Məhkəmə qərarları › İş №8(103)-459/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-459/2020

02.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-459/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru Cəlaləddin Əliyevin “icraata başlamaq haqqında” xx xxxxxx 2020ci il tarixli qərarından verilmiş şikayətin təmin edilməməsinə dair Nəsimi Rayon Məhkəməsinin 8(006)-130/2020 saylı xx xxxxxx 2020-ci il tarixli, qərarından Borclu1 ASCnın ləğvedicisi X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Borclu ləğv prosesində olan Borclu1 ASC-nin ləğvedicisi X3 tərəfindən Nəsimi Rayon Məhkəməsinin 2(006)-2627/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Nəsimi Rayon İcra və probasiya şöbəsinin icra məmuru Cəlaləddin Əliyevin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın ləğv edərək icraatın dayandırılması barədə şikayət təqdim etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-130/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmişdır. Qərardadda Azərbaycan Respublikası Konstitusiyasının 129; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli qərar; "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsi; Mülki-Prosessual Məcəllənin 15.2; «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.1, 8.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, borclu tərəfindən verilmiş şikayət əsassızdır və icra məmuru "icraata başlamaq haqqında” xx xxxxxx 2020-ci il tarixli qərarı qəbul etməkdə haqlı olmuşdur. Borclu şikayət verərək Nəsimi rayon Məhkəməsinin 2(006)-2627/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmuru Cəlaləddin Əliyevin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarını ləğv edərək icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 71.3, 72.1.1;“İcra haqqında” Azərbaycan Respuolikası Qanununun 17.1.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2627/2019 saylı, xx.xx.2019cu il taıixli qətnaməsinə əsasən Tələbkar xx xxxxxx 2014-oü il tarixli kredit müqaviləsi üzrə silinməmiş 2601.55 ABŞ dolları məbləğində borcunun silinməsi öhdəliyi cavabdeh ləğv prosesində olan Borclu1 ASC-nin ləğvedicisi X2 həvalə edilmişdir. Sözügedən icra sənədi ərazi aidiyyəti üzrə icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru Cəlaləddin Əliyev xx.xx.2020- ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edərək N°e30029/2020-5-3 saylı, xx.xx.2020-ci il tarixli məktubla cavabdehə tələbin könüllü icrası haqqında xəbərdarlıq göndərmişdir. İcra məmurunun qərarı qanunsuz və əsassızdır, iş üzrə cavabdeh “Borclu1" ASC-nin qanuni maraq və mənafelərinə ziddir. Hazırda iflas proseduru çərçivəsində ləğvetmədə olan Borclu1 ASC-nin kreditor tələbləri “Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qeydə alınmış kreditorları qarşısında öhdəliklərini yerinə yetirməsinin təmin edilməsi debitor borcların vaxtında geri qaytarılmasının təmin edilməsindən asılıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-130/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-130/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından Borclu1 ASC-nın ləğvedicisi X3 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən işdə iştirak edən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının əsaslılığını “İcra Haqqında” Azərbaycan Respublikası qanunun 21.2; Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1, 385.1.4, 385.2, 386, 387.1, 388; 397.2-ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə münasibətdə yoxlayan məhkəmə kollegiyası şikayətin sübutedici əsası olmayan formal və ziddiyyətli dəlilləri üzrə prosessual hüquq normalarına müvafiq qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Qeyd edilməlidir ki, icraata başlamaq haqqında qərarının ləğv edilməsinin icraatın mümkünsüzlüyü və onun dayandırılması əsası ilə irəli sürürlmüşdür.Bu mənada qeyd edilməlidir ki, icra üzrə icraatın dayandırılması icra məmurunun əsaslandırılması qərarı (təqdimatı) əsasında həyata keçirilir. Ona görə ərizəçi ilk olraq icra məmuruna müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 396, 398-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Borclu1 ASC-nın ləğvedicisi X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-130/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar