Məhkəmə qərarları › İş №8(103)-452/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-452/2025

03.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-452/2025 03.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-83/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iş üzrə Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Zaur Əlizadə təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-817/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbin borclunun daşınmaz əmlakına yönəldilməsi üçün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Göradil bağ massivi, “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-83/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, təqdimat təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 817/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Göradil bağ massivi, “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu tərəfindən xx.xx.2025-ci il tarixdə EMİS vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-83/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət ilə müraciət edib, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-83/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Borclu tərəfindən verilmiş şikayətin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-83/2025 nömrəli qərardadının ləğv edilməsi, Borclu məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Goradil bağ massivi, “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi, Borclu əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Zaur Əlizadənin təqdimatının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan Tələbkar şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Göradil bağmassivi, “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsinin Borclu tərəfindənəldə edildiyi tarixi araşdırmamışdır. Belə ki, həmin əmlak üzrə borclunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verildiyi xx.xx.2018-ci il tarixli çıxarışın verilməsinə əsas təşkil edən sənədlərin əldə edilməsini təmin etməmiş, həmin çıxarışın verildiyi xx.xx.2018-ci il tarixi əsas götürmüş, bununla da qeyd olunan əmlakın xx.xx.2016cı il tarixdən rəsmi nikaha daxil olan Borclu ilə X1 birgə nikah dövründə əldə etdiyi barədə yanlış qənaətə gəlmişdir. Halbuki, Rabitə Nazirliyi Rabitəçi Bağlar-Tikinti Kooperativinin iclasının xx.xx.1989-cu il tarixli 02 saylı protokolundan çıxarışa əsasən Borclu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində Nazirliyi Rabitəçi Bağlar-Tikinti Kooperativinin ərazisində 40 saylı 0,12 ha bağ sahəsi istifadəsi üçün verilmişdir. Kirov (Binəqədi) Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 54/446 saylı qərarı və Rabitəçi Bağlar-Tikinti Kooperativininxx.xx.1989-cu il tarixli 02 saylı protokolu ilə rəsmiləşdirilmiş qərarı əsasında qeyd olunan bağ sahəsi üzrə S.İ.X3-Tikinti Kooperativi tərəfindənxx.xx.1989-cu il tarixli 49 nömrəli order verilmişdir. Beləliklə, sözügedən əmlakın Borclu verilməsi barədə Kirov (Binəqədi) Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli54/446 saylı qərarı və Rabitəçi Bağlar-Tikinti Kooperativinin xx.xx.1989-cuil tarixli 02 saylı protokolu ilə rəsmiləşdirilmiş qərarı qəbul edilərkən, eləcə də Rabitəçi Bağlar-Tikinti Kooperativi tərəfindən xx.xx.1989-cu il tarixli 49 nömrəli order verilərkən G.Q.Əliyeva Borclu ailə üzvü kimi nəzərəalınmamışdır, ümumiyyətlə, Borclu və G.Q.Əliyeva həmin vaxt (1989-cu ildə)rəsmi nikaha daxil olmamışlar. Odur ki, qeyd olunan bağ sahəsi Borclu vəG.Q.Əliyevanın birgə nikah dövründə əldə etdikləri əmlak hesab edilə bilməz və qeyd olunan bağ sahəsini Borclu nikaha daxil olanadək əldə etdiyi üçün həmin əmlak Borclu ayrıca mülkiyyəti hesab edilir. Borcluqeyd olunan icra sənədinin icrasından yayınmaq üçün sözügedən bağ sahəsi üzrə ona xx.xx.2018-ci il tarixində çıxarışın verilməsinə və xx.xx.2016-cı il tarixdən rəsmi nikaha daxil olduğuna istinad edib həmin əmlakın birgə nikah dövründə əldə olunmuş əmlak olduğunu irəli sürərək öz hüquqlarından sui-istifadə etmişdir. Nərimanov Rayon Məhkəməsi mübahisəli qərardadı qəbul etməklə, Borclu həmin əməllərini pərdələmiş və bununla da yuxarıda qeyd olunan normativ hüquqi aktların və Konstitusiya Məhkəməsi Plenum Qərarının tələblərini pozmuşdur. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Borclu tərəfindən şikayətə qarşı yazılı etiraz daxil olaraq göstərilmişdir ki, Borclu adına verilmiş order üzrə mülki hüquqlar eyni zamanda onunla birgə təsərrüfat aparan digər ailə üzvlərinə də aiddir. Yəni order Borclu adına verilsə də,sözügedən toprpaq sahəsi faktiki olaraq onunla birgə təsərrüfat aparan diğər ailə üzvlərinin, o cümlədən arvadı Gülnarə Əliyevanın qanuni istifadəsində olmuşdur. Həmin dövrdə torpağa qulluq edilməsində, onun üzərində təyinatı üzrə maddi varlıqların yaradılmasında, bir sözlə torpağın saxlanmasınada Borclulə birlikdə digər ailə üzlərinin əməyi və vəsaiti sərf olunmuşdur. Torpaq sahəsini istifadəyə yararlı edilə bilməsi üçün onun üzərində birgə vəsait hesabına zəruru kommunikasiya yaradılmış, yardımçı qurğular tikilmişdir, nəhayət torpaq sahəsinə hüquq müəyyənedici sənədin verilməsi üçün tələb olunan torpaq sahəsinin kadastrı hazırlanmış, sahənin ətrafında hasarlama və mərzçəkmə işləri aparılmışdır. Bundan başqa birgə istifadə dövründə sözügedən torpaq üzərində yaradılmış maddi varlıqlar da təkcə Borclu deyil, onunla birgə təsərrüfat aparan digər ailə üzvlərinə məxsusdur. Yuxarıda göstərilənlərə əsasən şikayətin rədd edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, xx.xx.2025-ci il tarixli, 8(005)-83/2025 nömrəli qərardadından iddiaçı Borclu tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ərarvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ərarvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərini təmin edilməsi üçün borclunun yetərli pul vasitələri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Borclu məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Göradil bağ massivi, “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsinin üzərinə qoyulmuş həbsi götürərkən ona istinad etmişdir ki, ailə qanunvericiliyinin tələbinə əsasən, tərəflərdən birinin borc öhdəliyi ər-arvadın ümumi əmlakına yönəldilərkən ilk öncə həmin ümumi əmlakdakı paylar kreditorun ərizəsi ilə bölünməlidir. Bu səbəbdən də hazırda ümumi əmlaka tələbin yönəldilməsi icra məmurunun təqdimatı əsasında deyil, tələbkarın həmin əmlakın bölünməsi və tələbin müvafiq paya yönəldilməsi barədə ərizəsinə əsasən həll edilməlidir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır. Belə ki, şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, Rabitə Nazirliyi Rabitəçi Bağlar-TikintiKooperativinin iclasının xx.xx.1989-cu il tarixli 02 saylı protokolundan çıxarışa əsasən Borclu Bakı şəhəri, Binəqədi rayonu,Binəqədi qəsəbəsində Nazirliyi Rabitəçi Bağlar-Tikinti Kooperativinin ərazisində 40 saylı 0,12 ha bağ sahəsi istifadəsi üçün verilmişdir. Kirov (Binəqədi) Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 54/446 saylı qərarı və Rabitəçi Bağlar-Tikinti Kooperativininxx.xx.1989-cu il tarixli 02 saylı protokolu ilə rəsmiləşdirilmiş qərarı əsasında qeyd olunan bağ sahəsi üzrə S.İ.X3-Tikinti Kooperativi tərəfindənxx.xx.1989-cu il tarixli 49 nömrəli order verilmişdir. Sözügedən əmlakın Borclu verilməsi barədə Kirov (Binəqədi) Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli54/446 saylı qərarı və Rabitəçi Bağlar-Tikinti Kooperativinin xx.xx.1989-cuil tarixli 02 saylı protokolu ilə rəsmiləşdirilmiş qərarı qəbul edilərkən, eləcə də Rabitəçi Bağlar-Tikinti Kooperativi tərəfindən xx.xx.1989-cu il tarixli 49 nömrəli order verilərkən G.Q.Əliyeva Borclu ailə üzvü kimi nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi isə üzərinə həbs qoyulmuş əmlakı birgə nikah dövründə əldə edilmiş ümumi əmlak kimi qiymət verərkən yuxarıda qeyd edilən halları araşdırmadan və həmin əmlak üzrə borclunun adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışın verilməsinə əsas olan sənədlərin əldə edilməsini təmin etmədən, həmin çıxarışın verildiyi xx.xx.2018-ci il tarixi əsas götürmüşdür. Halbuki Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Borclu sözügedən bağ sahəsi üzrə ona xx.xx.2018-ci il tarixində çıxarışın verilməsinə və xx.xx.2016-cı il tarixdən rəsmi nikaha daxil olduğuna istinad edib həmin əmlakın birgə nikah dövründə əldə olunmuş əmlak olduğunu irəli sürməklə əmlak üzərinə qoyulmuş həbsin götürülməsinin təmin edilməsinə nail olmuşdur. Lakin birinci instansiya məhkəməsi tələbkarın təqdim etdiyi sənədlərlə borclunun bildirdiklərinə aydınlıq gətirmədən, iş materiallarına əlavə edilmiş daşınmaz əmlaka dair hüquqmüəyyən edici sənədlərə qiymət vermədən sonuncunun əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Zaur Əlizadənin təqdimatının təmin edilməməsi qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-83/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, Borclu tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-83/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından verdiyi şikayətə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-83/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Borclu tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-83/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından verdiyi şikayətə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar