Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-46/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 8(005)-375/2019 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4798/2018 nömrəli, xx xxxx 2018- ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4798/18 nömrəli, xx xxxx 2018-ci il tarixli icra sənədinə əsasən borclular Borclu 2.000 (iki min) ABŞ dolları və X1 14.500 (on dörd min beş yüz) ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Elektron bazadan alınmış məlumatda “Mercedes 230" minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətində olduğu göstərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-375/2019 nömrəli, xx xxx 2019-cu il tarixli qərardadı ilə təqdimat təmin olunaraq, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4798/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində Borclu məxsus “Mercedes 230” minik markalı, 90-DU108 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, qərardadın icrasının Baş Dövlət X4 həvalə edilmişdir. Maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-375/2019 nömrəli, xx xxx 2019-cu il tarixli qərardadından şikayət verərək, müvafiq qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, atomobili 2008-ci ildə Borclu Firudun oğluna onun dəyərini ödəyərək almışdır. Bu barədə etibarnamə almış və son vaxtlara görə avtomobildən istifadə edirdi. Lakin bir neçə həftə əvvəl öyrənmişdir ki, onun müvafiq məbləğdə pul vəsaiti ödəyərək aldığı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra məmuru müvafiq sorğu verib avtomobil sahibinin borclu olmasını müəyyən edərkən avtomobilin satıldığını da müəyyən etməli idi. Çünki, o, vicdanlı olaraq müvafiq avtomobili əldə etmiş və onun kiməsə borcu yoxdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 dekabr 2020-ci il tarixli, 8(005)-375/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması vaxtı və yeri haqqında tələbkara, borcluya, ərizəçiyə, Nərimanov rayon İcra və Probasiya şöbəsinə məlumat verilməsinə baxmayaraq, tələbkar, ərizəçi məhkəmə iclasına gəlməmiş, İcra şöbəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsi, onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Həmin Qanunun 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasının təmin etmək üçün həbs qoyulur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdəki dəlillər əsassız olduğundan qərardadın ləğvi üçün əsas ola bilməz. Əvvəla, avtomobilin üzərinə həbs qoyulması zərurəti məhz icra sənədi üzrə borclunun öz öhdəliklərini könüllü icra müddətində icra etməməsidir. Belə ki, icra sənədi üzrə olan borc ödənilməmişdir. İcra məmuru da icra sənədinin icrasının təmin etmək üçün təqdimatla məhkəməyə müraciət etmişdir. İkincisi, Maraqlı şəxs avtomobili faktiki olaraq etibarnamə əsasında almasını bildirməsi qeyd olunan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi üçün əsas ola bilməz. Üçüncüsü, mübahisəli avtomobilə dair mülkiyyətçi tərəfindən Maraqlı şəxs etibarnamə verilməsi də sonuncunun həmin avtomobilin mülkiyyətçisi olmasını təsdiq etmir. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 8(005)- 375/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Maraqlı şəxs şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 8(005)-375/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-46/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-46/2021
22.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver