Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-452/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilməsi barədə tələbkarın ərizəsinə baxılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-28/2023 nömrəli 30 yanvar 2023-cü il tarixli qərardadından mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər Borclu1, Borclu2, Bakı şəhəri 11 saylı Notariat ofisinə və Bakı şəhəri 15 saylı Notariat ofisinə qarşı “18 avqust 2001-ci il tarixli etibarnamənin, mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsinin və fərdi yaşayış evinin alqı-satqısına dair 06 noyabr 2002-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının təmin olunması, “Bakı şəhəri 15 saylı Notariat Kontorunun Dövlət notariusu İ.X. Mütəllimov tərəfindən təsdiq edilmiş və reyestrdə 29-10031 nömrə ilə qeydə almış Borclu1 adına verilmiş 18 avqust 2001-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsində (yer № 27) inşa edilmiş 9/27 saylı fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, Seriya FM 012129 saylı Qeydiyyat Vəsiqəsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsində (yer № 27) inşa edilmiş 9/27 saylı fərdi yaşayış evinin satılmasına dair Borclu1 ilə Borclu2 arasında Bakı şəhəri 11-ci Dövlət Notariat Kontorunda bağlanılmış və reyestrdə 4Ə-295 nömrə ilə qeydə alınmış xx.xx.2002-ci il tarixli 169117 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə 600 kv.metr torpaq sahəsi (yer № 27) üzərində X3 mülkiyyət hüquqlarının bərpa edilməsi və mülkiyyət hüququna yaradılan maneələrin aradan qaldırılması” qət edilmişdir. X1 həmin qətnaməyə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8-(007)-28/2023 nömrəli iş üzrə qəbul etdiyi 30 yanvar 2023-cü il tarixli qərardadı ilə X1nun qətnaməyə izah verilməsi barədə ərizəsi təmin olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsinə aşağıdakı məzmunda izah verilmişdir: X3 600 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsini qət edərkən məhkəmə 1294 kv.m olan torpaq sahəsinin hüdudları daxilində deyil, həmin torpaq sahəsindən 99,10 metr məsafədə yerləşən sahəsi 720 kv.m olan torpaq sahəsinin hüdudları daxilində bərpa olunmasını nəzərdə tutmuşdur. Ona görə də tələbkara məxsus torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində göstərilən qaydada, iddiaçının torpaq sahəsinin koordinatları ilə, rəyə əlavə olunmuş sxemdə göstərilən 720 kv.m torpaq sahəsinin hüdudları daxilində bərpa olunsun. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarış, torpaq sahəsinin planı, ölçüsü və digər zəruri sənədlərin verilməsinin təmin edilsin, mülkiyyət hüququna yaradılan bütün maneələr aradan qaldırılsın. Həmin qərardaddan müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət X5 Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tələbkar etiraz ünvanlayaraq şikayətin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və tələbkarın qətnaməyə izah verilməsi barədə ərizəsi rədd edilməlidir. Göründüyü kimi izah verilməsi tələb edilən məhkəmənin 2(007)-78/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə “Bakı şəhəri 15 saylı Notariat Kontorunun Dövlət notariusu İ.X. Mütəllimov tərəfindən təsdiq edilmiş və reyestrdə 29-10031 nömrə ilə qeydə almış Borclu1 adına verilmiş 18 avqust 2001-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsində (yer № 27) inşa edilmiş 9/27 saylı fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, Seriya FM 012129 saylı Qeydiyyat Vəsiqəsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsində (yer № 27) inşa edilmiş 9/27 saylı fərdi yaşayış evinin satılmasına dair Borclu1 ilə Borclu2 arasında Bakı şəhəri 11-ci Dövlət Notariat Kontorunda bağlanılmış və reyestrdə 4Ə-295 nömrə ilə qeydə alınmış xx.xx.2002-ci il tarixli 169117 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə 600 kv.metr torpaq sahəsi (yer № 27) üzərində X3 mülkiyyət hüquqlarının bərpa edilməsi və mülkiyyət hüququna yaradılan maneələrin aradan qaldırılması” qət edilmişdir. Həmin qətnamədən müəyyən edilir ki, Bakı şəhəri İcra Hakimiyyətinin başçısının xx.xx.1997-ci il tarixli 716 saylı Sərəncamına əsasən Torpaq sahəsinin ayrılmasına dair Nizami rayon İrca Hakimiyyəti Başçısının Sərəncamı Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 1114 nömrəli Sərəncamına istinad edərək, Bakı şəhəri Nizami rayoun Şərifli küçəsindəki 2593-cü məhəllədə fərdi yaşayış evi tikintisi üçün 600 kv.m torpaq sahəsi (yer №27) X4 ayrılmışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1217H Kod 00900003 saylı Şəhadətnamədən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1997-ci il tarixli 716 saylı Sərəncamı ilə Bakı şəhəri Nizami rayonu Şərifli küçəsindəki 2593-cü məhəllədə yerləşən sahəsi 600 kv.n olan torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 230-cu maddəsinə görə, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır (maddə 230.1). Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir (maddə 230.2). Qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir (maddə 230.3). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 14-cü bəndində qeyd edilir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Kollegiya hesab edir ki, qətnaməyə izah verilməsi üçün hər hansı əsas olmamışdır, hazırki halda məhkəmə qətnaməyə izah verməklə qətnamənin məzmunundan kənara çıxmışdır. “Mülkiyyət hüquqları bərpa edilsin və mülkiyyət hüququna yaradılan maneələr aradan qaldırılsın” ifadəsi məhkəməyə göstərilən qaydada qətnaməyə izah verilməsinə əsas vermir. Tələbkarın həmin torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnaməsi olmuşdur, yəni tələbkarın mülkiyyət hüququ həmin Şəhadətnamə ilə qeydə alınmışdır. Belə olan halda tələbkar həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət X5 Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməlidir. Əgər sonuncu tərəfindən imtina edilərsə, bu halda həmin orqanın hərəkətini inzibati icraat qaydasında mübahisələndirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-28/2023 nömrəli 30 yanvar 2023cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilməsi X1nun ərizəsi təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-452/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-452/2023
19.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver