Məhkəmə qərarları › İş №8(103)-458/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-458/2020

27.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-458/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadəninkatibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-620/2012 saylı, xx xxxxxxx 2012-ci il tarixli qərardadından X4 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-583/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli qətnaməsinəəsasən (hakim Mirheydər Zeynalov) cavabdeh Borclu 217 ABŞ dolları əsas borcun, 356,63 ABŞ dolları faiz borcunun ödəniş gününə manata olan məzənnə ilə və iddia qaldırılması üçün ödənilmiş 20 manat dovlət rüsumunun iddiaçı “xxxxxxxxx” ASCnin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra 2(001)-583/2011 saylı, xx xxxxxx 2011-ciil tarixli icra sənədinə əsasən icraya yönəldilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Mahir Məmmədov xx xxxxxxxx 2012-ci il tarixdə təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, qeyd edilən icra sənədinin icrasını təmin etmək məqsədi ilə tələbin Borclu mülkiyyətində olan “Vaz 21070” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı və “Mersedes E 230” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomaşınlara yönəldilməsi və həmin avtomaşınların açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitindən borcun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-620/2012 saylı, xx xxxxxxx 2012ci il tarixli qərardadı ilə (Sədrlik edən hakim Mirheydər Zeynalov), təqdimat qismən təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5873/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu mülkiyyətində olan “VAZ 21070” markalı, **- NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, Borclu mülkiyyətində olan “VAZ 21070” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Borclu və ya qeyrilərindən alınaraq cərimə meydançasına qoyulması, qərardadın icrasının Binəqədi rayon İcra şöbəsinə, Azərbaycan Respublikası BDYPİ-nə və Bakı Şəhər BPİ-nin DYPİ-nə həvalə edilməsi, təqdimatın digər hissədə təmin edilməməsi qərara alınmışdır. X4 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-620/2012 saylı, xx xxxxxxx 2012-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və həmin tarixli qərardaddan şıkayət vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-620/2012 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş, lakin həmin tarixli qərardaddan verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-620/2012 saylı, xx xxxxxxx 2012-ci il tarixli qərardadı ilə razılaşmaq olmaz, qeyriqanuni və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi şəraitində çıxarılmışdır. Ona görə də aşağıda göstərilən səbəblərdən ləğv edilməlidir. Bildirir ki, “VAZ 21070” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil alqı-satqı müqaviləsi əsasında xx.xx.2015-ci il tarixdə onun adına qeydiyyatdan keçmişdir və bu barədə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobil onun mülkiyyətinə keçirilərkən belə bir qərardadın çıxarılmasından məlumatı olmamışdır, bu yaxınlarda avtomobil saxlanılarkən üzərinə həbs qoyulması barədə məlumat almışdır. Həmin şəxsin mülkiyyətində başqa nəqliyyat vasitəsi də vardır. Qeyd edilənlərdən də aydın olur ki, avtomobil 2015-ci ilin aprel ayından onun şəxsi mülkiyyətindədir və belə bir qərardadın mövcudluğu onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədir və hüquqlarını həyata keçirə bilmir. Şikayətdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-620/2012 saylı, xx xxxxxxx 2012-ci il tarixli qərardadının ləğv edilməsi xahiş olunmuşdur. Apelyasiya məhkəməsi tərəfindən şikayətə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq tələbkar “xxxxxxxxx” ASC-nin nümayəndəsi, Borclu və X4 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası işə həmin şəxslərin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Belı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Qeyd edilən prosessual hüquq normasının məzmunundan da müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qəbul edilmiş məhkəmə aktından verilmiş şikayətə apelyasiya icraatı zamanı baxılarkən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Barəsində şikayət verilən 8(001)-620/2012 saylı, xx xxxxxxx 2012-ciil tarixli qərardaddan görünür ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-583/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli qətnaməsinin icrasi ilə bağlı Binəqədi rayon İcra şöbəsinin icra məmuru Mahir Məmmədovun təqdimatının təmin edilməsi nəticəsinə gəlmiş və bunu onunla əsaslandırmışdır ki, qətnamə icraya yönəldildikdən sonra icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbiri olmaqla icra məmurunun təqdimatı əsasında həyata keçirilməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-620/2012 saylı, xx xxxxxxx 2012-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-583/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli icra sənədinə əsasən Borclu 217 ABŞ dolları əsas borcun, 356,63 ABŞ dolları faiz borcunun ödəniş gününə manata olan məzənnə ilə və iddia qaldırılması üçün ödənilmiş 20 manat ödənilmiş dövlət rüsumu alınaraq “xxxxxxxxx” ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmiş, xx xxxxxx 2012-ci il tarixdə icra məmuru Mahir Məmmədov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Mahir Məmmədov tələbin Borclu mülkiyyətində olan “Vaz 21070” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı və “Mersedes E 230” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomaşınlara yönəldilməsi və həmin avtomaşınların açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitindən borcun ödənilməsinə dair təqdimatla xx xxxxxxxx 2012-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 8(001)-620/2012 saylı, xx xxxxxxx 2012-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Müəyyən edilmişdir ki, üzərində həbs olan “Vaz 21070” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomaşını borclu Tural X1 satmış və sonuncu xx xxxxx 2015-ci il tarixdə adına Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-583/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli icra sənədi Borclu tərəfindən könüllü olaraq icra edilmədiyindən, Borclu mülkiyyətində olan “Vaz 21070” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilməsi və həmin avtomaşının açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitindən borcun ödənilməsi zəruri olduğundan və qərardad qəbul edildiyi vaxt avtomaşın borclunun mülkiyyətində olduğu üçün, birinci instansiya məhkəməsinin Ramin Abdullayevin şikayətinin təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası verilmiş şikayətin dəlillərini və işin faktiki halını nəzərə alaraq ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50-ci maddəsinə əsasən borclunun əmlakına aşağıdakı hallarda həbs qoyulur. Həmin qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.3-cü maddəsinə əsasən borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Həmin qanunun 50.4-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: 50.4.1. tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; 50.4.2. borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. 50.5. Üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra şöbəsinin nəzarəti altında onu sata bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir. (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar, §40) Odur ki, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Ramin Abdullayev tərəfindən verilmiş şikayət formal mülahizələrdən ibarət olduğundan şikayətin təmin edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qərardadlar qəbul edilərkən prosessual hüquq normalarına düzgün riayət edilmiş, birinci instansiya məhkəməsinin 8(001)-620/2012 saylı, xx xxxxxxx 2012-ci və xx xxxxxxxx 2020-ci il tarixli qərardadları qanuni və əsaslıdır. Bu baxımdan X4 tərəfindən verilmiş şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədəqərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız apelyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-620/2012 saylı, xx xxxxxxx 2012ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar