Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-452/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğıundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququna müvəqqəti məhdudlaşdırılmasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 8(005)-332/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayev Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23.11.2018-ci il tarixli, 2(005)-329/2019 nömrəli icra sənədinə əsasən dəyəri 105 manat olan 3 ədəd qırmızı, boz və mavi naxışlı 3 ədəd yay koftaları, dəyəri 126 manat olan 4 ədəd cins, qara, boz və ağ rəngli yubkaları, dəyəri 64 manat olan bir ədəd qalın koftası, dəyəri 35 manat olan mixəyi və qara rəngli papaqları, dəyəri 87 manat olan 2 ədəd boz və ağ rəngli jaketləri, dəyəri 52 manat olan 1 ədəd papaqlı jaketi, dəyəri 30 manat olan 1 ədəd cins şalvarının, dəyəri 172 manat olan 3 ədəd yaşıl, qırmızı və ağ rəngli donları, dəyəri 95 manat olan 2 ədəd mavi və çəhrayı rəngli pijamaları, dəyəri 75 manat olan 2 cüt yay ayaqqabıları, dəyəri 20 manat olan 15 ədəd corabları, dəyəri 86 manat olan 1 ədəd mavi naxışlı kostyum natura şəklində Borclu alınaraq Tələbkar verilməli, əşyaları natura şəklində təqdim etmək mümkün olmadıqda onların dəyəri Borclu Tələbkar xeyrinə tutulmalıdır. Həmçinin, ünvan 1 ünvanında 14 nömrəli binanın 1-ci blok, 7-ci mərtəbəsində yerləşən 82.5 kv.m ümumi sahəsi olan 3 otaqlı 41 saylı mənzili üçün ödənilmiş 19245 manatın ikidə bir hissəsi Borclu Tələbkar xeyrinə tutulmalıdır. İcra sənədi 17.02.2021-ci il tarixində icraata daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, Borclu qeydiyyatda olduğu ünvana göndərilmiş, eyni zamanda 17.03.2021-ci il tarixdə şöbəyə dəvət edilmiş, qərar və bildirişin surəti şəxsən borcluya təqdim edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 8(005)- 332/2021 saylı qərardadı ilə təqdimat təmin edilmişdir. Həmin qərardaddan borclu şikayət verərək, şikayətini onunla əsaslandırılmışdır ki, ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərardad “İcra haqqında” Qanunun və Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edildiyi üçün əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, həmin məhkəmədə işə baxılması barədə borclu kimi nə Borclu, nə də ki, vəkili və nümayəndəsi X1 heç bir bildiriş verilməmiş və bununla da bilə-bilə məhkəmədə özünü müdafiə hüququndan borclunu məhrum etmişdir. Bundan başqa, məhkəmə işə baxan zaman onun borcu hissə-hissə ayda 300 manat olmaqla ödədiyini nəzərə almamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin borclu tərəfindən pozulması üzrlü səbəblərdən baş vermişdir, obyektiv səbəbdən, 4 il işsiz qaldığına və həmin müddət ərzində 8000 manat məbləğində aliment ödədiyinə görə borcun birdəfəlik ödənilməsinə imkanı olmamışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli, 8(005)- 332/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 8(005)-332/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı borclu şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tələbkar və icra məmuru iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası borclunu dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci maddəsində qeyd olunur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. İş materialları əsasında müəyyən edilmişdir ki, Borclu 17.02.2021-ci il tarixdə şöbəyə dəvət edilmiş, izahatı alınmış, qərar və bildirişin surəti şəxsən ona təqdim olunmuşdur. Eyni zamanda borcluya dəfələrlə şifahi xəbərdarlıqlar olunmasına baxmayaq, tələbkara olan borcunu ödəməkdən yayınmışdır. Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərarın verilməsi müvəqqəti xarakter daşıdığından və qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməsinə yönəldiyindən mübahisələndirilən qərardad qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 8(005)-332/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-452/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-452/2021
07.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver