Məhkəmə qərarları › İş №8(103)-461/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-461/2021

01.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-461/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1183/2021 saylı, 09.03.2021-ci il tarixli icra sənədi üzrə Borclu məxsus avtomobillərin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun təqdimatına baxılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 8(011)-614/2021 saylı qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov Borclu məxsus “CHEVROLET CRUZE” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı və “HYUNDAİ SONATA” minik markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 1183/2021-007 saylı, 09.03.2021-ci il tarixli icra sənədinə əsasən 11000 manat məbləğində pul vəsaiti Borclu alınaraq Tələbkar xeyrinə ödənilməlidir. Həmin icra sənədi 21.05.2021-ci il tarixdə icra olunması üçün Xətai rayon İcra şöbəsinə daxil olmuşdur. İcra sənədin icrası barədə borcluya bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq hazırki vaxta qədər icra təmin edilməmişdir. Verilmiş könüllü müddət ərzində Borclu tərəfindən icra sənədi təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus “CHEVROLET CRUZE” markalı, **- ZP-*** dövlət qeydiyyat nişanlı və “HYUNDAİ SONATA” minik markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 8(011)-614/2021 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Borclu məxsus “CHEVROLET CRUZE” minik markalı 99-ZP701 dövlət qeydiyyat nişanlı və “HYUNDAİ SONATA” minik markalı, **-NF- *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan borclu tərəfindən verilmiş şikayət təmin olunmayaraq, məhkəmənin 16.08.2021-ci il tarixli qərardadı ilə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Borclu şikayətində qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1183/2021 saylı qətnaməsindən apelyasiya şikayəti verilmiş, apelyasiya şikayətinə baxılması 29.07.2021-ci il tarixə təyin olunmuş, lakin icra məmuru icra işini dayandırmamış, qanunsuz olaraq mülkiyyətinə həbs qoymuşdur. Məhkəmə iclasında iştirak edən borclu şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və təqdimat təmin olunmamalıdır. İş materiallarından görünür ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)- 1183/2021 saylı 09.03.2021-ci il tarixli icra sənədinə əsasən 11000 manat məbləğində pul vəsaiti Borclu alınaraq Tələbkar ödənilməlidir. Borcluya 21.05.2021-ci il tarixdə tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Borclunun 21 iyun 2021-ci il tarixdə İcra şöbəsində verdiyi izahatdan müəyyən edilir ki, o qeyd olunan qətnamədən 21.06.2021-ci il tarixdə apelyasiya şikayəti verdiyini bildirmişdir. Lakin icra sənədinin verilməsinə əsas olan qətnamədən borclunun apelyasiya şikayəti verməsi icra məmuru tərəfindən araşdırılmamış və icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borcluya məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən də qeyd olunan hal araşdırılmamış və təqdimat təmin edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə görə icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Qanunun 19.1.6-cı maddəsinə görə icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti ilə əlaqədar həmin məhkəmələrin qərarları qanuni qüvvəyə minənədək icraat dayandırılır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7479/2021 saylı 29.07.2021-ci il tarixli qətnaməsindən görünür ki, Tələbkar Borclu qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1183/2021 saylı iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə çıxarılmaqla, iddianın təmin edilməsi, Borclu 11 000 (on bir min) manat borc məbləği, habelə dövlət rüsumunun əvəzi qismində 31 (otuz bir) manatın alınaraq Tələbkar verilməsi qət edilmişdir. Göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsi tərəfindən qətnamə ləğv olunmaqla, yeni qətnamə qəbul edilmişdir və apelyasiya məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almamışdır. Hazırki iş üzrə icra məmuru tərəfindən qanunun göstərilən tələblərinə əməl edilməmiş, icra məmuru tərəfindən təqdimatla birbaşa məhkəməyə müraciət edilmişdir ki, məhkəmə tərəfindən də bu hallar nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, təqdimat əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Borclunun şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 8(011)-614/2021 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1183/2021 saylı, 09.03.2021-ci il tarixli icra sənədi üzrə Borclu məxsus avtomobillərin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun təqdimatı təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar