Məhkəmə qərarları › İş №8(103)-451/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-451/2025

02.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-451/2025 02.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, 8(010)- 534/2025 saylı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 iyul 2025-ci il tarixli qərardaddan Borclu verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi 2(010)-4318/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə Borclu xx.xx.2019-cu il tarixdən hesablanmaqla, uşaqları - xx.xx.2013-cü il təvəllüdlü Hüseynin və xx.xx.2015-ci il təvəllüdlü Yusifin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər bir uşağa görə 160 manat (cəmi 320 manat) sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməsi qət etmişdir. Hazırda Tələbkar ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, həmin qətnaməsi əsasında Borclu onun xeyrinə tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin həddində sabit pul məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə ərizənin təmin edilməsini, 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün borcludan tələbkarın xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 misli həddində indeksasiya olunmasını qərara almışdır. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclunun məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti ödəməyə heç bir etirazı yoxdur. Lakin aliment məbləği indeksasiya edilərsə maddi vəziyyəti ödəniş etməyə imkan verməyəcəkdir. Belə ki, hal-hazırda borclu heç bir yerdə işləmir, əgər günəmuzd iş olarsa o zaman işləyir. Borclunun stabil gəliri yoxdur. Borclu, Rayon Məhkəməsinə bu barədə məlumat versə də Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Buna görə də, o xahiş edir ki, tələbkarın verdiyi “aliment məbləğinin indeksasiya edilməsi haqqında” ərizəsi təmin edilməsin. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, alimentin tutulması barədə qətnamə qəbul edilən zaman (2019-cu il) formalaşmış məhkəmə təcrübəsinə əsasən sabit pul məbləğində tutulmalı olan alimentin məbləği həmin il (illər) üçün “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Qanunu ilə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ilə tutulurdu. Lakin qətnamə qəbul edildikdən sonra alimentin tutulması ilə bağlı məhkəmə təcrübəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarla müəyyən etdiyi məhkəmə təcrübəsinə görə, uşağın (uşaqların) yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment ödənilməli olan şəxsdən aliment almalı olan şəxsin xeyrinə aliment tutularkən məhkəmələr tutulmalı olan alimentin məbləğini iş üzrə qətnamə qəbul edilən zaman həmin il üçün müəyyən edilmiş minimum əmək haqqının müəyyən misli həddində müəyyən etməlidir. İnternet resurslarından görünür ki, qətnamə ilə tutulması qət edilmiş alimentin məbləğinin tutulması barədə qətnamə qəbul edilən zaman, yəni 2019-cu ildə minimum əmək haqqının məbləği 180 manat olmuşdur. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 232.1-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göstərilənləri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında təsbit edilmiş hüququ mövqeyi, MPM-in 232.1-ci maddəsinin tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə (bir uşağa görə 160 : 180 ≈ 0,89) düzgün olmuşdur. Bu baxımdan hesab edilməlidir ki, borclunun qərardaddan verdiyi şikayət əsassızdır. Şikayətin dəlilləri ilə bağlı Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin “Alimentin indeksasiyası adlı” 110-cu maddəsinin tələblərinə görə, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir (maddə 110.1.). Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir (maddə 110.2.). Ailə Məcəlləsinin “Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə” adlı 112-ci maddəsinin tələblərinə görə isə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1.). İş materiallarından göründüyü kimi, hazırkı işin icraatı alimentin məbləğinin azaldılması və ya artırılması barədə iş üzrə tərəflərin ərizəsi əsasında deyil, tələbkarın “alimentin məbləğinin indeksasiyası haqqında” ərizəsi əsasında başlanmışdır. Odur ki, bunu nəzərə alan Məhkəmə hesab edir ki, borclunun şikayətində qeyd edilənlər qərardadın ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Beləliklə də yuxarıda göstərilənləri nəzərə alan, MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 iyul 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar