Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-453/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, X1, DƏDRX-ın nümayəndəsi X3, İcra məmuru X4 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qərardadından tələbkar X5 tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X5 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 91/2021 saylı 25 fevral 2021-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Sevinc Qurbanovun 29 iyun 2021-cu il tarixli qərarının əsassız hesab edilib ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-91/2021 saylı 25 fevral 2021-cı il tarixli qərarına əsasən Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 (Albalılıq 2) massivində yerləşən Bakı şəhəri X10 İcraiyyə Komitəsinin 15.02.1989-cu il tarixli 1/12 saylı qərarına əsasən 54 saylı Bağ-tikinti kooperativi tərəfindən verilmiş 0.12 ha sahəsi olan 3 saylı bag torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və buna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən “icraata xitam verilməsi haqqında” 29.06.2021-ci il tarixli qərar əsasən məhkəmənin 2-1(1 12)-91 /2021 saylı, 25 fevral 2021 -ci il tarixli icra sənədi borclu idarə tərəfindən tam icra edildiyindən, icra işinin icraatına xitam verilməsi haqqında qərar qəbul etmişdir. İcra vərəqəsi icra edilməyərək icra vərəqəsində qeyd olunan Bakı şəhəri, X10 İcraiyyə Komitəsinin 15.02.1989-cu il tarixli 1/12 saylı qərarına əsasən 54 saylı Bağ-tikinti kooperativi tərəfindən verilmiş 0.12 ha sahəsi olan 3 saylı bağ torpaq sahəsinə dair sənədlər tərtib edilərək təqdim olunmadığına görə, Nərimanov rayon İcra Şöbəsinin icraata xitam verilməsi haqqında 29.06.2021-ci il tarixli qərarı ləğv edilməli və Azərbaycan Respublikası adından qəbul edilmiş qərar üzrə verilmiş icra vərəqəsinin icrası təmin edilməlidir. İcra məmuru icra işinin icrasının borclu tərəfindən “tam şəkildə təmin olunduğunu” qeyd etsə də, icranın təmin edilməsinin nədən ibarət olmasını və hansı sənədlərlə təsdiq edilməsini qərarda göstərməmiş, icra işinin icrası ilə bağlı icra məmuru və ya borclu şəxs tərəfindən mənə hər hansı rəsmi sənəd təqdim edilməmişdir. 2-1(112)-91/2021 saylı, 25 fevral 2021-ci il tarixili icra işinə aidiyyatı olmayan, Nərimanov rayon məhkəməsinin 2(005)-3309/2010 saylı, 10.11.2010-cu il tarixli qərarını icra edən icra məmuru borclu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinin S.Qurbanovaya ünvanlanmış 24.06.2021-ci il tarixli məktubunu təqdim etmiş, həmin məktuba çıxarış və torpaq sahəsinin plan-ölçüsü əlavə edilmişdir. Həmin sənədlərə baxış keçirərkən müəyyən edilmişdir ki, onların icra vərəqəsində göstərilən əraziyə və həmin torpaq sahəsi üzrə təqdim edilən arxiv sənədlərinə uyğun deyildir. Belə ki, təqdim olunan plan-ölçü icra sənədində qeyd olunan “Bakı şəhəri, X10 İcraiyyə Komitəsinin 15.02.1989-cu il tarixli 1/12 saylı qərarına əsasən 54 saylı Bağ-tikinti kooperativi tərəfindən verilmiş 0.12 ha sahəsi olan 3 saylı bag torpaq sahəsini” əks etdirməyərək, tamamilə başqa bir sahədir. Belə ki, həmin torpaq sahəsinə dair arxiv sənədlərində olan (ilkin cizginin Vişnyovka-2 bağ massivində yerləşən 54 saylı BTK üzvlərinə verilmiş bag torpağ sahələrinin sxematik xəritəsində) layihə ilə reyestr xidməti tərəfindən təqdim olunan plan-ölçü üst-üstə düşmür. Bu baxımdan DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən təqdim edilən torpaq sahəsinin plan-ölçüsü ona verilmiş 3 saylı bag torpaq sahəsinə aid deyil. Bundan başqa, təqdim edilmiş icra sənədinə aid olmayan torpaq sahəsinə dair plan ölçünün oxşarı borclu tərəfindən əvvəl də İcra Şöbəsinə təqdim edilmiş, həmin əsaslarla icra məmuru icra işinin icraatına xitam verilməsi barədə məhkəməyə təqdimat versə də, məhkəmə təqdimatı təmin etməyərək icra olunması üçün icra şöbəsinə geri qaytarmışdır (qərardadlar əlavə olunur). Çıxarış və plan-ölçii icra vərəqəsində qeyd olunmayan torpaq sahəsinə aid olduğundan “icra vərəqəsi tam icra olunmuş kimi” hesab edilə bilməz, bu uyğunsuzluq icra işinin tam icra olunması anlamına gəlməməklə icra işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsas deyildir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-460/2021 saylı, 29.07.2021-ci atrixli qəradadı ilə şikayət rədd edilmişdir. Həmin qərardaddan narazı qalan tələbkar X5 şikayət vermişdir. Şikayət onuna əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Tələbkar qərardadın ləğv edilərək, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X4 icraata xitam verilməsi haqqında 29.06.2021-ci il tarixli qərarının ləğv edilməsi və həmin icra işinin icrasının davam etdirilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 şikayətin təmin edilməsini, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X4 icraata xitam verilməsi haqqında 29.06.2021-ci il tarixli qərarının ləğv edilməsi və həmin icra işin icrasının davam etdirilməsi haqqında qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İcra məmuru X6 şikayəti əsassız hesab edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən DƏDRX-ın nümayəndəsi X7 şikayəti əsassız hesab edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, işə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmə baxmiş və icra sənədi həmin məhkəmə tərəfindən verilmişdir. Həmin iş üzrə icra məmuru icraata xitam verilməsi ilə bağlı qərar qəbul etmiş və həmin qərardan narazı qalan tələbkar ümumi məhkəməyə şikayət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətə baxılarkən aidiyyat məsələsi pozulmuşdur. Belə ki, icra məmurunun icraata xitam verilməsi barədə qərarından aidiyyaatı üzə həmin iş üzrə icra sənədini vermiş inzibati məhkəməyə verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci tarixli qərarına əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-460/2021 saylı 29.07.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər
Məhkəmə qərarları › İş №8(103)-453/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-453/2021
25.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver