Məhkəmə qərarları › İş №8(103)-458/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-458/2025

08.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-458/2025 08.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-174/202* saylı, 18.07.202*-ci il tarixli qərardadından X* tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e2(003)-367/2021 saylı icra sənədi üzrə tələbkarlar X4, X10 və X* şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Maraqlı şəxs “İcra haqqında” Qanunda nəzərdə tutlmayan qanunsuz hərəkətlərinin dayandılmasını və aparılmasının qadağan olunmasını xahiş etmişlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-174/202* saylı, 29.0*.202*-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Həmin qərardaddan tələbkardan yalnız X* şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-174/202* saylı, 18.07.202*-ci il tarixli qərardadı ilə həmin şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Daha sonra X1 Xəzər Rayon Məhkəməsinin 8(003) 174/202* saylı,18.07.202*-ci il tarixli qərardadının şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi göstərilən şikayətə baxan zaman qeyd etmişdir ki, hər nə qədər verilən şikayətin mətni qarışıq və anlaşılmaz formada yazılsa da, şikayətin ümumi məzmunundan və “xahiş etdi” hissəsindən tələbkarın məqsədinin məhz onun hüquqlarını pozduğunu düşündüyü 8(003)-174/202* saylı, 18.07.202*-ci il tarixli qərardadın ləğv edilməsini istədiyi məlum olur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-174/202* saylı, 14.08.202*-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Xəzər Rayon Məhkəməsinin 29.0*.202*-ci il tarixli qərardadı 11.06.202*-ci il tarixdə saat 1*:0*-də Elektron Məhkəmə İnformasiya Sisteminə yüklənmiş və X* qeyd edilən qərardadı həmin tarixdə elektron kabinet vasitəsilə əldə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13*.6-cı maddəsinə əsasən Elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər Elektron məhkəmə İnformasiya Sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Lakin şikayət tələbkar tərəfindən mülki prosessual qanunvericiliklə müəyyən edilmiş 10 gün müddət keçdikdən sonra, xx.xx.2024-cü il tarixində elektron qaydada verilmiş şikayətə prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilmədən verilmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Göründüyü kimi tələbkar tərəfindən Xəzər Rayon Məhkəməsinin 29.0*.202*-ci il tarixli qərardadından qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilməmiş, həmçinin şikayətə buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilmədən verilmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Xəzər Rayon Məhkəməsinin 29.0*.202*-ci il tarixli qərardadından tələbkar tərəfindən verilmiş şikayət geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, tələbkar qərardadın sistemə “arxa tarixlə” yüklənməsi qeyd etsə də, bu barədə mötəbər sübutlat təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bunun əksinə isə iş materiallarından görünür ki, qərardad tələbkara elektron kabinet vasitəsilə 11.06.202*-ci il tarixdə təqdim edilmiş, tələbkar isə həmin qərardaddan şikayəti 07.07.202*-ci il tarixdə verməklə müddəti ötürmüş və prosessual müddətin buraxılmasının üzrlü hesab edilib bərpa olunması barədə ərizə də verməmişdir, bu halın mövcudluğu isə prosessual normalara əsasən şikayətlərə baxılmaması və şikayəti verən şəxsə qaytarılması üçün əsasdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 36*, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDİ: X1 tərəfindən verilmiş şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-174/202* saylı, 18.07.202*-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar