/2020 saylı, xx.xx.2020-ci il tarixliqərardadı ilə LPO “X5” ASC-nin ləğvedicisi X1 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-719/2018 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayətinin təmin edilməməsi qərara alınmışdır. İcra sənədi üzrə borclu LPO “X5” ASC-nin ləğvedicisi X3 həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-295/2020 saylı, xx.xx.2020-ci il tarixliqərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, məhəkəmə qərardad qəbul edərkən icraata başlama haqqında qərarın surətinin borcluya göndərilmədiyini nəzərə almamışdır. Borclu şikayətin əsası kimi eyni zamanda, “İcra haqqında” Qanunun 8.2, 8.3, 44.1.2, 44.1.3, Mülki Prosessual Məcəllənin 267-268-ci maddələrinə istinad etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-295/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üşün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən borclunun nümayəndəsi Ş.Xəlil-zadə şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə Xətai rayon İcra və Proasiya şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya Xətai rayon İcra və Proasiya şöbəsinin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin xəbərdarlıq məktubunun surətindən görünür ki, LPO “X5” ASC-nin ləğvedicisi X2 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-719/2018 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələbin icra edilməsi barədə xəbərdalıq göndərilmişdir. Kollegiya işin halları ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qanunun 8.3-cü maddəsinə əsasən, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və digər orqana göndərilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Kollegiya hesab edir ki, iş materiallarında olan Xətai rayon İcra və Probasiya şöbəsinin xəbərdarlıq məktubu (i.v. 3) borclunun hazırki şikayətinin əsası olan icraata başlama haqqında qərarın surətinin borcluya göndərilməməsinə dair dəlilinin əsassız olduğunu göstərir. Həmçinin icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surətinin borcluya göndərilməməsinə dair borclu tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Odur ki, məhkəmə araşdırması zamanı icra sənədi üzrə icra məmurunun hər hansı qanunsuz hərəkətləri müəyyən edilməmişdir. Beləliklə, işin hallarına və qeyd olunan hüquq normalarının tələblərinə müvafiq olaraq, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin şikayətin təmin edilməməsindən ibarət mövqeyi əsaslı olduğundan şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Borclu LPO “X5” ASC-nin ləğvedicisi X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-295/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-450/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-450/2020
30.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver