Məhkəmə qərarları › İş №8(103)-456/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-456/2020

27.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-456/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Tələbkarın nümayəndəsi Şəhriyar Xəlil-zadənin iştirakı ilə, əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(004)-1749/2020 saylı qərardadından tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aydın Hümbətov Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin xx.xx.2011-ci il tarixli, 011781 saylı qərarının, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)-5389/2011 saylı icra sənədinin, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(004)-163/2012 saylı icra sənədinin və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-3950/2013 saylı icra sənədinin icrası ilə bağlı borclunun əmlakı üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-1749/2020 saylı qərardadı ilə təqdimat təmin edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu mülkiyyətində olan “SZAP 9327 YARİMQOŞQU” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, “PP NEFAZ 9334 01” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, “SD 21 YARİMQOŞQU” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, “SD 21 YARİMQOŞQU” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, “TOYOTA YÜK sərnişin” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı, “SD 21 YARİMQOŞQU” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, “SD 21 YARİMQOŞQU” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, “KAMAZ 54115 YÜK” maraklı, **-CH-*** dövlət qeydiyyat nişanlı, “PP NEFAZ 9334 01 YARİMQOŞQU” markalı, **-ZE-*** dövlə qeydiyyat nişanlı, "SZAP 9327 YARİMQOŞQU” markalı, 1Ö- ZE648 dövlət qeydiyyat nişanlı, “KAMAZ 54115 YÜK” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı, “KAMAZ 541150 YÜK” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı, “KAMAZ 541150 YÜK” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı, “KAMAZ 541150 YÜK” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı, “MAZ 64229 032 YÜK” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı, “PP NEFAZ 9334 01 YARİMQOŞQU” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, “PP NEFAZ 9334 01 YARİMQOŞQU” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074 “ markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı, “SZAP 9327 YARİMQOŞQU” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı və “MAZ 64229 032 YÜK” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. Borclu Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- xx.xx.2018-ci il tarixli, 1749/2018 saylı qərardadından şikayət verərək, onun mülkiyyətində olan “TOYOTA YÜK sərnişin” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(004)- 1749/2018 saylı qərardadı ilə Borclu mülkiyyətində olan “TOYOTA YÜK sərnişin” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Tələbkar LPO “xxxxxxxxxxxxx” QSC şikayət verərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(004)-1749/2018 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə qərarını icra etməkdən yayınmış və bu günədək tələbkar “xxxxxxxxxxxxx” QSC qarşısında icra sənədi üzrə olan öhdəliklərini tam icra etməmişdir. Həmçinin, tələbkarla cavabdehlər arasında icra sənədi üzrə hər hansı razılaşma əldə olunmamışdır. Hesab edirlər ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(004)-1749/2018 saylı qərardadı qanunsuz və əsassızdır, tələbkar “xxxxxxxxxxxxx” QSCnin qanuni mənafeyinə və maraqlarına ziddir. Ona görə də məhkəmənin qərardadı ləğv ediməlidir. Nəzərə çatdırır ki, ləğv prosesində olan “xxxxxxxxxxxxx” QSC-nin də dövlət və ayrı-ayrı şəxslər qarşısında öz öhdəlikləri vardır və banka borclu olan şəxslərin məsuliyyətdən yayınması bu öhdəliklərin icrasında əlavə çətinliklər yaradır. Nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)-5389/2011 saylı icra sənədinin, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(004)-163/2012 saylı icra sənədinin və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-ci il tarixli, 2(004)-3950/2013 saylı icra sənədinin icra olunmasında əlavə çətinliklər yaradacaqdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1749/2018 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya baxışı zamanı tələbkarın nümayəndəsi şikayəti müdafiə edəərk təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikаyət təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxta borclunun əmlakı üzərinə həbs qoyula bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İş materiallarından görünür ki, qeyd edilən icra sənədlərinin icrasına Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2011-ci il tarixli, xx.xx.2011-ci il tarixli, xx.xx.2012-ci il tarixli və xx.xx.2013-cü il tarixli qərarları ilə başlanmış və könüllü icra üçün müəyyən olunmuş vaxtda icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Buna baxmayaraq, iş üzrə borclu icranı könüllü təmin etməkdən üzürsüz səbəbdən boyun qaçırmışdır. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməli, qərardad ləğv edilməli, əmlak üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(004)- 1749/2020 saylı qərardadı ləğv edilsin. Borclu mülkiyyətində olan “TOYOTA YÜK sərnişin” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar