Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-453/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, tələbkarın nümayəndəsi X5 və ərizəçi X3 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(009)- 234/2020 saylı qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X3 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)-4099/2016 saylı icra sənədinin icrası ilə əlaqədar etibarnamə üzrə onun istifadəsində olan, X7 mülkiyyətində olan “Azsamand” markalı, ** RO *** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim R.Qafarova, iş № 8(009)-234/20) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)-4099/2016 saylı icra sənədi üzrə borclu X7 adına qeydiyyatda olan “Azsamand” markalı, ** RO *** dövlət nömrə nişanlı avtomobilin üzərinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(009)-453/2017 saylı qərardadı ilə qoyulmuş həbs götürülmüşdür. İş üzrə Tələbkar ASC məhkəmənin həmin qərardadından şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli əmrinə əsasən Tələbkar ASC-nin xeyrinə 3152.09 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. İcra mərhələsində X9 məxsus dövlət qeydiyyat nişanı **-CO-*** olan “QZSA 3718 yükqaz 52” markalı və **-DF- *** olan “X12” markalı avtomobillərin üzərinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. X1 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək cavabdeh X9 məxsus dövlət qeydiyyat nişanı **-RO-*** olan, “Azsamand” markalı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Halbuki, bu şəxs yuxarıda göstərilən avtomobilin mülkiyyətçisi deyildir. O, həmin avtomobili xx.xx.2012-ci il tarixindən etibarnamə üzrə idarə edir. Eyni zamanda, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam edilməsi barədə tələbkar kimi Tələbkar ASC-yə məlumat da verilməmişdir. Bununla da “İcra haqqında” Qanunun 20.2-ci maddəsinin tələbləri pozulmuşdur. Eyni zamanda, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.3-ci maddəsində göstərilir ki, tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icraata xitam verilir. İcra məmuru qanunun bu tələbini pozaraq icraata xitam vermişdir. Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim R.Qafarova, iş № 8(009)-234/2020) şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkarın nümayəndəsi şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Ərizəçi S.Zeynalov şikayətə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamaqla Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi şikayəti təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, tələbkar Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icra icraatına xitam verilməsi ilə bağlı tələbkar kimi Tələbkar ASCyə məlumat verilməməsi və icra sənədi üzrə icraata xitam verilməsinin qanuna zidd olması hallarına istinad etsə də, şikayətə Səbail rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarının tələbkar tərəfindən mübahisələndiriləsinə dair hər hansı sübut əlavə etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hazırkı mövqeyi əsaslı olmuşdur. İş materiallarından da göründüyü kimi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)-4099/2016 saylı məhkəmə əmrinə əsasən 3207,73 manat məbləğində borc X6 tutularaq “xxxxxxxxxxx” ASC-yə ödənilməlidir. Həmin məhkəmə əmri qanunla müəyyən olunmuş qayadada icraya yönəldilmiş və icra mərhələsində Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(009)-453/2017 saylı qərardadı ilə borclu X7 mülkiyyətində olan “Azsamand” markalı, ** RO *** dövlət nömrə nişanlı və “QZSA 3718 yükqaz 52” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyularaq həmin avtomobillərin özgəninkiləşdirilməsi qadağan edilmişdir. İş materiallarına əlavə edilmiş ƏN-İİİ seriyalı 843081 nömrəli etibarnamənin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə X9 məxsus olan “Azsamand” markalı, ** RO *** dövlət nömrə nişanlı avtomaşın üzərində sərəncam verilməsinə dair etibar edilmişi başqasına etibaretmə qaydasında X2 adına etibarnamə verilmişdir. Səbail Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən borclu öldüyünə və vərəsələri müəyyən olunmadığına görə xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 20.2-ci icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin Qanunun 20.3-cü icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Göründüyü kimi, hazırkı icra sənədi üzrə icraata xitam verilsə də, icra məmurunun qərarı mübahisələndirilməmişdir. Bu səbəbdən də əmlakın üzərində məcburi icra tədbiri kimi həbsin qalması düzgün deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar ASC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №8(103)-453/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-453/2020
28.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver