Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-452/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3948/2018 nömrəli, xx xxxxxxxx 2018ci il tarixli qətnaməsi ilə tutulan məbləğin hissə-hissə ödənilməsi barədə X1 ərizəsi üzrə Nərimanov Rayon Məhkəməsinin 8(005)-407/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3948/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin hissə-hissə, hər ay 150 manat ödənilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3948/2018-007 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ondan 42.500 manat məbləğin və 30 manat dövlət rüsumunun tutulub Tələbkar ödənilməsi qərara alınmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq qətnaməni bir dəfəyə icra etmək imkanı yoxdur. xx xxxxxx 2020-ci il tarixdən etibarən Medistyle xəstəxanasında anbardar vəzifəsində işləyir və aylıq olaraq aldığı əmək haqqı 300 (üç yüz) manat təşkil edir. ümumiyyətlə maddi vəziyyəti də həddindən artıq ağırdır, özünə məxsus daşınmaz əmlakı yoxdur, hazırda ünvan 1 ünvanında kirayə mənzildə qalır. Kirayə haqqını yaxın qohumlarının köməyi ilə ödəyir. Bu səbəbdən də, borcun hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 8(005)-407/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan X2 qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq Tələbkar və Nərimanov rayon İcra Şöbəsinin nümayəndəsikollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan kollegiya şikayətin dəlillərini müzakirə edib, şikayətin təmin edilməsini xahiş edən borclunun izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Nərimanov Rayon Məhkəməsinin 8(005)-407/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin 2-ci bəndinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə uyğun olaraq, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bibrlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasınm Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsi əsasında, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3948/2018 nömrəli, xx xxxxxxxx 2018ci il tarixli qətnaməsi ilə tutulması qət edilən məbləğin borclu tərəfindən hansı müddətdə icra edilməsi ərizədə dəqiq göstərilmədiyindən və tələbkarın mövqeyini nəzərə alaraq, Kollegiya hesab edir ki,X1 Nərimanov Rayon Məhkəməsinin 2(005)-3948/2018-007 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən borcun hissə-hissəicrası üçün əsas olmadığından Nərimanov Rayon Məhkəməsinin hazırki iş üxrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə r a r a a l d ı: X2 şikayəti təmin edilməsin. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 8(005)-407/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardadan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-452/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-452/2020
05.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver