Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-450/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ su Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-360/2024 saylı, 29 oktyabr 2024cü il tarixli qərardadından Borclu şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: X1 şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1468/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin qaytarılmasına dair Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə və icra sənədi icrasının təmin edilməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1468/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi tam qanunsuz və əsasız olaraq icrası mümkün olmadığından Xəzər Rayon Məhkəməsinə geri qaytarılmışdır. Həmin qərardan məlumatı olmamışdır. Belə ki, qeyd olunan icra vərəqəsinin icra olunmaması ilə bağlı Azərbaycan Respublikasının Prezdentinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirinə müraciət olunmuşdur. Bunula bağlı xx.xx.2024-cü il tarixdə Ədliyyə Nazirliyində qəbulda olarkən ona Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarı barədə məlumat verilmiş və həmin günü Xəzər rayon İcra şəbəsindən Ədliyyə Nazirliyi əməkdaşının göstərişi ilə həmin qərar ona təqdim edilmişdir. Qeyd oluan mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 1988-ci il tarixdə Qərbi Azərbaycanın Göyçə mahalından deportasiya edilmişdir və cavabdehlər Xamayeva (Abdullayeva) Ziyafət Bəhram qızı, X21, X17 və X13 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X19 yerləşən 0,07 ha torpaq sahəsi (bundan sonra – mübahisəli sahə) və həmin torpaq sahəsinin üzərində inşa etdiyi fərdi yaşayış evindən çıxarılması, həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsi ilə evin ona təhvil verilməsi barədə qətnamə və cavabdehlərin əməllərində cinayət tərkibi olduğundan onların barəsində cinayət işi başlanması üçün Bakı şəhəri Xəzər rayonu Polis İdarəsinə məlumat verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 iyul 2017ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilsə də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsində xx.xx.2018-ci il tarixdə işə baxılaraq Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsində xx.xx.2018-ci il tarixli qərarında qeyd olunur ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2002-ci ildə Xəzər rayon Qala Bələdiyyəsindən 2002-ci il tarixdə torpaq sahəsi almış, həmin torpaq sahəsində birmərtəbəli fərdi yaşayış evi tikmiş, həmin vaxtdan torpaq sahəsi və ev onun faktiki sahibliyindədir. Cavabdehlərlə yaxın münasibətləri olduğundan və sonuncuların yaşamağa yerləri olmadığından o, 2006-cı ildə həmin evi 2-3 il müddətinə müvəqqəti yaşamaları üçün vermişdir. Lakin həmin müddət bitdikdən sonra o, cavabdehlərdən evdən çıxmalarını və evin ona təhvil verilməsini tələb etsə də, cavabdehlər evdən çıxmaqdan imtina etməklə orada yaşamağa davam etmişlər. Cavabdehlərdən Ziyafət Xamayeva apellyasiya məhkəməsinin iclasında verdiyi izahatında iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsinə və tikiliyə heç bir hüququ yoxdur. Həmin torpaq sahəsi dövlət mülkiyyətindədir və sahə üzərindəki tikililər vaxtilə ərazidə yerləşmiş müəssisəyə məxsus olmuşdur. Yaşadıqları tikili əslində anbar olmuş, lakin imkansızlıq səbəbindən ailə üzvləri ilə birlikdə həmin tikilidən yaşayış sahəsi kimi istifadə edirlər. İddiaçı atasının dostu olmuş, onlardan torpaq sahəsi almaq adı ilə 1.000 ABŞ dolları almış, lakin nə torpaq sahəsi almış, nə də ki pulu qaytarmamışdır. Ona görə aralarında mübahisə yarandığından iddiaçı ona və ailə üzvlərinə qarşı əsassız iddialar qaldırır. Göründüyü kimi mübahisəli evin özbaşına tikili olması işin mübahisəsiz halıdır. Bununla bərabər həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də hər hansı şəxsin adına dövlət qeydiyyatına alınmamışdır. İddiaçı iddia ərizəsinə Xəzər rayon Qala Bələdiyyəsinə ödədiyi torpaq və əmlak vergisi üzrə 18 noyabr 2011-ci il tarixli (200*- 2011-ci illər üzrə), 11 fevral 2013-cü il tarixli (2012-2013-cü illər üzrə), 31 mart 2014-cü il tarixli (2014-cü il üzrə), 16 noyabr 2016-cı il tarixli (2016-cı il üzrə) ödəniş qəbzlərini əlavə etmişdir. Eyni zamanda iddiaçı mübahisəli yaşayış evinə dair onu adına tərtib edilmiş xx.xx.2011-ci il tarixli qiymətləndirmə rəyini məhkəməyə təqdim etmişdir. Apellyasiya məhkəməsi həmin sənədlərin iddiaçının mübahlsəli sahə və tikili üzərində hüquqlarının mövcud olduğunu təsdiq etməməsi barədə nəticəyə gəlmişdir. Yuxarıda qeyd edildiyi kimi mübahisə predmetini təşkil edən fərdi yaşayış evi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamaqla özbaşına tikilidir. Deməli özbaşına tikiliyə sahiblik hüququ qanunvericiliklə tanınmaqla özbaşına tikili üzərində sahiblik hüququ olan şəxsin öz hüquqlarının realizəsinə həmin əmlak üzərində sahiblik hüququ olmayan şəxslərin bütün qanunsuz müdaxilələri, o cümlədən sahiblik hüququna olan hər cür pozuntu qadağan edilir. Lakin apellyasiya məhkəməsi iddiaçının mübahisəli tikili üzərində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 179-cu maddəsi ilə müəyyən olunan sahiblik hüququnun mövcud olub-olmamasını müəyyən etmədən onun həmin özbaşına tikili barədə ümumiyyətlə heç bir subyektiv hüquqa malik olmaması barədə iş üzrə səhv nəticəyə gəlmişdir. Halbuki yuxarıda qeyd edildiyi kimi qanunvericiliklə özbaşına tikiliyə sahiblik hüququ tanınmaqla həmin hüquqa malik olan şəxsin öz sahibliyini hər cür qanunsuz pozuntudan müdafiə etmək hüququ təsbit edilir. Bu halda apellyasiya məhkəməsi iddiaçının cavabdehlərin mübahisəli tikilidən çıxarılmaqla evin iddiaçıya təhvil verilməsi barədə iddiasını mübahisəli tikilinin özbaşına tikili olmaqla dövlət qeydiyyatına alınmadığından iddiaçının həmin əmlak üzərində hər hansı hüququnun olmaması, bununla da iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ olmaması əsası ilə rədd edilməsi barədə nəticəyə gəlməklə daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərini pozmuşdur. Eyni zamanda cavabdehlər mübahisəli tikiliyə hansı əsaslarla sahiblik etdiklərini göstərməmiş, yalnız iddiaçının həmin tikili üzərində mülkiyyət hüququnun olmadığını və tikilinin və torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu bildirməklə iddiaya etiraz etmişlər. Beləliklə apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun deyil. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası mülki işin ədalətli və qanuna müvafiq həlli üçün iddiaçı tərəfindən kassasiya şikayətində irəli sürülmüş işin faktiki halları barədə dəlillərin mahiyyətinə toxunmayaraq qeyd edir ki, apellyasiya qaydasında işə baxılarkən həmin məqamlar hərtərəfli araşdırılmalıdır. İş üzrə həqiqi hallar müəyyən edilməli tərəflər arasında olan, münasibətlərə qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verilməklə mübahisə həll edilməlidir. Bununla da kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi tam müdafiə edilərək) 2(103)-761*/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3290/2017 saylı 24 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, cavabdehlər X7, X21, X17 və X10 tərəfindən 2006-cı ildən yaşamaq üçün onların sahibliyinə və istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X19 yerləşən 81 kv.m sahəsi olan birmərtəbəli özbaşına tikilidən çıxarılmaları və tikilinin ona təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsinin almış və qətnamə üzrə xx.xx.2019-ci il tarixdə icra vərəqəsi verilərək icra edilməsi üçün Xəzər rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru A.Nəcəfov Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-761*/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin icrası zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X19 yerləşən 81 kv.m sahəsi olan birmərtəbəli özbaşına tikilidə borcludan başqa X11 az yaşlı övladı ilə həyat yoldaşı X14 yaşayır. Həmin şəxsin adı qətnamədə tikilidən çıxarılmalı olan şəxslər sırasında qeyd edilmədiyindən icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2019-cu il tarixdə işə baxaraq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (103)-761*/2018 saylı xx.xx.2018-ci ii tarixli xx.xx.2019-cu il tarixli qətnaməsinin nəticə hissəsində aydın və dəqiq olmayan hər hansı ifadə olmadığından qətnaməyə və icra sənədinə izah verilməsi barədə ərizə təmin edilə bilməz. Belə ki, işə baxılarkən X4 iddiaçının sahibliyinə qaytarılmalı olan tikilidə yaşaması barədə məlumat olmamış, onun adı cavabdehlər sırasında göstərilməmişdir. Belə olan halda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-761*/2018 saylı, xx.xx.2018-ci il tarixli xx.xx.2019-cu il tarixli qətnaməsində adı qeyd edilməyən şəxsin qətnaməyə izah verilməsi qaydasında həmin tikilidən çıxarılması təmin edilə bilməz. Qətnamə yalnız borclulara münasibətdə icra edilərək tikili iddiaçıya təhvil verilməlidir. Borclular çıxarıldıqdan sonra X14 özbaşına tikilini tərk etməzsə onun çıxarılması üçün iddiaçı yeni iddia qaldırmaq hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Xəzər rayon İcra və Probaşiya Şöbəsinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə izah verilməsinə dair ərizəsi təmin edilə bilməz. Bundan sonra qətnamə yalnız borclulara münasibətdə icra edilərək Xamayeva (Abdullayeva) Ziyafət Bəhram qızı, X21, X17 və X13 tikili boşaldaraq qismən ona təhvil verilmişdir. Belə ki, X14 azyaşılı qızı ilə birlikdə tikilidən çıxmaqdan imtina etmiş və tikilinin tam boşaldılaraq ona təhvil verilməsi təmin edilməmişdir. Xamayevlər ailəsinə qarşı Bakı şəhəri Xəzər Rayon Məhkəməsində ilkin iddia qaldırılarkən Nərgiz Xamayeva həmin mənzildə yaşamamış, sonradan gəlin kimi həmin mənzilə köçdüyü üçün onun adı ilkin iddiada cavabdeh kimi qoyulmamışdır. Mənzilin tamam boşaldılması ilə bağlı olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X19 yerləşən Abdulla Babayevə məxsus olan 81 kv.m sahəsi olan birmərtəbəli tikilidən və torpaq sahəsindən X4 az yaşlı uşağı ilə birlikdə çıxarılaraq tikilinin və torpaq sahəsinin bütövlükdə Abdulla Babayevə təhvil verilməsinə dair iddia qaldırılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Xəzər Rayon Məhkəməsinin qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə qüvvədə saxlanmışdır. Lakin bu günə qədər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi icra edilməmişdir. Maraqlı şəxs himayədarlığı ilə cavabdehlər hər dəfə müəyyən əsassız iddialarla məhkəməyə müraciət edərək vaxt uzadılmışdır. Belə ki, iş üzrə cavabdeh (borclu) Borclu Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə Xəzər Rayon Məhkəməsində iddia qaldırsa da Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia təmin edilməmişdir. Lakin buna baxmayaraq yenədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin yenə də icra edilməmişdir. Bununla bağlı olaraq yenə də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə İcra məmurunun hərəkətsizliyindən şikayət verilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1468/2020 nömrəli qətnaməsinin məcburi icrası ilə bağlı icra məmuru Şəfəq Neymətzadənin hərəkətsizliyi qanunsuz hesab edilməklə icra sənədi üzrə məcburi icra tədbirinin davam etdirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Bütün bu qeyd edilənlərə baxmayaraq məhkəmə qətnamələrinin tam icrası yenədə mümkün olmamışdır. Belə ki, qərarda qeyd olunur ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsininn mütəxəssisinin rəyinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X19 yerləşən Abdulla Babayevə məxsus olan 81 kv.m sahənin mövcud 87.7 kv.m olan tikilidən ayrılaraq ona təvil verilməsi mümkün olmamışdır. Daha sonra isə mütəxəssis rəyinə əsasən ümumiyyətlə Abdulla Babayevə məxsus olan 81 kv.m sahəsi olan tikintinin yerinin müəyyən edilməsi mümkün olmamışdır. Qeyd olunanlar tam qanunsuz və əsasızdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi məhkəmə qətnamələri Xamayeva (Abdullayeva) Ziyafət Bəhram qızı, X21, X17 və X18 tərəfindən icra olunaraq tikili boşaldaraq ona təhvil verilmişdir. X2 azyaşlı qızı ilə birlikdə tikilidən çıxmaqdan imtina etmiş və tikilinin tam boşaldılaraq ona təhvil verilməsi təmin edilməmişdir ki, bu da qanunvericiliyin tələblərinin köbud şəkildə pozulmasıdır. Qeyd olunanlar “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqularının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan hüququları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2006-ci il tarixli qərarlarının tələblərinə ziddir və X6 Respublikasının Konstitusiyası ilə ilə təsbit olunmuş hüquqlarının pozulması deməkdir. Bununla da Bakı şəhəri Xəzər Rayon məhkəməsinin 2(003)-1468/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmasına dair Maraqlı şəxs xx.xx.2024- cü il tarixli qərarı ləğv edilməli və icra sənədi təmin edilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-360/2024 saylı, 29 oktyabr 2024cü il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Bakı şəhəri Maraqlı şəxs icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Şəfəq Neymətzadənin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2468/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə icra sənədinin geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Məhkəmə qənaətində göstərmişdir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, icra işinin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdə qeyd olunan ünvana baxış keçirilmiş icraat zamanı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X19 olan tikililər çox olduğu üçün və dəqiq ünvan qeyd edilmədiyindən X1* tərəfindən sahibliyinə və istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X19 81 kv.m sahəsi olan birmərtəbəli tikilinin yeri müəyyən edilə bilmədi və bu barədə yerində müvafiq akt tərtib olunmuşdur. Bu səbəbdən mütəxəssisin dəvət olunması ilə bağlı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Mütəxəssisin xx.xx.2023-cü il tarixli rəyinə əsasən həmin tikilinin ümumi sahəsi 87.7 kv.m təşkil etmişdir və həmin rəyində sözügedən tikili vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarət olduğu üçün 81.0 kv.m sahənin ayrılması mümkün olmaması qeyd edilmişdir. Tələbkar bu rəylə razı olmamışdır. Bu səbəbdən də yenidən xx.xx.2022-ci il, 2*.11.2022-ci il və 0*.04.2023-cü il tarixlərdə qeyd olunan ünvanda X8 məxsus 81 kv.m tikilinin müəyyən edilməsi üşün mütəxəssisin dəvət olunması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə müraciət olunmuşdur. Nəticədə mütəxəssisin 30.10.23- cü İl, xx.xx.2023, xx.xx.2024-cü il tarixli rəylərinə əsasən sözügedən ünvanda X8 məxsus 81 kv .m sahənin (müəyyən edilməsi istətənilməsinə baxmayaraq) ayrılması mümkün olmaması dəfələrlə qeyd olunmuşdur. Bundan sonra Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X19 81 kv.m sahənin müəyyən edilməsi üçün xx.xx.2024-cü il tarixdə əvvəlcədən dəvət olunmuş mütəxəssisin iştirakı ilə sözügedən ünvana baxış keçirilmişdir. Ünvana gedilən zaman mütəxəssis qeyd edilən tikilinin müəyyən edilməsinin mümkünsüz olduğunu bildirilmiş və bu barədə müvafiq akt tərtib olunmuşdur. Sözügedən tikilinin müəyyən edilməsi ilə bağlı təkrar xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi idarəsinə müraciət olunmuşdur. Həmin İdarənin 22.0*.2024-cü il tarixli rəyinə əsasən sözügedən tikilinin müəyyən edilməsi mümkün olmaması qeyd edilmişdir. Əlavə olaraq bununla bağlı icra sənədinə əsas olan Xəzər rayon məhkəməsinin 2(003)- 1468/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamənin izah olunması ilə bağlı Xəzər rayon məhkəməsinə borclu Məhərrəmova (Xomayeva) Nərgiz Yaqub qızı tərəfindən müraciət olunmuşdur. Lakin Xəzər rayon məhkəməsinin 2(003)-1468/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Məhərrəmova (Xomayeva) Nərgiz Yaqub qızının ərizəsi təmin olunmamışdır. Bundan başqa, məhkəmə tərəfindən icra məmurunun istinad etdiyi halların yoxlanılması məqsədilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1468/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə icra sənədi ilə əlaqədar icra işi Maraqlı şəxsndən tələb edilmiş və icra işi məhkəməyə təqdim edilmişdir. İcra işinə nəzər yetirilən zaman icra məmuru tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada icra hərəkətləri lazımi qaydada aparılmaması, icra sənədinə aidiyyəti olmayan məsələlər ilə bağlı icra hərəkətləri aparılması, əsassız olaraq icra sənədini məhkəməyə qaytarmaqla, səhv nəticəyə gəlməsi müəyyən edilmişdir. Ona görə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1468/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə icra sənədindən aydın şəkildə görünür ki, cavabdeh Məhərrəmova (Xomayeva) Nərgiz Yaqub qızı azyaşlı uşağı ilə birlikdə iddiaçı X1* tərəfindən sahibliyinə və istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X19 81 kv.m sahəsi olan birmərtəbəli tikilidən çıxarılmalı və tikili iddiaçı X8 verilməlidir. Halbuki, icra məmuru tərəfindən “İcra Haqqında” Azərbaycan Respublikası Qanununda göstərilən qaydalara müvafiq olaraq, yəni icra sənədinin icrası ilə bağlı icra hərəkətləri tam şəkildə həyata keçirməmiş və lazımi icra tədbirləri görməmişdir. Bundan başqa iş materiallarında olan Borcluda izahatından görünür ki o, icra sənədini icra etməkdən boyun qaçırmır. Məhkəmə qərarına hörmətlə yanaşır. Lakin özü məcburi köçkün olduğu üçün hazırda evlə təmin olunmamışdır və ev növbəsindədir. İndiki halda gedəcək yeri yoxdur. Məcburi çıxarılarsa azyaşlı övladı ilə küçədə qalacaqdır. Dövlət tərəfindən evlə təmin edilsə, həmin evdən çıxacağına söz verir. Eyni zamanda borclunun nümayəndəsi və vəkili Nümayəndə2 izahatından görünür ki, hüquqlarını təmsil etdiyi Borclu qeyd olunan ünvanda artıq yaşamır. Həmçinin iş materiallarından görünür ki, eyni mübahisəlli evlə bağlı digər şəxslərə qarşı eyni iddia tələbi təmin olunmaqla icra olunmuşdur. Lakin hazırki mübahisə ilə bağlı icra məmuru tərfindən qətnamənin icra olunmaması anlaşılan deyildirdir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun *-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə hesab edib ki, icra sənədi üzrə bütün tədbirlərin görülmədiyindən şikayət təmin edilməli, Bakı şəhəri Maraqlı şəxs icra məmuru Şəfəq Neymətzadənin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1468/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə icra sənədinin geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılmalıdır. Həmin qərardaddan Borclu (nümayəndəsi və vəkili Nümayəndə2) verdiyi şikayətində qərardadının ləğv edilməsi və və tələbkarın şikayətinin təmin edilməməsini xahiş etmiş və şikayətini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər RayonMəhkəməsinin 2(003)-1468/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə icra sənədinə əsasən cavabdeh Məhərrəmova (Xomayeva) Nərgiz Yaqub qızı azyaşlı uşağı ilə birlikdə iddiaçı X1* tərəfindən sahibliyinə və istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X19 81 kv.m sahəsi olan birmərtəbəli tikilidən çıxarılsın və tikili iddiaçı X8verilməsi qət edilmişdir. İcra sənədinin icrası tapşırılmış Bakı şəhəri Maraqlı şəxs icra məmuru NeyməMadə Şəfəq İslam qızı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1468/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixdə qərar qəbul etmişdir İcra sənədinin icrası müddətində borclu Məhərrəmova (Xomayeva) Nərgiz Yaqub qızı yaşadığı ünvanın boşaldılması üçün mövlət istəmiş və bu barədə Xəzər rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-23*/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli2(003)-1468/2020 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməmişdir. Bundan sonra Borclu icra şöbəsinə məlumat verərərk, məhkəmə qətnaməsində sıxarılması qət edilən yaşadığı ünvanı tərk etdiyini və həmin ünvanda mövcudəmlakı tələbkar X1* əməli istifadəsinə aldığını qeyd etmişdir. İcra məmuru icra sənədində qeyd olunan ünvanda olmuş, həmin ünvanda tələbkar X* yaşadığı, Borclu həmin ünvanda olmadığını və köçüb getdiyi müəyyən etmişdir. Bu barədə akt tərtib edəndə, tələbkar icra sənədində borclunun çıxarıldığı qeyd edilən ünvanda hazırda onun yaşadığı sahə deyil, ondan aralıda yerləşən başqa sahədir. Tələbkarın göstərdiyi tikili sahəsinin isə ümumiyyətlə icra sənədinə və tərəflərə aid olmayan, tamamilə başqalarının istifadəsində olduğu müəyyən edilmişdir. İcra sənədində qeyd olunan ünvanda bütün tikililər bir damın altında, yanaşı yerləşdiyindən və ayrı-ayrı şəxslərin istifadəsində olduğundan, tələbkarın boşaldılmalı olan ona məxsus sahədən aralıda yerləşən və başqalarının yaşadığı sahəni göstərdiyindən, sahələrin müəyyən edilməsi üçün sorğu edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 22.0*.2024-cü il tarixli cavab məktubunda, qeyd edilən tikilinin Əmlak Məsələləri Dövlət Xidmətinin “X3 və Kordinasiy Mərkəzi” publik hüquqi şəxsin balansında olan, ümumi torpaq sahəsi 23967.6 kv.m. təşkil edən keçmiş Azərbaycan Respublikası Ticarət Nazirliyinin Bakı şəhəri Kurot Ticarət İdarəsinin ərazisində yerləşdiyi, sözügedən tikili vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarət olduğu üçün 81,0 kv.m sahənin tikilinin hansı hissəsində yerləşdiyinin müəyyən edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra Bakı şəhəri Maraqlı şəxs icra məmuru Bakı şəhəri Xəzər RayonMəhkəməsinin 2(003)-2468/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə icra sənədinin geri qaytarılması qənaətinə gəlmiş və bu barədə xx.xx.2024-cü il tarixli qərarı qəbul etmişdir. İcra sənədi və onda qeyd olunan boşaldılması tələb olunan əmlakla bağlı yuxarıda qeyd edilənlər və icra sənədi üzrə mübahisə tərəflərin qarşılıqlı münasibətləri baxımından icra sənədinin geri qaytarılmasında icra məmuru haqlı olmuşdur və bununla bağlı qəbul etdiyi qərar tam şəkildə əsaslıdır. Belə ki, icra sənədində Borclu çıxarılması X1na məxsus olan sahədən çıxarılması, həmin sahənin boşaldılıbona təhvil verilməsi qeyd edilmişdir. İcra sənədində qeyd olunan ünvanda yerləşən tikililərin ayrı-ayrı şəxslərin o cümlədən bir hissəsi də tələbkara istifadəsindədir və bir dam örtüyün altındadır. Tələbkarın faktiki istifadəsində olan ona məxsus sahədə borclunun olduğu müəyyən edilməmişdir. Çünki, borclu həmin ünvanı könüllü tərk etmişdir. Tələbkarın isə boşaldılması tələb etdiyi sahə başqası tərəfindən istifadə olunur və ona məxsusdur. Borclunun həmin sahədə olduğu da müəyyən edilməmişdir. Göründüyü kimi borclu heç bir məcburiyyət tətbiq edilmədən, icra sənədi ilə çıxması tələb olunan ünvanı tərk etmiş və həmin ünvan tələbkarın özünün əməli istifadəsində qalmışdır. Belə olan halda icra sənədinin təkrar icrasına lüzüm qalmadığı bəllidir. Lakin nə qədər ki, tələbkar icra sənədinə və borcluya heç bir aidiyyəti olmayan başqa bir sahənin boşaldılmasını tələb edir və həmin sahə icra sənədində qeyd olunan sahəyə uyğun deyildir, icra sənədinin icrası mümkün olmadığı da bəllidir. Ona görə də icra sənədinin geri qaytarılması ilə bağlı qəbul edilmiş qərar tam şəkildə əsasslıdır. Lakin məhkəmə qeyd olunan halları tam aydınlaşdırmamış, bu da mübahisə ilə bağlı düzgün olmayan qənaətə gəlməsinə səbəb olmuş, nəticədə icra məmurun qəbul etdiyi tam şəkildə əsaslı qərarını ləğv barədə şikayət olunan xx.xx.2024-cü il tarixli qərardadı qəbul etmişdir. Ona görə də Xəzər Rayon Məhkəməsinin 8(003)-360/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı “İcra haqqında” qanunvericiliyin tələblərinin pozulmaqla qəbul edilmiş hesab edilməklə ləğv edilməli, tələbkarın şikayəti isə təmin edilməməlidir. Şikayətin yuxarı bölümündə qeyd edilənlərdən aydın şəkildə bəlli olur ki, icra sənədində qeyd olunan ünvanda yerləşən tikililərin ayrı-ayrı şəxslərin, o cümlədən bir hissəsi də tələbkara istifadəsindədir və bir dam örtüyün altındadır. Tələbkarın faktiki istifadəsində olan ona məxsus sahədə borclunun olduğu müəyyən edilməmişdir. Çünki, borclu həmin ünvanı könüllü tərk etmişdir. Tələbkarın isə boşaldılması tələb etdiyi sahə başqası tərəfindən istifadə olunur və ona məxsusdur. Borclunun həmin sahədə olduğu da müəyyən edilməmişdir. Həmçinin göründüyü kimi borclu heç bir məcburiyyət tətbiq edilmədən, icra sənədi ilə çıxması tələb olunan ünvanı tərk etmiş və həmin ünvan tələbkarın özünün əməli istifadəsində qalmışdır. Belə olan halda icra sənədinin təkrar icrasına lüzüm qalmadığı bəllidir. Bundan başqa tələbkar icra sənədinə və borcluya heç bir aidiyyəti olmayan başqa bir sahənin boşaldılmasını tələb edir və həmin sahə icra sənədində qeyd olunan sahəyə uyğun deyildir. Belə olan halda tələbkarın göstərdiyi sahəyə nisbətdə icra sənədinin icrası mümkün olmadığı da bəllidir. Ona görə də, icra sənədinin geri qaytarılması ilə bağlı qəbul edilmiş qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 70.4-cü maddəsinin tələblərinə tam şəkildə uyğundur. Bu baxımdan şikayət olunan qərardad qeyd olunan hüquq normasının tələbinə zidd hesab olunub, ləğv edilməli, tələbkarın icra məmurun qərarından verdiyi şikayət təmin edilməməlidir. Xəzər Rayon Məhkəməsinin 8(003)-360/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməli və tələbkarın şikayətinin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-360/2024 saylı, 14 noyabr 2024cü il tarixli qərardadı şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə şikayəti təmin etməmə barədə qənaətini bununla əsaslandırmışdır ki, Məhkəmə şikayətinin dəlillərini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayəti, məhkəmənin yekun məhkəmə aktını və mülki iş materialları müqayisəli şəkildə nəzərdən keçirərkən şikayətin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qərardad qanuni və əsaslıdır. Buna görə də həmin qərardadın ləğv edilməsinə dair şikayət təmin edilə bilməz. Belə ki, məhkəmə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2468/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə icra sənədinin geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməsi və icra sənədinin üzrə icra hərəkətləri davam etdirilməsi barədə düzgün nəticəyə gəlmişdir. Çünki icra məmuru tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada icra hərəkətləri lazımi qaydada aparılmaması, icra sənədinə aidiyyəti olmayan məsələlər ilə bağlı icra hərəkətləri aparılması, əsassız olaraq icra sənədini məhkəməyə qaytarmaqla, səhv nəticəyə gəlməsi müəyyən edilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 1*.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 1*.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 32-ci maddəsinə əsasən, fiziki şəxslər icraatda şəxsən və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Fiziki şəxsin icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndəyə malik olmaq hüququndan məhrum etmir. İcra sənədi ilə borclunun üzərinə onun şəxsən icra etməli olduğu vəzifələr qoyulduqda, borclu həmin vəzifələri öz nümayəndəsi vasitəsilə yerinə yetirə bilməz. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə Həmin Qanunun 70.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin Qanunun 70.4-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Əvvəla, işdən icra sənədinin tam icra edilməsi açıq-aşkar təsdiq olunmur. Belə olan halda icra olunmamış icra sənədinin icrası mümkün olmadığına görə məhkəməyə qaytarılması anlaşılan deyildir. Bundan əlavə, icra sənədinin icrası mümkün olmadığına görə geri qaytarılması barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilməlidir. Yəni, icra sənədinin icrasının mümkün olmamasının səbəbləri kifayət qədər aydın və dəqiq müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə aktı icra edilməyəcəydisə, onda niyə çıxarılır. Çıxarılmışdırsa, niyə icra olunmamalıdır. Əlbəttə ki, bu ritorik sual olsa da, qanunla üzərinə icra sənədinin icra etmək vəzifəsi qoyulmuş icra məmuru əsassız dəlillərdən istifadə edərək dövlətin adından çıxarılmış icra sənədinin icra edilməsinə süni əngəllər yaratmamalıdır. Nəticədə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gələcək, şəxslərin bu hakimiyyət növünə inamı və etibarı azalacaqdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir, ona görə də şikayəttəmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-360/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-360/2024 saylı, 29 oktyabr 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-450/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-450/2024
16.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver