Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-455/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Azad Nizam oğlu İmanovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şhəri Nəsimi rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məməru R.Quliyevin təqdimatı təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1116/2017 saylı, 03.04.2017-ci il tarixli, Ağcabədi rayon Məhkəməsinin 2(017)- 994/2013 saylı, 23.10.2013-cü il tarixli, Xocavənd rayon Məhkəməsinin 1(106)-10/2019 saylı, 24.01.2019-cu il tarixli icra sənədləri üzrə ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan xx.xx.1976-cı il təvəllüdlü Borclu Bakı şəhəri, Nəsimi rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qərardadından Borclu tərəfindən şikayət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, şikayəti nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qərardadından verilmiş şikayət üzrə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əməl olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş məhkəmə tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələbinə əməl etmədən mülki işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələbinə əməl olunması üçün mülki iş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin, şikayət mülki işlə birlikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələbinə əməl olunması üçün Nəsimi rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Azad İmanov
Məhkəmə qərarları › İş №8(103)-455/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-455/2021
19.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver