Məhkəmə qərarları › İş №8(103)-463/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-463/2020

30.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-463/2020 30.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Borclu iştirakı ilə, Yasamal Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş “Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, icra məmurunun təqdimatı təmin olunsun, Yasamal Rayon Məhkəməsi tərəfindən 2(004)-8200/2018 nömrəli mülki iş üzrə xx.xx.2018ci il tarixli qətnaməyə əsasən verilmiş, Borclu Tələbkar xeyrinə 25.000 manat məbləğində pul tutulması barədə icra vərəqəsinin icrasının təmin edilməsi üçün borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət əsassızdır. Belə ki, “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanundan göründüyü kimi, 2 şərt mövcud olduqda qeyd olunan məhdudlaşdırma tətbiq edilə bilər: könüllü icra üçün müəyyən olunmuş müddətin bitməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi. Hazırkı işdə hər 2 şərt mövcuddur. Beləliklə, birinci instansiya məhkəməsi təqdimatı təmin etməklə düzgün nəticəyə gəlib. Lakin qərardad ləğv olunmalı və icra məmurunun tədimatının təmin edilməsi barədə yeni qərardad qəbul olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi təqdimata baxarkən borclunu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Borclu şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv olunsun. İcra məmurunun təqdimat təmin olunsun. xx.xx.1961-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuş, ünvan 1 A ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar