Məhkəmə qərarları › İş №8(103)-451/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-451/2021

25.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-451/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-449/2021 saylı 16 iyul 2021-ci il tarixli qərardadından tələbkar Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Cəmil Tağıyev təqdimatla məhkəməyə müraciət edərək, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin **********553100 nömrəli, 14.10.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbin borclunun əmlakına yönəldilməsi üçün borclu "xxxx" MMC - yə məxsus "Ekskavator Hitachi Lober” markalı, 10J-693 dövlət qeydiyyat nişanlı, "Frontal Yükləyici Liugong CLG 375” markalı, 10J-599 dövlət qeydiyyat nişanlı, "Ekskavator Yükləyici Cat 329DL" markalı, 10D-231 dövlət qeydiyyat nişanlı, "Qaynaq Aqreqatı ASD 300” markalı, 10Q-568 dövlət qeydiyyat nişanlı, "Ekskavator VqTZ DT- 75D’ markalı, 10F-140 dövlət qeydiyyat nişanlı, "Traktor Yedəyi CHMZAP 5212” markalı, 10Q-447 dövlət qeydiyyat nişanlı, "Ekskavator EO 10011B” markalı, 10M880 dövlət qeydiyyat nişanlı və "Qaya Kəsən T-130 MQ” markalı, 10M-876 dövlət qeydiyyat nişanlı texnikaların üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin **********553100 nömrəli, 14.10.2019-cu il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 25319,29 manat vergi, faiz və maliyyə sanksiyası üzrə borcu tutularaq dövlət nəfinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına 29.10.2019-cu il tarixində daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar edilərək icra edilməsi üçün borcluya göndərilmişdir. Borclu "xxxx" MMC tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqan və təşkilatlara sorğular edilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə verilmiş sorğuya cavabdan borclu "xxxx" MMC -yə məxsus ’’Ekskavator Hitachi Lober" markalı, 10J-693 dövlət qeydiyyat nişanlı, "Frontal Yükləyici Liugong CLG 375” markalı, 10J-599 dövlət qeydiyyat nişanlı, "Ekskavator Yükləyici Cat 329DL” markalı, 10D-231 dövlət qeydiyyat nişanlı, "Qaynaq Aqreqatı ASD 300" markalı, 10Q- 568 dövlət qeydiyyat nişanlı, "Ekskavator VqTZ DT75D” markalı,10F-140 dövlət qeydiyyat nişanlı, "Traktor Yedəyi CHMZAP 5212" markalı,10Q-447 dövlət qeydiyyat nişanlı, "Ekskavator EO 10011B" markalı,10M-880 dövlət qeydiyyat nişanlı və "Qaya Kəsən T-130 MQ" markalı, 10M-876 dövlət qeydiyyat nişanlı texnikalar aşkar edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-449/2021 saylı 16 iyul 2021-ci il tarixli qərardadı ilə təqdimat qismən təmin edilmiş, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin **********553100 nömrəli, 14.10.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbin borclunun əmlakına yönəldilməsi üçün borclu "xxxx" MMC-yə məxsus "Ekskavator Hitachi Lober” markalı, 10J-693 dövlət qeydiyyat nişanlı, "Frontal Yükləyici Liugong CLG 375” markalı 10J-599 dövlət qeydiyyat nişanlı, "Ekskavator Yükləyici Cat 329DL" markalı, 10D-231 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması, qərardadın icrası Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilməsi, təqdimat qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan tələbkar Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi şikayət verərək qərardadının qismən ləğv edilməsi xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-449/2021 saylı 06 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-449/2021 saylı 16 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə verilmiş sorğuya cavabdan borclu "xxxx" MMC-yə məxsus “Ekskavator Hitachi Lober" markalı, 10J-693 dövlət qeydiyyat nişanlı, "Frontal Yükləyici Liugong CLG 375” markalı, 10J-599 dövlət qeydiyyat nişanlı, "Ekskavator Yükləyici Cat 329DL” markalı, 10D-231 dövlət qeydiyyat nişanlı, "Qaynaq Aqreqatı ASD 300" markalı, 10Q- 568 dövlət qeydiyyat nişanlı, "Ekskavator VqTZ DT-75D” markalı,10F-140 dövlət qeydiyyat nişanlı, "Traktor Yedəyi CHMZAP 5212" markalı,10Q-447 dövlət qeydiyyat nişanlı, "Ekskavator EO 10011B" markalı,10M880 dövlət qeydiyyat nişanlı və "Qaya Kəsən T-130 MQ" markalı, 10M-876 dövlət qeydiyyat nişanlı texnikalar aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin 29.10.2019-cu il tarixli icraata başlamaq haqqında qərarlarının surətindən və məzmunundan görünür ki, müvafiq tələbin 10 (on) gün müddətində könüllü icra edilməsinə dair qeyd edilən qərar bildirişlə birlikdə borclu "xxxx" MMC-yə göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdimatın qismən təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-449/2021 saylı 16 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-449/2021 saylı 16 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar