Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-451/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, X1 Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin 2(008)-350/2018-009 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinin ləğv edilməsi barədə ərizəsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(011)-227/2020 saylı qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: X3 şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin 2(008)-350/2018-009 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinin ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Kəlbəcər şəhərindən məcburi köçkün X4, həyat yoldaşı X2 və övladları yaşadıqları ünvandan məhkəmə qərarı ilə çıxarılmış, xx.xx.2013-cü il tarixdə notariat qaydada ona məxsus Nobel prospekti 82, mənzil 2-də 1 otaqlı evdə dövlət tərəfindən ev ilə təmin olunana qədər yaşamalarına icazə vermişdir. Məlahət Təhməzova İİ qrup əlildir. Həmin mənzil kiçik olduğundan şəraitlərini yaxşılaşdırmaq üçün boş torpaq sahəsində bir zal və mətbəx tikmişlər. Bunun üçün “Finoko” təşkilatının rəhbərləri həmin mənzildə olub və kredit verilməsinə razılaşıblar. 2015-ci ilin avqust ayında onun adına olan mənzil girov qoyularaq, qardaşının ailəsi tərəfindən 15000 ABŞ dolları məbləğində kredit götürülmüşdür. Baxmayaraq ki, krediti manatla istəsələr də, “Finoko” təşkilatı ABŞ dolları ilə yazmışlar. Bir neçə ay ödəniş ediblər. Lakin dolların məzənnəsinin yüksəlməsi və həmin ərəfədə işsizliyin olmasına görə hər ay 200 manat məbləğdə kredit borcunu ödəyiblər. “Finoko” Təşkilatı da məbləğin az olmasıyla razılaşmayaraq məhkəməyə müraciət etmişdir. X4, həyat yoldaşı X2 və övladlarının yaşamaq üçün başqa evləri yoxdur. Mənzil hərraca çıxarılsa da, sonradan tikilmiş əraziyə şamil oluna bilməz, çünki 32.7 kv.m olan mənzil girov qoyulub, qalan sahə məcburi köçkün X8 tərəfindən tikilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(011)-227/2020 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Borclu həmin qərardaddan şikayət verərək, onun ləğv olunmasını xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərindən, işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixli 2(008)-350/2018 nömrəli icra vərəqəsi verilmiş və xx.xx.2020-ci il tarixli “icraata başlamaq haqqında” Qərar ilə icra sənədi üzrə icraata başlanılmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə icra vərəqəsi verilmiş və qanunvericiliyin tələblərinə əsasən icra sənədi üzrə icraata başlanılmışdır. Borclu hazırda həmin icra sənədinin ləğv edilməsini tələb edir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, icra sənədinin ləğv edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən icra sənədi üzrə icraata məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə, məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə, tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə, icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə, qanun əsasında borclunun dövlətə olan borcu silindikdə, icra sənədi tam icra olunduqda xitam verilir. Göründüyü kimi qanunvericilikdə icra sənədi üzrə icraata xitam verilməsi əsasları və halları nəzərdə tutulmuşdur. İcra sənədinin verilməsi üçün əsas olan qərar və ya qanuna əsasən icra sənədinin ləğv edilməsi həmin icra sənədi üzrə icraata xitam verilməsinə əsas verən haldır. Qüvvədə olan məhkəmə qərarı əsasında verilmiş icra sənədinin ləğv edilməsi mümkün deyildir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-227/2020 saylı mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №8(103)-451/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-451/2020
26.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver