Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-452/2024 23.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2956/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair X4nın ərizəsinə baxılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1094/2024 nömrəli 04 noyabr 2024-cü il tarixli qərardadından borclunun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2956/2023-008 saylı qətnaməsinə 2500 manatın ondan alınaraq iddiaçı Tələbkar ödənilməsi hissəsində icrasına üç il möhlət verilməsi barədə müvafiq məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1094/2024 nömrəli 04 noyabr 2024-cü il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Həmin qərardaddan borclunun verdiyi şikayət təmin olunmayaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Belə ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2956/2023-008 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi ev 76, 32 saylı mənzilə tərəflərin hər ikisinin ½ hissədə payları müəyyən olunmalı, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 23, 22 saylı mənzilə iddiaçı Tələbkar 2/3 hissədə, cavabdeh X5 1/3 hissədə payları müəyyən olunmalı, “İnfiniti” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 2500 manat cavabdeh X3 alınaraq iddiaçı Tələbkar ödənilməli, dövlət rüsumu qismində ödənilmiş 50 (əlli) manat cavabdeh X3 alınaraq iddiaçı Tələbkar ödənilməli, 45 (qırx beş) manat dövlət rüsumu cavabdeh X3 alınaraq Dövlət büdcəsinə ödənilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat iddiaçı Tələbkar alınaraq cavabdeh X6 ödənilməlidir. Suraxanı rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” Qərarı ilə icra sənədi üzrə icraata başlanılmış, X4na 10 gün müddətində icranı könüllü olaraq təmin etməsinin təklif olunması, icra könüllü təmin edilmədikdə: a) borclu barəsində məcburi icra tədbirləri görülsün, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulması; b) icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. X14 xx.xx.2023-cü il tarixli qərarı və tələbin könüllü icrası barədə bildirişi xx.xx.2023cü il tarixdə imza etməklə qəbul etmişdir. X10 xx.xx.2024-cü il tarixdə Xətai rayon icra şöbəsində veridiyi izahatda Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2956 saylı, xx.xx.20253-cü il tarixli icra sənədinə əsasən “İnfiniti” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 2500 manat məbləğində pul ondan alınaraq X1 xeyrinə tutulmalı olduğunu, icra vərəqəsində qeyd olunan borcdan ödəniş edə bilmədiyini, buna səbəb işləməməsi olduğunu, öhdəliyində 3 azyaşlı uşaq olduğunu, eyni zamanda aktiv kreditləri olduğunu və hər ay 1230 manat kredit ödədiyini, borcunu imkanı olanda ödəyəcəyini, 261 nömrəli məktəbdə işlədiyini, lakin hazırda analıq məzuniyyətində olduğunu, üzərində icra vərəqəsi üzrə həbs qoyulan iki evi olduğunu, tam əmək qabiliyyətli olduğunu, xəstəliyi və əlilliyi olmadığını, heç bir növ müavinat almadığını, sonuncu dəfə 2014-cü ildə Gürcüstanda olduğunu bildirmişdir. “VAZ 21063” minik markalı **-BF-*** dövlət qey “VAZ 21063” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 adına qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, X4nın yetkinlik yaşına çatmayan üç uşağı vardır. Göründüyü kimi qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında məhkəmə aktının icrasına möhlət verilməsi mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də nəzərdən yayınmamalıdır. Başqa sözlə, məhkəmə aktının icrasına möhlət verilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, borclunun təklif etdiyi icra qaydası həmin meyara cavab verməməklə, tələbkarın mənafeyinə uyğun gəlmir və bu baxımdan da tələbkarın mənafeyini nəzərə alaraq qeyd edir ki, ərizənin təmin edilməsi üçün əsas yoxdur. Məhkəmə ərizənin rədd edilməsi barədə əsaslı nəticəyə gəlmişdir, ərizəçinin istinad etdiyi hallar qətnamənin icrasına möhlət vermək üçün əsas yaratmır. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iş materiallarından da göründüyü kimi, ərizəçinin adına qeydiyyata alınmış bir daşınar əmlak olmaqla bərabər, üzərində pay müəyyən edilmiş iki daşınmaz əmlak da vardır, bundan başqa borclu özü icra şöbəsində verdiyi izahatında hər ay 1230 manat kredit ödədiyini qeyd etmişdir. Qeyd edilənlər isə borclu tərəfindən qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğunu istisna edir. Bundan başqa, borclunun tələb etdiyi üç illik möhlət kifayət qədər uzun müddət olmaqla, bir ildən artıq müddət ərzində icra edilməmiş məhkəmə qətnaməsinin daha da uzun müddət ərzində (ümumilikdə dörd il) icra edilməməsi ilə nəticələnməklə, tələbkara münasbətdə məhkəmə müdafiəsi hüququnun səmərəliliyinin azalmasına gətirib çıxara bilər. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1094/2024 nömrəli 04 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-452/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-452/2024
23.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver