Məhkəmə qərarları › İş №8(103)-451/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-451/2024

18.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-451/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar X* icra məmurunun qərarından verdiyi şikayətinə dair işlə bağlı icraat üzrə (Açar sözlər: icra məmurunun aliment borcunun hesablanması qərarı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Tələbkar X* Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-361/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən, xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 93 manat, cəmi 186 manat, həmçinin uşaqların 3 yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə *0 manat sabit pul məbləğində alimentin X2 alınaraq X7 verilməlidir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2013-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqinə əsasən X6 və X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 93 manat, cəmi 186 manat alimentin tutularaq X7 ödənilməsi, həmçinin uşaqlar 3 yaşına çatanadək X2 hər ay *0 manat alimentin tutulmasına dair icra sənədi üzrə icra icraatına başlanılmışdır. X* xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə ünvanladığı ərizədən müəyyən olunur ki, tələbkar Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1110 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən X1nun 20000 manat aliment borcunun tutulmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin aliment borcunun hesablanması haqqında 12.0*.2022-ci il tarixli qərarına əsasən, X4 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən qalıq aliment borcu 12.0*.2022-ci il tarixə 20.000 manat təşkil edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(008)-4290/2022 nömrəli iş üzrə il tarixli qətnaməsi ilə, iddia tələbi təmin edilərək iddiaçının, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsini xx.xx.2013-cü il tarixli, 2(008)-1110/2013 №-li qətnaməsinə əsasən ondan tələb olunan 20.000 manat məbləğində aliment borcunun cavabdehin xeyrinə ödəməkdən azad edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3422/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsi ilə, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, hazırkı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 noyabr 2022-ci il tarixli qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçının cavabdehə qarşı "aliment borcunun ödənilməsindən azad edilmə tələbi barədə” iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1**/2024 nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 avqust 2023-cü il tarixli 2(103)- 3422/2023 saylı qətnaməsinin ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2420/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2*.06.2024-cü il tarixli, 2(102)-2366/2024 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(l03)-2420/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirli Bakı şəhəri üzrə Təhsil İdarəsi 183 nömrəli tam orta məktəb tərəfindən verilmiş 1*.04.2022-ci il tarixli, 14* saylı arayışın surətindən görünür ki, X17 həqiqətən Xəzər rayonu, Mərdəkan qəsəbəsi 183 nömrəli tam orta məktəbin İV sinifdə oxuyur. Azərbaycan Respublikası Təhsil Nazirli Bakı şəhəri üzrə Təhsil İdarəsi 183 nömrəli tam orta məktəb tərəfindən verilmiş 1*.04.2022-ci il tarixli, 146 saylı arayışın surətindən görünür ki, X17 həqiqətən Xəzər rayonu, Mərdəkan qəsəbəsi 183 nömrəli tam orta məktəbin İV sinifdə oxuyur. Azərbaycan Respublikası Təhsil Nazirli Bakı şəhəri üzrə Təhsil İdarəsi 183 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 37* saylı arayışın surətindən görünür ki, X11 həqiqətən Xəzər rayonu, Mərdəkan qəsəbəsi 183 nömrəli tam orta məktəbə 2016-cı ildə 1 sinifə qəbul olunmuş, 2023-cü ilədək Vİİİ sinifədək oxumuşdur. xx.xx.2022-ci il tarixdə X12, X14, X3 və X1* tərəfindən tərtib olunan aktdan görünür ki, X13 və uşaqları X11, X17 və həyat yoldaşı X9 ilə 2013-cü ilin yay aylarından 2022-ci ilin mart ayının 19-na qədər Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Gülağa Həsənov küçəsi, 1* a ünvanında birgə yaşamışlar. xx.xx.2022-ci ildə uşaqları ilə birgə X11 və X18, həmin evi tərk etmişlər. Birinci instansiya məhkəməsində icraat X1 şikayətlə məhkəməyə müraciət edərək, icra məmuru Aqil Nəcəfovun 12 may 2022-ci il tarixli aliment borcunun hesablanması haqqında qərarının ləğv edərək aliment borcunun silinərək icra işinə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəkəsinin 8(003)-361/2024 saylı xx.xx.2024-cü qərardadı ilə şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinin icra məmuru, Aqil Nəcəfovun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2023 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi üzrə verilmiş "aliment borcunun hesablanması haqqında” 12.0*.2022-ci il tarixli qərarının ləğv edilməsi, qərarın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1110/2023 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə aliment borcunun yenidən hesablanması qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2023 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi üzrə verilmiş "aliment borcunun hesablanması haqqında” 12.0*.2022-ci il tarixli qərarı qanuni və əsaslı deyildir. Bakı şəhəri Maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2023 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi üzrə verilmiş "aliment borcunun hesablanması haqqında” 12.0*.2022-ci il tarixli qərarını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən X2 hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 186 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X* xeyrinə tutulmalıdır. Mövcud aliment borcu ilə bağlı tərəflər arasında fikir ayrılığı yaranmış, yəni iş üzrə tələbkar İlahə Talıbova iddia edir ki, Tural Talıbovun 2022-ci il aprel ayına aliment borcu 20000 manat təşkil edir, borclu isə onlar birgə yaşadıqları üçün onun aliment üzrə borcunun olmadığını iddia edir. Bu səbəbdən İlahə Talıbovanın icraat zamanı Xəzər Rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsi, həmçinin Tural Talıbov tərəfindən aliment borcunun ödənilməsi ilə bağlı qəbzlərin və yaxud aliment borcunun olmaması ilə bağlı tələbkarın ərizəsinin mövcud olmadığını nəzərə alaraq aliment üzrə qalıq borc 20000 manat müəyyən edilməlidir. Şikayətlə bağlı icra sənədi üzrə icra işi məhkəmənin sorğusu əsasında Xəzər rayon İcra şöbəsində alınaraq, icra işi nəzərdən keçirilmişdir. Məhkəmə iclasında tələbkarın, borclunun, icra məmurunun izahatları və şahidlərin ifadələri dinlənilmişdir. Məhkəmə araşdırması zamanı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2023 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahının pozulması və uşaqlara görə cavabdehdən alimentin tutulması qət edilsə də, 2013-cü ilin iyun ayından 2022-ci ilin mart ayının 19-dək tərəflər uşaqları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi G.Həsənov küçəsi 1* saylı evdə ümumi təsərrüfat aparmaqla, bir evdə ailə şəklində yaşamağa və birgə təsərrüfat aparmağa davam etmişlər. Həmin müddət ərzində tərəflərin ər-arvadlıq münasibətlərindən anadan olan X11 və X8 Xəzər rayonu, Mərdəkan qəsəbəsi 183 nömrəli tam orta məktəbində təhsil almaları, tələbkarın həmin müddətlərdə alimentin borclu tərəfindən ödənilməməsi barədə Xəzər rayon İcra şöbəsinə heç bir müraciətinin olmaması müəyyən edilmişdir. Hazırda şikayətin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər 2013-cü ilin iyun ayından 2022-ci ilin mart ayının 19-dək ailə münasibətlərini bərpa edərək, uşaqları ilə birlikdə Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən mənzildə birlikdə yaşamışdırlar. Göründüyü kimi, 2013-cü ilin iyun ayından 2022-ci ilin mart ayının 19-dək borclu Tural Talıbov tələbkar İlahə Talıbova ilə birlikdə yaşadıqları müddətdə uşaqları qarşısında valideynlik borcunun yerinə yetirilməsi üçün mümkün zəruri tədbirləri görmüşdür. Məhkəmə iclasında dindirilmiş şahidlər ifadələrində tərəflərin barışaraq, ailə münasibətlərini bərpa etmələrini, birlikdə yaşadıqları müddətdə ailənin mehriban münasibətləri olması, sonradan hansı səbəblərdən münasibətlərinin pozulmasını bildirmişdirlər. Məhkəmə şahid ifadələrini sübut növü kimi qəbul etmişdir. Məhkəmə qeyd edir ki, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Həmin hallar məhkəmə araşdırması zamanı xüsusi ilə nəzərə alınmış və tələbkarın borclu ilə ailə münasibətlərini bərpa edib, birlikdə yaşadıqları müddət ərzində borclunun uşaqların maddi və mənəvi ehtiyaclarını qarşılamaması ilə bağlı hər hansı bir neqativ fikir bildirməmişdir. Məhkəmə hesab edir ki, qanunvericilik şəxsin aliment borcunun yaranmasının üzrlü səbəblərdən əmələ gəlməsi ilə bağlı dairəni məhdudlaşdırmamış, qanunvericiliklə dəqiq müəyyən edilməmiş və baş verməsi mümkün ola biləcək digər halların da aliment borcunun üzrlü səbəbdən yaranma ehtimalını özündə nəzərə almış və özündə ehtiva etmişdir. Tərəflər yenidən barışıb birgə ailə şəklində yaşadıqları halda onları alimentlə bağlı icra işinin olması deyil, ailə münasibətlərinin davam etdirilməsi, ailə dəyərləri ilə bağlı hallar daha çox maraqlandırır ki, bu halda da tərəflərin icra şöbəsinə müraciət edib alimentlə bağlı icra işinə xitam verilməsini tələb etməməsi və bunun nəticəsində də, icra işi icraatda qaldığı üçün aliment borcunun yaranması anlayışla qarşılanmalıdır. Məhkəmə məhz göstərilən aspektdən çıxış edərək, iş üzrə tərəflərin izahatlarına, şahidlərin ifadələrinə ayrı-ayrılıqda hüquqi qiymət verilmiş və belə qənaətə gəlmişdir ki, icra məmuru tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən X2 hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 186 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X* xeyrinə tutulması zamanı tərəflərin 2013-cü ilin iyun ayından 2022-ci ilin mart ayının 19-dək ailə münasibətlərini bərpa edərək birlikdə yaşamaları, həmin müddət ərzində borclunun uşaqların maddi və mənəvi ehtiyaclarını qarşılamasında bilavasitə iştirak etməsi, eyni zamanda tələbkarın sözügedən müddətdə alimentlə bağlı müraciətlərinin olmamasını, alimentin icrası tələb edilən zaman tələbkarın fikrinin öyrənilməməsi nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2023 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi üzrə verilmiş "aliment borcunun hesablanması haqqında” 12.0*.2022-ci il tarixli qərarı ləğv edillməli, qərarın əsaslandırıcı hissəsində göstərilən hallar tərəflərin 2013-cü ilin iyun ayından 2022-ci ilin mart ayının 19-dək birlikdə yaşamaqla təsərrüfat aparmaları nəzərə alınmaqla aliment borcu yenidən hesablanmalıdır. Məhkəmə şikayətin "aliment borcunun silinərək icra işinə xitam verilməsinə dair” hissəsinə qiymət verərək, hesab edir ki, şikayət bu hissədə əsaslı deyildir. Belə ki, aliment borcunun silinərək icra işinə xitam verilməsi icra məmurunun səlahiyyətlərinə aid məsələdir. Eyni zamanda hazırki iş üzrə müəyyən olunur ki, tərəflər artıq birlikdə təsərrüfat aparmamqla birgə yaşamırlar. Bu səbəbdən də, ərizə həmin hissədə təmin edilməməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Tələbkar X13 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-361/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunması və borclunun şikayətinin rədd olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi bu mövqe ilə razı deyildir. Borclu ilə onun 2013-cü ilin yanvar ayından münasibətləri pozulmuş və ayrılmışdır. Lakin onlar 2013-cü ilin yay aylarında birlikdə yaşamağa başlamış, 6 aydan sonra yenidən valideynlərinin evində uzun müddət qalmış, sonra yenidən ərinin yanına qayıtmışdır. Lakin o, əri ilə birlikdə qalsa da, tez-tez ata evinə gedib gəlmişdir. Həmçinin Tural bir il Koreya Respublikasına getmişdir. Birgə yaşadığı dövrdə o, uşaqalarına baxmamışdır. Bundan başqa Tural ilə birlikdə yaşadığı vaxtda uşaqlara normal baxmamışdır. Onun düzələcəyinə inanmış, lakin onun xasiyyətində düzəlmə olmadığından ayrılmışdır. Birlikdə yaşadığı müddətdə Mərdəkan qəsəbəsində yaşamış və uşaqlarının həmin qəsəbədə məktəbə getmişlər. Birgə yaşadıqları müddətdə ailəsinə baxmamışdır, ailəyə onun valideynləri baxmış, evə ərzaq məhsullarını atası almışdır. Atasının mağazası Zabrat 2 qəsəbəsində yerləşir, borclu ailəyə qazanc gətirmədiyi üçün məcburiyyət qarşısında qalıb atasının mağazasından pal-paltar götürüb məktəbdə valideynlərə, idman mərkəzində satıb həmin pulla ailəsini dolandırmışdır. Barışsa da çətin günlər yaşamışdır. Birgə yaşadığı müddətdə borclu işləməmişdir. Evə heç bir qazanc gətirməmişdir. Sonradan Peşə məktəbinə müəllim vəzifəsinə düzəlsə də, aldığı əmək haqqını evə gətirməmiş, arağa verib içmiş, pis vərdişlərlə məşğul olmuşdur. Onun pal-paltarını aparıb başqa yerdə saxladığı arvadına verirdi. Onun həmişə saxladığı bir qadın var idi, onunla həmişə əlaqədə olmuşdur. Ailəsinin xətrinə bunlara dözürdü. Borclunun hərəkətlərinə göz yummuş, həmişə borcluya demişdir ki, uşaqlarına ailəsinə baxsın, lakin o ailəsinə uşaqlarına baxmamış, etiraz edəndə onu döymüşdür. Hətta ondan istifadə etmiş, ondan qazandığı pulu alıb içkiyə vermişdir. Uşaqlar həmişə atalarına deyirdilər ki, "ata elə vaxt olacaq ki, sən evə sərxoş vəziyyətdə yıxıla-yıxıla gəlməyəcəksən? Bir sözlə borclu ona gün verib işıq vermirdi, valideyləri, anası onların ailə işlərinə qarışırdı, evdə söz söhbət salırdı. Evə pul gətirmirdi, alimenti ödə deyəndə onu vururdu. Onu icra şöbəsinə getməyə qoymurdu. Ona hədə qorxu gəlirdi. Həmişə ondan şiddət görmüşdür. Ona görə də, o, susmuş və dözürdü ki, ailəsinin xətrinə, ailəsini dağıtmaq istəmirdi. Həmin dövrdə onu icra vərəqəsi deyil, ailəni qoruyub saxlamaq vəzifəsi düşündürürdü. Lakin bu o demək deyildir ki, o, alimentdən imtina etmişdir. Əsla yox. Bilirdi ki, borclu alimenti ödəmədiyi üçün aliment yığılır və o, nə vaxtsa həmin alimenti alıb uşaqlarına xərcləyəcəkdir. Lakin onun ağlına belə gəlməzdi ki, borclu bütün bunları düşünülmüş şəkildə etmişdir ki, ona aliment ödəməsin, məhkəmə əsassız olaraq qeyd edir ki, tərəflər yenidən barışıb birgə ailə şəklində yaşadıqları halda onları alimentlə bağlı icra işinin olması deyil, ailə münasibətlərinin davam etdirilməsi, ailə dəyərləri ilə bağlı hallar daha çox maraqlandırır ki, bu halda da tərəflərin icra şöbəsinə müraciət edib alimentlə bağlı icra işinə xitam verilməsini tələb etməməsi və bunun nəticəsində də, icra işi icraatda qaldığı üçün aliment borcunun yaranması anlayışla qarşılanmalıdır. Məhkəmənin bu mövqeyi ilə qəti razı deyildir. Nə olsun ki, onlar barışıb bir yerdə yaşamışlar, bu o deməkdir ki, borclu ödəməli olduğu alimenti ailəsinə xərcləmiş, evə qazanc gətirmişdir? əsla yox. Borclu bir yedə yaşayıb ailəsinə nə qədər xərc çəkdiyini məhkəmədə sübüt etməmişdir. İş materiallarında belə bir sübut yoxdur. Borclu məhkəməyə 3 şahid gətirib, şahidlər də yalandan bildiririlər ki, guya ki, onlar bir yerdə mehriban yaşamışdır. Bütün bunlar yalandır. Şahidlər onların nə yediklərini, necə dolandıqlarını görməmişlər. Şahidlər nə bilsinlər ki, ailədə nə baş verir, onlarla birlkdə yaşamırlar ki, bu suallara cavab versinlər. Onların məhkəmə iclasında şahid qismində dindirilməsinə heç lüzum da yoxdur. Hakimin də şahid ifadələrinə istina etməsi yersizdir. Həmin şahidlər borclunun qucaq-qucaq, torbalarla evə yemək-içmək ərzaq məhsullarının daşımasını görməmişlər. Bu barədə onlar heç bir söz deməmişlər. Ona görə də, həmin şahidlərin ifadələri sübüt kimi qəbul edilə bilməz. Aliment barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır, borclu həmin qətnaməni icra etməlidir, lakin o alimenti ödəməkdən bu günə qədər yayınır. Məhkəməyə birgə yaşadıqları müddətdə ailəsinə uşaqlarına çəkdiyi xərcləri təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Hansı sübutlara əsasən hakim onun mövqeyini müdafiə edir, söhbət tərəflərin barışıb bir ünvanda yaşamasından getmir, bunun alimentə heç bir aidiyyatı yoxdur. Nikah pozulmadan da ərizə verib aliment alan çoxdur, onlar da birgə yaşayırlar, lakin ərləri ailəsinə baxmır, evə qazanc gətirmir. Onlar da birgə yaşasalar da aliment alırlar. Onlarda da, belədir. Borclu guya ki, valideynlik vəzifəsini yerinə yetirib onunla barışıb birgə yaşamışdır. Lakin birgə yaşamaq, hələ valideynlik vəzifəsinin yerinə yetirmək deyildir. Əgər nəyinsə xatirinə dözüb borclu ilə yaşamışdırsa bu o demək deyil ki, borclu ideal ailə başçısı olmuşdur. O, həmişə dözmüşdür ki, yenidən onun ailəsi dağılmasın. Beləliklə hesab edir ki, məhkəmə tərəflər arasında yaranmış mübahisənin mahiyyətini düzgün qiymətləndirməməklə səhvə yol vermiş, borclunun irəli sürdüyü faktiki hallara uyğun gəlməyən tələbin qanuni əsasını düzgün müəyyənləşdirməmiş, işdə borclunun istinad etdiyi sübutları (ailəsinə çəkdiyi xərclərə dair) əldə etməmiş, bu səbəblə də qərardadı düzgün əsaslandıra bilməmiş və qanunsuz qərardad qəbul etmişdir. Ona görə də hesab edir ki, məhkəmə əsaslandırmadan, tələm-tələsik çıxardığı qərardad qanunvericiliyin tələblərinə cavab vermir, həmin qərardad ləğv olunmalıdır. İşə baxılan zaman prosessual hüquq norması pozulmuşdur, belə ki, məhkəmə AR MPM-nin 77, 88, 217, 218, 1*7, 1*8-ci maddələrinin tələblərini pozmuşdur. Ona görə də, şikayətin dəlilləri məhkəmənin qərardadının ləğv edilməsi üçün əsas hesab edilməlidir. Məhkəmə işə yenidən baxarkən həmin faktlara hüquqi qiymət verməli, Xəzər Rayon Məhkəməsinin qərardadının nə dərəcədə qanuna uyğun olub olmaması barədə münasibətini bildirməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan, iş üçün əhəmiyyətli olunan halların sübut edilməməsi, məhkəmənin qərardadında göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə çıxarılmışdır. Məhkəmə səhv nəticəyə gələrək əsassız olaraq ərizəni qismən təmin etmiş, halbuki, o, məhkəməyə ərizəsinin təmin olunmaması üçün sübutlarını təqdim etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-8(003)-361/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, tələbkar X* Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)- 361/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından vermiş olduğu şikayət təmin edilməmiş, tələbkar X* Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-361/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından vermiş olduğu şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. X1 şikayətə qarşı etirazını onunla əsaslandırmışdır ki, o, X13 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2010-cu ildə Talıbov ibrahim Tural oğlu və xx.xx.2013-cü ildə X16 adlı uşaqları anadan olmuşdur. 2013-cü ildə bir müddət ailədaxili münasibətləri gərgin olduğundan, Talıbova İlahə aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə nigahları pozulmadan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşaq üçün 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində alimentin tutularaq X* xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi çıxarıldıqdan 3-4 ay sonra ailəsi yenidən bərpa olunmuş və Talıbova İlahə uşaqlarla onun evinə qayıtmışdır. xx.xx.2022-ci il tarixədək birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, G.Həsənov küçəsi, 1* saylı evdə ümumi təsərrüfat aparmaqla birgə yaşamışlar. Uşaqları məktəbə, gimnastikaya aparıb-gətirmiş, heç bir mübahisələri və dava-dalaşları olmamışdır. Talıbova İlahə işləmədiyindən ailənin bütün xərcləri onun üzərində olmuşdur. xx.xx.2022-ci il tarixədən sonra ailələlərində yaranan söz-söhbətə görə Talıbova İlahə uşaqlar ilə birgə evdən çıxıb getmişdir. Bir müddət sonra ona Xəzər rayon İcra şöbəsindən gələn telefon zəngindən məlum olmuşdur ki, onun güya qətnaməyənə əsasən 20.000 manat aliment borcu vardır. Hesab edir ki, həmin aliment borcu qanunsuz hesablanmışdır. Belə ki, həmin müddət ərzində o, Talıbova ilahə nigahda yaşamaqla birgə təsərrüfat aparmış, Talıbova İlahənin həmin vaxtadək alimentlə bağlı icra şöbəsinə müraciət etməməsi buna sübutdur. Onların birgə nikahdan anadan olunmuş övladlarının saxlanılması üçün alimentin tutulmasına dair məhkəmə qətnaməsi qəbul edildikdən sonra ailə münasibətlərinin bərpa olunması və birgə yaşamaları işin faktiki hallarını araşdıran məhkəmədə sübut olunduğundan və həmin müddət ərzində onun övladlarının saxlanılması üçün öhdəliklərini yerinə yetirməməsi barədə tələbkar tərəfindən sübut olunmadığından, onalrın birgə yaşadıqları müddətdə əsassız aliment borcunun hesablanması absurtdur. Belə oxşar işlər üzrə məhkəmələr tərəfindən tərəflərin nigahın pozulmayaraq birgə yaşaması halının əsasən üzrlü səbəb kimi nəzərə alınır. Çünki, tərəflər yenidən barışıb birgə ailə şəklində yaşadıqları halda onları alimentlə bağlı icra işinin olması deyil, ailə münasibətlərinin davam etdirilməsi, ailə dəyərləri ilə bağlı hallar daha çox maraqlandırır ki, bu halda da tərəflərin icra şöbəsinə müraciət edib alimentlə bağlı icra işinə xitam verilməsini tələb etməməsi, bunun nəticəsində də icra işi icraatda qaldığı üçün aliment borcunun yaranması anlayışla qarşılanmalı hal hesab olunmalı və Ailə Məcəlləsinin 107.2-ci maddəsində müəyyən edilmiş digər üzrlü səbəblər kateqroiyasına daxil edilməlidir. İş materiallarına əlavə edilmiş video və fotoşəkillərdən onların birgə ailə olaraq məclislərdə iştirak etmələri, birgə istirahətdə olmaları müəyyən olunur. Birgə ailə şəklində yaşamaları şahidlərin ifadəsində öz əksini tapmışdır. Bundan başqa uşaqları həmin dövrdə onun tələbkarla birgə yaşadığı anasına məxsus evin yaxınlığında yerləşən Mərdəkan qəsəqəbəsi 183 nömrəli məktəbdə təhsil almış və 4* saylı Xəzər rayonu Mərdəkan qəsəbəsi şəhər poliklinikasında qeydiyyatda olmuşlar. Tələbkar şikayətində göstərmişdir ki, əvvəllər məhkəmələr bu mübahisəyə qiymət vermişdir. Qeyd edir ki, o, əvvəlcə iddia icraatı qaydasında məhkəməyə müraciət etmiş, Ali Məhkəmənin yekun qərarı ilə bildirilmişdir ki, belə işlərə Ailə Məcəlləsinin 106.*-ci maddəsinə uyğun baxılmalıdır. Yəni, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Buna əsasəndə o, yenidən Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Ali Məhkəmənin 2(102)-2366/2024 nömrəli qərarında göstərilmişdir ki, bu qəbildən olan mübahisələrə mülki işin davamı kimi baxılmalıdır. Çünki, nə qədər ki, irəli sürülən tələb alimentin ödənilməsindən azad etmə ilə bağlıdır, bu məsələyə məhz icra icraatını müəyyən edən normalar daxilində qiymət verilməlidir. Bu kateqoriyadan olan məsələlərə mülki işin davamı kimi baxılması, irəli sürülmüş hazırki tələbə mülki mühakimə icraatı qaydasında baxılmasını istisna edir. Tələbkar şikayətində göstərilmişdir ki, borclu tərəfindən borcun bir hissəsi ödənilmişdir. Bildirir ki, tərəfindən könüllü sürətdə borc ödənilməmişdir. Məcburi icra təbdirlərinə əsasən borcun bir hissəsi işlədiyi dövrdə əmək haqqından tutulmuşdur. Daha sonra isə iş Ali Məhkəmədən qayıtdıqdan sonra təkrarən məcburi icra tədbirləri çərçivəsində atasından hədə qorxu gələrək pul alınmışdır. İnzibati qaydada həbs olunmaması üçün məcburi şəkildə atası tərəfindən ödəniş edilmişdir. Qeyd edir ki, onun nigahı rəsmi qaydada 2023-cü ilin avqust ayında pozulmuş, Tələbkar yenidən aliment tələbi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Ona görə də tələbkar tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-361/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması xahiş olunur. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Maddə 106.*. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İcra haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.*. icra sənədi tam icra olunduqda. Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 32.1. Fiziki şəxslər icraatda şəxsən və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Fiziki şəxsin icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndəyə malik olmaq hüququndan məhrum etmir. İcra sənədi ilə borclunun üzərinə onun şəxsən icra etməli olduğu vəzifələr qoyulduqda, borclu həmin vəzifələri öz nümayəndəsi vasitəsilə yerinə yetirə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 1*.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 1*.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.*. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-361/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, borclu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən ondan tələb olunan 20.000 manat məbləğində aliment borcunun tələbkarın xeyrinə ödəməkdən azad edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə qəbul olunmasını xahiş etmiş, tələbini həmin qətnamənin qəbul olunmasından sonra xx.xx.2022-ci il tarixədək cavabdehlə eyni ünvanda yaşamaqla ümumi təsərrüfat apararaq birgə yaşamaları, belə olan halda həmin müddət üzrə ona yenidən aliment borcunun hesablana bilməməsi ilə əsaslandırmışdır. Aliment bocunun ödənilməsindən azad edilməsinə dair iddia tələbi ilə bağlı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edildikdən sonra borclu bu qəbildən olan mübahisələrə mülki işin davamı kimi baxılmalı olmasını, yəni icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət vermək hüququnun olmasını bilərək icra məmurunun 12.0*.2022-ci il tarixli qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Ona görə də kollegiya borclunun icra məmurunun qərarını mübahisələndirmək üçün müddəti ötürməməsi qənatinə gəlir. Kollegiya qeyd edir ki, qanunvericilik şəxsin aliment borcunun yaranmasının üzrlü səbəblərdən əmələ gəlməsi ilə bağlı dairəni dəqiq müəyyən etməməklə məhdudlaşdırmamış, baş verməsi mümkün ola biləcək “digər hallar”ın da aliment borcunun üzrlü səbəbdən yaranma ehtimalını nəzərə almış və özündə ehtiva etmişdir. Tərəflərin birinci instansiya məhkəməsində verdikləri izahatlardan, apellyasiya şikayətindən və şikayətə etirazdan, tədqiq olunan icra işindən görünür ki, icra sənədi üzrə tərəflərin hər ikisi aliment təyin edilməsi barədə məhkəmə aktı qəbul edildikdən sonra ailə nikah münasibətlərinin bərpa olunmasını, uşaqları ilə birlikdə yaşayıb, birgə təsərrüfat aparmalarını inkar etməsələr də, icra məmuru hər bir tərəfin (həm borclunun, həm də tələbkarın) sübutlarını, dəlillərini araşdırmamış, tələbkarın aliment tələbi ilə bağlı icra sənədinin icrasını, yalnız xx.xx.2022-ci il tarixdə tələb etməsinə dair ərizəsinə hüquqi qiymət verməmiş, əksinə həmin ərizədə tələbkar tərəfindən müəyyən olunan, 20000 manat aliment borcunu yoxlamadan borclunun həmin məbləğdə borcunun olması barədə əsaslandırmamış qərar qəbul etmişdir. Baxmayaraq ki, borcun alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq müəyyən edilməsi icra məmurunun qanundan irəli gələn vəzifəsidir. Bu vəzifəsini icra edərkən icra məmuru məhkəmə aktı qəbul edildikdən sonta borclunun hansı səbəbdən icra sənədini icra etməməsini, tələbkarın icra sənədinin icrasını hansı səbəbdən uzun müddət tələb etməməsini, keçən müddət ərzində icra sənədinin icrası ilə bağlı hansı tədbirlər görülsədə, icra ilə bağlı nəticənin olmamasını araşdırmalı və apardığı araşdırmanı öz qərarında qeyd etməklə gəldiyi nəticəni əsaslandırmalı idi. İstinad olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edib, icra sənədi üzrə tələbkar tərəfindən mübahisələndirilən məhkəmə aktının şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının isə dəyişdirilmədən saxlanması qənaətinə gəlir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3*-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-361/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar