Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-450/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Borclunun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X5 Rayon Məhkəməsinin 2(010)-1630/2010 saylı, 25.11.2010-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu oglunun mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1630/2010 nömrəli, 25.11.2010-cu il tarixli icra sənədinə əsasən Borclu 25.11.2010-cu il tarixdən başlayaraq 14.10.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və digər gəlirlərin 1/4 hissəsi miqdarında aliment tələbkar Məmmədova (Nəsirli) Nurlana Nəsirulla qızının xeyrinə tutulmalıdır. İcra sənədi şöbənin icraatına 16.04.2021-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya poçt vasitəsilə göndərilmişdir. Borclu tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədilə müvafiq orqan və təşkilatlara sorğular edilmişdir. Tələb olunan vəsaitin ödənilməsi məqsədi ilə “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən Borclu ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 69.14 kv.m olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən 41/3665 saylı torpaq sahəsi və “Mercedes Benz E270 CDİ” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən Suraxanı Rayon Məhkəməsinin 2(010)-1630/2010 saylı, 25.11.2010-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 41/3665 saylı torpaq sahəsi və “Mersedes Benz E 270 CDİ” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 8(005)- 385/2021 nömrəli qərardadı ilə təqdimat təmin edilərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1630/2010 saylı, 25.11.2010-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu oglunun mülkiyyətində olan Xəzər rayonu Şüvəlan qəsəbəsidə yerləşən 41/3665 saylı torpaq sahəsi və “Mersedes Benz E270 CDİ” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 8(005)- 385/2021 nömrəli qərardadından şikayət verərək ləğv edilməsini və həmin əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin 8(005)-385/2021 saylı, 22 iyun 2021-ci il tarixli qərardadında qeyd edilmiş Xəzər rayonu Şüvəlan qəsəbəsidə yerləşən 41/3665 saylı torpaq sahəsi və “Mercedes Benz E270” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi artıq başqa şəxsin adına özgəninkiləşdirilmiş və təqdimata baxılana qədər onun mülkiyyətindən çıxmışdır (bununla bağlı müvafiq sənədləri ərizəyə əlavə edilmişdir). Buna görə də həmin əmlaklar üzərinə həbs qoyulması tamamilə yanlışdır və qərardad bu səbəbdən də ləğv edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 8(005)- 385/2021 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin 2(010)-1630/2010 saylı, 25.11.2010-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulması barədə təqdimatı rədd edilmişdir. Tələbkar 06 avqust 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 8(005)-385/2021 nömrəli qərardadından şikayət verərək, müvafiq qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 8(005)- 385/2021 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tələbkar səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir Məhkəmə iclasında iştirak edən borclnun nümayəndəsi şikayəti əsassız hesab edərək, onun təmin edilməməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası borclunun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 29.03.2021-ci il tarixli çıxarışdan görünür ki, Xəzər rayonu Şüvəlan qəsəbəsi ünvanında yerləşən 41/3665 saylı torpaq sahəsi X1 adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz E270” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından da göründüyü kimi, avtomobil cavabdehin mülkiyyətində olmadığına və bunun əksi tələbkar tərəfindən sübuta yetirilə bilmədiyinə görə həmin əmlak üzərində həbs qoyulması yol verilməzdir. Mülki-Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı : Şikayət təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-385/2021 saylı saylı, 25 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-450/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-450/2021
25.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver